Mövzu 8: Yeni məhsulun yaradılması və məhsulun həyat dövranı strategiyası
Plan
Yeni məhsulun yaradılması strategiyası
Məhsulun həyat dövranı strategiyası
1.Yeni məhsulun yaradılması strategiyası
Şirkətlər istehlakçıların zövqlərində, texnologiyalarda və rəqabətdə baş verən dəyişiklikləri nəzərə alaraq, yeni məhsulların və xidmətlərin davamlı olaraq axınını hazırlamalıdırlar. Firma məhsulları iki yolla əldə edə bilər. Yollardan biri patent və yaxud başqa birisinin məhsulunu istehsal etmək üçün isenziyanın əldə edilməsi yoludur. İkinci yol isə şirkəıtin tədqiqat və inkişaf bölməsində yeni məhsulların işlənib hazırlanmasına nail olmaqdan ibarətdir.
Yeni məhsul dedikdə firmanın tədqiqat və inkişaf cəhdləri nəticəsində hazırlanna orijinal məhsullar, təkmilləşdirilmiş məhsullar, məhsulun modifikasiyaları və yeni brendləri nəzərdə tutulur. Marketinqə dair bəzi ədəbiyyatlarda isə, istehlakçıların problemlərinin həll edilməsində əhəmiyyətli dərəcədə dəyişikliyə gətirib çıxaran məhsullar yeni məhsullar hesab edilir.
Qeyd edək ki, yeni məhsulların işlənib hazırlanması və bazara təklifi kifayət qədər riskli məsələdir. Firmaların çoxu yeni məhsulların bazara təklifi nəticəsində büyük məbləğdə gəlirlər itirmişlər. Məsələn, “Ford” öz “Edsel” avtomobilində 350 milyon dollar zərərə uğramışdır, “RCA” öz “Selecta Vision” video disk pleyerində 580 milyon itirmişdir.
Yeni məhsulların iflası hallarının sayı yüksək templə artır. Ona görə də firmalar yeni məhsulların işlənib hazırlanmasında və bazara təklifində diqqətli olmalıdırlar. Aparılan araşdırmalar göstərmişdir ki, yeni məhsulların yalnız 10%-i bazarda qala və onlar yalnız üç ildən sonra mənfəət verə bilir. Başqa bir mənbəyə görə isə yeni məhsulların 95% - i iflasa uğrayır.
Yeni məhsulların iflasa uğramasının bir neçə səbəbi vardır. Onlardan aşağıdakıları göstərmək olar: birincisi, bazarın həcmi olduğundan daha böyük təsəvvür edilə bilər; ikincisi, bazara təklif edilən məhsulun dizaynı arzu olunan səviyyədə olmaya bilər; üçüncüsü, məhsulun qiyməti kifayət qədər əsaslandırılmamış ola bilər; dördüncüsü, yeni məhsulun reklamının təşkili lazımi səviyyədə olmaya bilər.
Əksər şirkətlər yeni məhsulun işlənib hazırlanması zamanı onun bazar uğru qazanıb – qazanmayacağına dair hətrərəfli təsəvvürə malik olmurlar. Bu problemin həlli yeni məhsulun planlaşdırılması vasitəsilə mümkündür. Bu, proses səkkiz mərhələdən ibarətdir və mərhələlərin ardıcıllığı aşağıdakı kimidir:
İdeyaların yaranması.
İdeyaların seçilməsi.
Konsepsiyanın inkişafı və sınağı.
Marketinq strategiyasının hazırlanması.
Biznes təhlili.
Məhsulun işlənməsi.
Sınaq marketinqi.
İstehsal.
Yeni məhsuluun işlənib hazırlanması prosesinin mərhələlər ardıcıllığını aşağıdakı diaqram şəklində əks etdirmək olar /diaqram/.
Yeni məhsulun işlənib hazırlanmasına ideyaların verilməsindən başlanılır. Yaxşı ideyaya sahib olmaq üçün çoxsaylı ideyalara sahib olmaq lazımdır.
Yeni məhsulun yaradılmasına dair ideyaları daxili və xaici mənbələrdən əldə etmək olar. Həmin mənbələrə müştəriləri, rəqibləri, distrübyütorları və təchizatçıları və s. aid etmək olar. Məhsulun yaradılmasına dair ideyanın daxili mənbəyi rolunda şirkətin tədqiqat və inkişaf şöbəsi çıxış edir. Belə ki, şirkət öz menecerlərinin, mühəndislərinin, alimlərinin, istehsalat əməkdaşlarının, satıcılarının intellektual potensialından istifadə etməklə yeni məhsulların istehsalına dair ideyaların hasilinə nail ola bilər. Bəzi şirkətlər işçilərini yaradıcı işləməyə və məhsulların istehsalına dair ideyaların verilməsi üzərində düşünməyə həvəsləndirirlər. Məsələn, “3M” şirkətinin məşhur “15% qaydası”na görə işçilər vaxtlarının 15 % - ni layihələr üzərində işləyə bilərlər. Sözügedən şirkət bu təcrübə nə qədər riskli olsa belə, bir əsrdən artıq müddətdir ki, ondan istifadə edir və işçılərin yaradıcılıq potensialının ortaya qoyulmasını stimullaşdırır.
Yeni məhsulla bağlı ideyaları həm də müştərilərin özlərini dinləməklə onlaradan əldə etmək olar. Şirkət müştərilərin suallarını və şikayətlərini dinləməklə yeni məhsulların yaradılmasına dair ideyaları əldə edə bilir. Bu məqsədlə şirkətin mühəndisləri və satıcıları müştərilərlə görüşüb məsləhətləşir, yeni məhsulların yaradılmasına dair ideyaların nə dərəcədə səmərəli olcağın dair məlumatlar əldə edirlər. Bu məqsədlə həm də müştərilər arasında sorğular aparıla bilər. “Heinz” şirkəti yeni məhsulun istehsalı üçün bu yala əl atmışdır. Belə ki, onun tədqiqatçıları şirkətin satdığı ketçupun yarısından çoxunun istehlakçıları olan uşaqların fikirlərini öyrənmək əsasında “EZSquirt” ketçupunu bazara təklif etməyə və həmin məhsulun bazar uğurunu təmin etməyə müvəffəq olmuşdur.
İdeyaların seçilməsi. İdeya generasiyasının məqsədi odur ki, daha çox ideya yaransın. Növbəti mərhələdə məqsəd isə ideyaların məhdudlaşdırılmasına nail olmaq – onların sırasından ən yaxşı ideyaların seçilməsini təmin etməkdir. Bu mərhələdə müəssisəyə mənfəətin gətirilməsini təmin edəcək - mənfəətli məhsul istehsal etməyə imkan verə biləcək ideyalar üzərində dayanılır, qalan ideyalar isə çıxdaş edilir.
Konsepsiyanın yaradılması və sınaqdan keçirilməsi. Məhsulun yaradılmasına dair cəlbedici ideyalar seçildikdən sonra onlar məhsul konsepsiyasına çevrilməlidir. Məhsulun ideyasını, məhsulun konsepsiyasını və məhsulun görünüşünü öz aralarında fərqləndirməyi bacarmaq lazımdır. Məhsulun ideyası şirkətin bazara təklif edə biləcəyi haqqında məhsul fikirdir. Məhsulun konsepsiyası isə istehlakçılarım şərtləri əsasında yeni ideyanın dəqiqləşdirilməsidir. Məhsulun görünüşü istehlakçıların hazır və yaxud mümkün məhsulu necə görmək istədiklərini əks etdirir.
Məhsulun bazar uğuru onun konsepsiyasının işlənib hazırlanmasına xüsisi diqqət tələb edir. Ona görə də firmalar konsepsiyanın yaradılması zamanı məhsulun yaradılması haqqında fikri alternativ məhsul konsepsiyalarına çevirmək uğrunda ciddi düşünürlər. Bu aspektdə “Daimler Chresler” firmasının təcrübəsi daha diqqəə layiqdir. Sözügedən firma elektromobil istehsal etməyə hazırlaşan zaman, həmin avtomobildə metanoldan istifadə əsasında ətraf mühitə təsirin heçə endirilməsi üzərində ciddi düşünmüş və yeni məhsulun yaradılması ideyasının bir neçə məhsul konsepsiyasına çevrilməsinə diqqət yetirmişdir. Bu firma hər konsepsiyanın nə qədər cəlbedici olduğunu müəyyənləşdirmək və onlardan ən yaxşısını müəyyənləşdirmək üçün aşağıdakı məhsul konsepsiyalarına fikir verməli olmuşdur:
Dostları ilə paylaş: |