AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
P O L İ S A K A D E M İ Y A S I
KAFEDRA: «İctimai elmlər»
FƏNN: «Fəlsəfə»
FAKÜLTƏ: Əyani
MÜHAZİRƏ
MÖVZU:№11 «Fəlsəfədə insan problemi»
Vaxt-2 saat
Tərtib etdi: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis baş leytenantı
Rəşad Qasımov
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib.
Protokol № ____ “________” ______________ 2016-cı il
BAKI 2 0 1 6
3
GİRİŞ
İnsan və cəmiyyət qırılmaz vəhdətdə meydana gəlib formalaşmışdır. İnsanın
bioloji qanunauyğunluqlarla yanaşı birləşməsi ilə ictimai-tarixi qanunauyğunluqlar da
təsir göstərməyə və formalaşmağa başlamışdır. Sosial varlıq
olan insan təbiətin
yetirməsidir. İnsanda bioloji və sosial cəhətlər qırılmaz vəhdət təşkil edirlər, onun
tərəfləri isə sosial keyfiyyət olan şəxsiyyətdən, təbii əsası isə orqanizmdən ibarətdir.
İnsan və şəxsiyyəti öyrənməkdə bir-biri ilə əlaqədar olan, mahiyyət etibarı ilə
eyni olan və çox hallarda eyni olan və çox hallarda eyni
mənada işlədilən şəxsiyyət,
fərd, fərdiyyət anlayışlarından istifadə edilir.
Şəxsiyyət dedikdə, hər şeydən əvvəl ictimai münasibətlər sahəsində şüurlu fəaliyyət
subyekti kimi çıxış edən insan tutulur. İkincisi, şəxsiyyət dedikdə onun sosial mənası,
sosial-əxlaqi və psixoloji siması başa düşülür. Şəxsiyyət dünyaya ictimai münasibətlər
vasitəsilə çıxır. Şəxsiyyət öz rolunu yalnız ictimai münasibətlər sistemində yerinə yetirə
bilər.
Sosial mühitin şəxsiyyətə təsirindən danışarkən onun müxtəlif
təbəqələrini bir-
birindən fərqləndirmək mümkündür. Cəmiyyətlə şəxsiyyətin münasibətlərinə geniş
miqyasda yanaşdıqda, bunlar meqa, makro və mikro mühitdən ibarətdirlər. Meqa mühit
dövrün mənəvi, sosial-psixolojio atmosferini təyin edən insanın ərafındakı
nəhəng
miqyaslı sosial aləmdir. Makromühitin insanların doğulduğu,
tərbiyə olunduğu və
şəxsiyyət aləminə daxil olduğu böyük cəmiyyətdir, mikromühit isə insanların
təmasda
olduğu bilavasitə əhatədir, ailə, ilkin kollektiv, tədris, əmək və arzu kollektividir. Bütün
hallarda şəxsiyyət yetişir və sosiallaşır. Sosiallaşma prosesində insan şəxsiyyətə çevrilir,
onda özünü dərk etmə, yəni başqalarından fərqli olan mən obrazı meydana çıxır.
Şəxsiyyətin azadlığı çoxplanlı və çoxaspektlidir. Onlardan iqtisadi,
siyasi və
mənəvi aspektlər şəxsiyyətlə, onun cəmiyyətlə münasibətlərində çox mühümdür. İqtisadi
azadlıq hər şeydən əvvəl istismardan azad olunmalı, siyasi azadlıq
isə müasir
sivilizasiyalı cəmiyyətlərdə ümumi və bərabər seçki hüququna malik olmasıdır. Mənəvi
azadlıq sistemində isə vicdan azadlığı geniş yer tutur. Şəxsiyyət eyni zamanda
mülkiyyətçidir, istehlakçıdır və vətəndaşdır.