10
təbiət öz inkişafını başa çatdırır və ali səviyyəyə yüksəlir. Beləliklə, ruh təbiətdən hasil
olur. Sonra təbiət Simurq quşu kimi öz-özünü yandırır ki, onun külü içərisindən
yeniləşmiş şəkildə ruh kimi meydana çıxsın.
İnsanın mənşəyini izah edən üçüncü xətt ona sosial-praktiki baxımdan yanaşır.
Onun fikrincə insan ilə cəmiyyət birlikdə yaranmışdır. Bu prosesin əsas yolunu praktiki
fəaliyyət təşkil edir. Qeyd olunan baxış insanın
mənşəyini əmək, nəzəriyyəsinin
müddəaları üzərində yüksəldir. Deməli, bu mövqeni aydın təsəvvür etmək üçün əmək
nəzəriyyəsinin əsaslarına diqqət yetirilməlidir. Bu təlim öyrədir ki, insan və cəmiyyət
insanabənzər meymunlardan uzun təkamül nəticəsində,
əmək prosesində meydana
gəlmişdir. İnsanın ulu əcdadları inkişaf etmiş bioloji orqanizmə malik idilər.
XIX əsrin ikinci yarısından etibarən insanı bioloji təkamülün məhsulu hesab edən
baxış geniş yayıldı. Bununla əlaqədar olaraq insan və heyvan arasındakı fərqlərin
araşdırılmasına diqqət artdı.
Əlbəttə, insanları heyvanlardan ayıran çox müxtəlif əlamətlər mövcuddur (dili, dik
yeriməsi, şüuru, əxlaqı və s.). Lakin əsas məsələ heyvanat aləmindən etməkdir. Bunu
bildikdən sonra insan ilə heyvanı fərqləndirən ən əsas cəhəti üzə çıxarmaq asanlaşır.
Bu fərqi izah edərkən birinci növbədə aşağıdakı məqama diqqət yetirilməlidir.
Heyvanın davranışı onun orqanizminin (bioloji aləmin) tələbatları və strukturu ilə
müəyyən olunur. Hər bir heyvan doğularkən müəyyən instinktlərə malı olur. Bunlar
onun davranış çərçivəsinin hüdudlarını müəyyən edir. İnsan da ictimai mühitdə yaşayır.
Onun davranış və hərəkətləri praktiki olaraq qeyri-məhduddur. Heyvanın instinktiv
davranışı genetik proqram ilə şərtlənir. İnsan cəmiyyətində isə davranış
və fəaliyyət
prinsipcə yeni məzmun kəsb edir. Burada əsas yeri ünsiyyət vasitəsi olan dil, müxtəlif
normalar və mədəniyyət tutur. Beləliklə də bioloji aləmdə əsas yer tutan bioloji
irsiyyətin yerinə sosial varislik yaranır. Sosial varisliyin mexanizmi
nəsillərin ictimai
həyatda bir-birini əvəz etməsidir.
Yuxarıda deyildiyi kimi insanın mənşəyinin əmək nəzəriyyəsi kifayət qədər geniş
yayılmışdır. Bununla belə, o heç də hamı tərəfindən birmənalı qəbul olunmur. Bu
təlimin əleyhdarları bir sıra ciddi arqumentlər irəli sürürlər. Əvvəla, elmdə təkamül
gedişində və yaxud süni seleksiya yolu ilə bır növdən digərinə keçilməsini göstərən
çoxlu faktlar bəllidir. Xüsusilə də müasir genetikanın nailiyyətləri bunu təsdiq edir.
Lakin elm qədim insanabənzər canlı ilə insan (kromanyon) arasında keçid vəsiləsini bu
günə qədər tam aşkar etməmişdir. Bundan əlavə məlumdur ki,
neandertal adam qədim
insanın kromanyonla bir dövrdə yaşamış başqa növüdür. Ehtimal
olunur ki, neandertal
elə kromanyon tərəfindən məhv edilmişdir. Beləliklə də primatlar ilə insan arasında
ayrılıq nəinki azalmır, əksinə artır. İnsanın mənşəyinin əmək nəzəriyyəsinin başqa bir
11
mübahisəli tərəfi də vardır. Bu, insanın əcdadlarının ətraflarının adaptasiyaya uğrayaraq
dəyişməsinə aiddir. Məsələ bundadır ki, belə dəyişilmə qəbul edilsə də, elə bir xüsusi
əhəmiyyət kəsb etmir. Belə ki, ətrafların dəyişilməsi (məsələn, əlin barmaqlarının),
pəncənin
dəyişməsi, dik yeriməni təmin edən pəncənin dabanının yüksəlməsi ilə
birləşməli idi. Bunlara əlavə olaraq həm də onu göstərmək olar ki, bel sütununun,
udlağın, çənənin, başın, dişlərin daxili orqanların dəyişilməsini
də təkcə uyğunlaşma
izah etmir. Nəhayət, psixikanın və beynin dəyişilməsi və inkişafını adaptasiya
(uyğunlaşma) hesab etmək dəqiq deyildir. Əgər bu belədirsə, onda ibtidai insan özünün
müasir insandakından demək olar ki, fərqlənməyən beynini necə əldə etmişdir?
Bu deyilənlərdən görmək olar ki, insanın mənşəyinin əmək nəzəriyyəsində
mübahisəli və ehtimal xarakterli xeyli məsələ vardır. Şübhəsiz ki, elmin gələcək inkişafı
burada yeni dəqiq məqamlar aşkar edəcəkdir. Görünür, insanın
mənşəyi bioloji
tələbatdan keyfiyyətcə yeni tələbata keçilməsinin məhsuludur. İnsan öz bioloji tələbatını
dəyişə bilmir, sosial tələbatlar isə onun həyat tərzindən törəmədir. Beləliklə insanın
praktiki həyat fəaliyyəti üsulu onların tələbatlarım həm keyfiyyətcə və həm də
kəmiyyətcə dəyişdirir.
Dostları ilə paylaş: