Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix08.06.2023
ölçüsü0,59 Mb.
#127081
1   2   3   4   5   6   7   8   9   10   11
292 felsefe m N11felsefede insan problemi eyani

İnsanın mahiyyəti və mövcudluğu. İnsanın fəlsəfi mənalandırılmasında onun 
mahiyyəti ilə bağlı məsələ çox mühüm yer tutur. Yuxarıda deyildiyi kimi müxtəlif 
filosoflar insanı heyvandan fərqləndirərkən ondakı müxtəlif keyfiyyətləri əsas 
götürürlər. Əslində insan heyvandan ayıran əlamətlər çoxdur, Lakin insanın mahiyyətini 
müəyyən edərkən onun bütün əlamətlərinə deyil, yalnız ən mühüm əlamətlərinə 
arxalanmaq lazımdır. Belə əlamət insanın fəaliyyətidir. O, yaradıcı xarakter daşıyır və 
müəyyən ictimai münasibətlər sistemində baş verir. Buna görə də ictimai münasibatlər 
inkişaf etdikcə fəaliyyət də təkmilləşir. Hər bir-insanın inkişafında onun mövcud ictimai 
münasibətləri mənimsənilməsi dərəcəsi mühüm yer tutur. Amma bu təkcə cəmiyyətin və 
ictimai münasibətlərin məhsulu olmaqla qalmır. O, həm də öz-özünün yaradıcısıdır. Bu 
mənada o, ictimai münasibətlərin həm obyekti, həm də subyektidir. 
Yuxarıda deyilənlər sübut edir ki, insanın mahiyyəti onun sosial yaradıcı fəaliyyəti 
ilə müəyyən olunur. Fəaliyyətdən, sosial münasibətlərdən və ünsiyyətdən kənar insan 
yoxdur. Bununla belə, insanda fəaliyyətin rolu birmənalı qəbul olunmur. 
Fəlsəfi antropologiyanın banilərindən biri alman filosofu M.Şeler (1874- 1928) 
insanın mahiyyətini izah edən təlimləri beş növə ayırır: 1) avropa-xristian doktrinası; 2) 
antik-yunan; 3) naturalist; 4) dekadans nəzəriyyə; 5) fövqəlinsan konsepsiyası. Əlbəttə, 
bu tipologiyanın tam dəqiq olduğunu söyləmək çətindir. Lakin o bütövlükdə insan və 
onun mahiyyəti ilə bağlı məsələlərin təhlilində mühümdür. Göründüyü kimi burada 
birinci üç növ insanın müvafiq obrazını (dini insan, zəkalı insan və naturalist insanı ifadə 
edir. Dördüncü tip (dekadans qiymət) bir növ naturalist və supranaturalist meylləri 
birləşdirir. Burada iki üsul (insanı alçaldan və insanı yüksəldən) bir-birilə müqayisə 
edilir. Nəhayət beşinci baxış insanın fövqəltəbii mövqedən izah etməyə çalışır. “Burada 
Nitşenin irəli sürdüyü fövqəlinsan ideyası əsas götürülür. Lakin Şeler bu təlimi 
rasionalist əsasda izah edirdi. 
Birinci tip antropoloji təlim avropa-xristian doktrinası geniş yayılmış teist təlimdir 
(bu dünyanın Allahın tərəfindən yaradıldığını qəbul edir). Bu təlim Şelerin fikrincə nə 
fəlsəfədə, nə də elmdə yaranmamışdır. Onun kökləri dini inamdadır. Burada yəhudi dini 


15 
(birinci növbədə «Əhdi ətiq» - «İncil»), antik dini tarix və İncildəki müddəalar əhatə 
olunur. Bütövlükdə insana dini baxış özündə aşağıdakı bir-birilə əlaqəli tezisləri əhatə 
edir: insanın Allah tərəfindən yaradılan olması, insan nəslinin Adəm və Həvvadan əmələ 
gəlməsi, cənnət və cəhənnəm haqqında təlim, günahı və savabı qeyd edən mələklər 
təlimi, esxatolik (bəşəriyyətin gələcəyinin puç olması) təlim, şəxsiyyətin azadlığı və 
mənəviyyat təlimi; ruhun ölməzliyi və bir bədəndən digərinə keçməsi, dirilmə və 
qiyamət gününə aid baxışlar. Buraya daha iki tərəfi əhatə etmək olar. İnsanın Allahın 
surəti və bənzəri olması fikri və Allahın insanda təzahürü (Allahın oğlu fikri). 
İkinci təlim hu günə qədər geniş yayılmış zəkalı insan ilə sıx bağlılıdır. Onun 
kökləri qədim yunan mədəni ənənələrinə gedib çıxır (Anaksaqor, Platon, Aristotel və 
başqaları). Bu baxış insan ilə heyvanın ciddi surətdə fərqləndiyini söyləyir. O göstərir ki, 
insanda yaradıcılıqdan daha çox zəka üstün yer tutur. Yalnız onun sayəsində insan 
reallıqda mövcud olan hər şeyi olduğu kimi başa düşə və qiymətləndirə bilir. Şeler zəkalı 
insanı səciyyələndirən dörd ən mühüm cəhəti qeyd edir: 1) o, canlı təbiətin digər 
obyektlərində olmayan ilahi fəallığa malikdir; 2) bu fəallıq xaosu kosmosa çevirmişdir. 
Ontoloji baxımdan bu elə qüvvədir ki, ondan dünyanın həqiqi dərk olunması irəli gəlir; 
3) bu qüvvə Loqosdur, o instiktlərdən və hissiyyatlardan asılı deyildir; 4) həmin qüvvə 
tarix, əhali artımı və yer baxımından mütləq sabit xarakter daşıyır. 
Fəlsəfi fikir tarixində (yunan fəlsəfəsindən başlayaraq klassik alman fəlsəfəsinə 
qədər olan böyük bir dövrdə) insan haqqında təlimin bu dörd tərəfi çox az dəyişikliyə 
uğramışdır. Uzun əsrlər boyu zəkalı insan ideyası mövcud olmuşdur. Maarifçilik 
fəlsəfəsi nümunəsində isə bu ideya daha da parlamışdır. Lakin Şeler əsassız olaraq 
naturalist insan ilə fəaliyyət göstərən insanı (homofaber) birlikdə götürür. Beləliklə də o, 
insanı heyvandan o qədər də ayırmır. O yazırdı: "Burada insan ilə heyvan arasında 
mahiyyət fərqi yoxdur; onlar yalnız əlamətlərin mövcud olma dərəcələrinə görə 
fərqlənirlər. İnsan yalnız heyvanın xüsusi növüdür. Bütün canlılara xas olan elementlər, 
qüvvə və qanunlar insanda da vardır. Lakin bunlar insanda daha mürəkkəb nəticələr 
törətməklə təzahür edir 
Şelerə görə insanın mahiyyəti onun zəkalı varlıq olmasında deyildir. Bundadır ki, 
o, bioloji instinktiv mövcudatdır. İnsan yüksək inkişaf etmiş canlı mövcudatdan başqa 
bir şey deyildir. Onun ruhu, zəkasına gəlincə isə bunlar müstəqil, xüsusi, metafizik 
mənşəyə malik deyillər. Onlar yalnız yüksək psixiki qabiliyyətlərin davamıdır. Belə 
qabiliyyətlər insanabənzər meymunlarda da vardır. 
Əlbəttə, Şelerin bu fikri ilə razılaşmaq çətindir. Çünki insanın fəaliyyət göstərmək 
qabiliyyəti heç də təbii xassə deyildir. O, insanın çox mühüm antropoloji keyfiyyətidir. 
İnsanın fəaliyyəti yaradıcı xarakter daşıyır. Onu təbii müqəddəm şərtlərlə eyniləşdirmək 


16 
doğru olmazdı. Fəaliyyət insanın təbiətdən yüksəkdə durduğunu göstərir. Məhz fəaliyyət 
insanı müstəqil antropoloji tip kimi ayırmağın əsasında durur. Bunu müasir elmi 
nailiyyətlər də sübut edir. 
İnsan təkcə öz mahiyyətinə müncər olunmur. Onun mövcudluğu məsələsi də çox 
mühümdür. Mahiyyət bütün insan nəslinin keyfiyyət səciyyəsini təşkil edir. Ondan fərqli 
olaraq mövcudluq hər bir fərdə aiddir, onun həyatının konkret empirik ifadəsidir. Buna 
görə də mahiyyət anlayışı onu tam əhatə etmir. Mövcudluq ayrılıqda götürülmüş insanı 
və ya birlik formasını bütün rəngarəngliyi ilə səciyyələndirir. 
İnsanın mahiyyəti və mövcudluğu problemi ekzistensializm fəlsəfəsində daha 
geniş yer tutur. Onun nümayəndələri (J.Sartr, A.Kamyu, M. Haydegger və b.) insanın 
fərdi-real varlığını transendensiya (ən ümumi reallıq hüdudlarından kənara çıxan) ilə 
nisbətdə götürürlər. 

Mövcudluq həmişə fərdi xarakter daşıyır. Buna görə də ekzistensializm 
fəlsəfəsinə görə fərdin varlığı ilə cəmiyyətin varlığı iki müxtəlif tərəflərdir. Həm də 
bunlar bir-birilə daim münaqişə vəziyyətindədir. Ayrıca bir fərd həmişə şəxsiyyətdir, 
cəmiyyət isə şəxsiyyət deyildir. Odur ki, ekzistensialistlər əsl həqiqi varlığı şəxsiyyətin 
fərdi mövcudluğu ilə onun azadlığı və transendensiyaya meylliliyi ilə bağlayırlar. 
Beləliklə, ekzistensializm insanın mahiyyətini mövcudluğundan ayırır. Məsələn, Sartr 
göstərirdi ki, bütün digər obyektlərdən fərqli olaraq insanda əvvəlcə mövcudluq, sonra 
isə mahiyyət yaranır. Əlbəttə, bu fikirdə müəyyən maraqlı cəhət də vardır. Yəni təzə 
doğulan uşaq mövcuddur, lakin o hələ insanlıq mahiyyətinə malik deyildir. Onun 
insanlıq mahiyyəti sonradan, sosiallaşma prosesində formalaşır. Lakin bu faktı şişirdərək 
insanın mahiyyəti ilə mövcudluğunu bir-birindən ayırmaq doğru olmazdı. Onlar bir-
birilə dialektik vəhdət təşkil edir. 
İnsanın mahiyyətini izah edərkən aşağıdakı nöqteyi-nəzərə də diqqət yetirməlidir. 
Hazırda antropoloq filosofların bir qismi belə bir fikir irəli sürürlər ki, zəkalı insan 
bioloji növü təhlükəli həddə yaxınlaşmışdır. Onların fikrincə təbiət amansızdır. O, 
özünün yaratdığı uğursuz törəmələri bir kənara atır. Buna görə də ola bilsin ki, təbiətin 
yaratmış olduğu insan da məhvə düçar olsun. Bu fikri söyləyərkən onlar aşağıdakı 
dəlillərə istinad edirlər: planetdəki hər bir canlı prinsip etibarilə mükəmməldir Məsələn, 
heyvanlar öz instinktiv proqramı üzrə hərəkət edirlər. Hörümçəklər məharətlə tor 
toxuyur. Yaxud da quşlar heç bir naviqasiya cihazından istifadə etmədən uzaq məsafələrə 
uçurlar. Arılar böyük ustalıqla instinktiv şəkildə şan yaradırlar. Canlılardan yalnız insan 
instinktlərlə məhdudlaşmır, sərbəst proqram üzrə fəaliyyət göstərir. Sonra insan 
psixikası ilə heyvan psixikasını müqayisə edərkən insanda müəyyən tarazlığın pozulduğu 
hiss olunur. Misal üçün cinsi instinktə diqqət yetirək. O, heyvanda yalnız ilin müəyyən 


17 
dövrlərində (nəsli artırmaq üçün əlverişli şərait yarandıqda) baş qaldırır. İnsanda isə 
tamamilə başqa cürdür. Onun ehtirasları praktiki olaraq hər vaxt özünü göstərə bilir. 
Yaxud digər bir misal. Heyvanda orqanizmin bütün hərəkətləri və xarici aləmə psixoloji 
reaksiyaları normal və təbiidir. O özünə lazım olan qidanı axtarır və təhlükədən qaçır. 
Heyvanda sadizm və mazoxizm kimi keyfiyyətlər yoxdur. O öz nəslinin 
nümayəndələrinə əzab verməkdən, ziyan yetirməkdən həzz almır. İnsanda isə bəzən elə 
patoloji vəziyyət yaranır ki, o, başqasına əziyyət verməkdən, onu incitməkdən müəyyən 
zövq alır. İnsan bəlkə də yeganə canlı növüdür ki, öz nəslinin nümayəndələrini məhv 
edir. Məsələn, canavar bir başqası ilə döyüşdə məğlub olduqda məğlubiyyət əlaməti 
kimi dodaqlarını göstərir. Bu qarşı tərəfin qələbəsini tanımaq deməkdir. Belə hallarda 
əksərən, qalib gəlmiş canavar onu öldürmür. Eləcə də maral başqası ilə mübarizədə 
məğlub olduqda buna bənzər təslimçilik hərəkəti edir və qarşı tərəf onu məhv etmir, 
insan isə bundan fərqli olaraq ağ bayraq qaldıranı da, dizi üstə çöküb yalvaranı da öldürə 
bilir. 
Qeyd edək ki, müxtəlif dövrlərin müdrik adamları insanda bu cür kəskin qəzəbin 
səbəblərini araşdırmağa cəhd göstərmişlər. Ancaq yalnız XX əsrdə insanın dağıdıcı, 
məhvedici xarakterinin bəzi səbəblərini aşkar etmək mümkün olmuşdur. Məsələn 
Z.Freyd belə hesab edirdi ki, insanın xarakterindəki dağıdıcılıq, onun həyatının sadə 
olmamasından irəli gəlir. Odur ki, gələcəkdə insan üçün daha insani şərait yarandıqda, 
onun qəddarlığı da aradan qalxacaqdır. Lakin insanlara bu tarixə qədərki dövrü başa 
vurmaq və həqiqi tarixi yaşamaq üçün min il vaxt lazım gələcəkdir. Freydin ardıcılı 
E.From (1900-1980) isə bu məsələdə tamamilə başqa mövqedən çıxış edir. Onun 
fikrincə insanlar üçün yüxarıda göstərilən tarixəqədərki dövrü yaşamaq vacib deyildir. 
Çünki onlar öz mahiyyəti etibarilə qəddar deyildir. Qəddarlığı insan tarixi gedişatda əldə 
edir. Məhz tarix insanda bu keyfiyyəti yaratmaqla, onu yolundan döndərmişdir. Əvvəllər 
belə fikirlərə rast gəlinirdi ki, insanın aqressiv davranışı fılogenetik köklərə malikdir. 
Belə davranış onun anadangəlmə instinktləri ilə bağlıdır, yəni proqramlaşdırılmış 
xarakter daşıyır. From isə bu qəbildən olan fikirlərə qarşı çıxır. O göstərir ki, insan 
təbiətdən yüksək dünyanı, industrial mədəniyyəti yaratmaqla, tədricən öz təbii köklərini 
itirməyə başlayır. O, yaratdığı yeni aləmə doğru daim can atmaqdadır. Və bu prosesdə 
birdən özündə dağıdıcılıq sindromunun olduğunu aşkar edir. 
Bununla əlaqədar qeyd edək ki, doğrudan da müasir sivilizasiya, cəmiyyətin 
industrial yolla yüksəlişi özgələşmiş insanların səyini artırır. Belə adamların hər biri 
özünü və öz bədənini yalnız şəxsi uğur qazanmaq üçün vasitə hesab edir. Bu gün insan 
həyatının müxtəlif sahələri getdikcə daha çox maşınlaşır. Bu meyl isə döyüşkənlik, 
terrorizm və vandalizm kimi keyfiyyətlərin törəməsində ciddi rol oynayır. Qəribə 


18 
paradoks baş verir. Belə çıxır ki, insan maşınları yaratmır, əksinə mexanizmlər və 
texnologiya ona öz qanunlarını diktə edir. Buna baxmayaraq insanlar təbiilikdən kənar 
süni yaradılan formalara və strukturlara can atırlar. Çünki bunlar daha çox rahatlıq 
gətirir və asan idarə olunurlar. Nəticədə isə insanın mövcudluğunun təbii əsasları ciddi 
təhlükəyə məruz qalır. 
Yuxarıda deyilənlər göstərir ki, insanı izah edən fəlsəfi baxışlar çox müxtəlifdir. 
Lakin onların hamısı belə bir ümumi cəhətə malikdir ki, insan kainatın təkrarolunmaz 
məhsuludur. İnsanın unikallığı, müstəsnalığı bir aksiom kimi qəbul olunur. 

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin