FƏNN: İKT-KOMPÜTER BAZA BİLİKLƏRİ
MÖVZU 1. İNFORMASİYA. İNFORMASİYA PROSESLƏRİ
ÜZRƏ TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR.
SUAL 1. İnformasiya dedikdə nə başa düşülür?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr informasiya anlayışı, informasiyanın özündə hansı məlumatları eks etdirdiyi haqqındakı bilgilərə sahib olurlar.
SUAL 2. İnformasiya təsnifat əlamətləri əsasında hansı növlərə bölünür?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr informasiyanın istifadə olunma xarakterinə, təsvir üsulu və idarəetmə sisteminə məxsusluğuna görə hansı növlərə bölünməsi haqqındakı informasiyaya sahib olacaqlar.
SUAL 3. İnformasiya, verilənlər və bilik anlayışları biri birindən nə ilə fərqlənir?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr informasiya, verilənlər və bilik arasındakı əsas fərqlər, informasiyanın verilənlər və bilik arasındakı aralıq mövqe tutması haqqındakı bilgilərə sahib olurlar.
SUAL 4. İnformasiyanın təqdim olunmasında istifadə olunan dillər hansı qruplara bölünür?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr informasiyanın təqdim olunmasında istifadə olunan təbii və formal dillər haqqındakı məlumatlara sahib olacaqlar.
SUAL 5. İnformasiya prosesi dedikdə nə başa düşülür?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr informasiya üzərində aparılan bütün əməliyyatlar haqqındakı məlumatlara sahib olacaqlar.
SUAL 6. İnformasiya texnologiyasının əsas komponentləri nədən ibarətdir?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr informasiya texnologiyalarının texniki vasitələri, proqram vasitələri və təşkilati-metodik təminat sistemləri haqqındakı məlumatlara sahib olacaqlar.
SUAL 7. İnformasiya texnologiyasında tədqiqat obyekti nədir?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr informasiya texnologiyalarının tədqiqat obyektinin texniki vasitələri, proqram vasitələri deyil məhs insan fəaliyyəti olması haqqındakı bilgiyə sahib olacaqlar.
SUAL 8. İnformasiya resurslarının idarə edilməsinin texniki vasitələr kompleksinin tərkibinə hansı vasitələr daxildir?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr informasiya texnologiyalarının kommunikasiya və təşkilati texnika vasitələri ilə tanış olacaq, onlardan istifadənin üsütünlükləri haqqındakı bilgiyə sahib olacaqlar.
SUAL 9. İnformasiya resurslarına nə daxildir?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr maddi resurslar və ölkənin əmək qabiliyyətli əhaləsinin daha fəal və yüksək kvalifikasiyalı hissəsinin bilavasitə intellektual fəalyyətinin məhsulu olan informasiya resursları haqqındakı məlumatlara sahib olacaqlar.
SUAL 10. İnformasiya hüququ nədir?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr İT-nin istifadəçiləri və onu hazırlayanlar arasındakı münasibət, informasiyanın təşkili, saxlanması və genişləndirilməsi prosesində iştirak edən subyektlərin hüquq və azadlıqlarının möhkəmləndirilməsi informasiya hüququnun qanunları və normativ hüquqi aktlar vasitəsilə tənzimlənməsi haqqındakı bilgilərə sahib olacaqlar.
SUAL 11. İnformasiya təhlükəsizliyi nədir?
TƏLƏBƏLƏRİN ƏLDƏ ETDİYİ BİLİK VƏ BACARIQLAR: Bu suala cavab verməklə tələbələr şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya sahəsində həyati əhəmiyyətli maraqlarının müdafiə olunma vəziyyəti və informasiya təhlükəsizliyiynin konseptual modeli haqqında məlumatlara sahib olacaqlar.
Dostları ilə paylaş: |