BBK 88.3
İ-17
Vəsait Azərbaycan Respublikası təhsil Nazirliyi Elmi-
metodik Şurası «Pedaqogika və psixologiya» bölməsinin
25.03. 2002-ci il tarixli iclasında (protokol №
03) təsdiq
olunmuş və çapa layiq görülmüşdür
Rəyçilər:
Ə. Ə. Əlizadə - psixologiya elmləri doktoru, professor
Ə.M. Həsənov
- fəlsəfə elmləri doktoru, professor
Z.M. Aslanova - psixologiya elmləri namizədi, dosent
Elmi redaktor:
S. İ. Abbasova — pedaqoji elmlər namizədi
C.H. İbrahimov. Psixologiyadan mühazirə konspektləri.
Yardımçı vəsait. Bakı, 2002, 103 səh.
Vəsait Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında qiyabi
təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Vəsait mövcud
dərslik və dərs vəsaitindən onunla fərqlənir ki, burada bakalavr
pilləsi üçün zəruri olan materiallar cəm halında vəhdətlə
verilmişdir. Mövcud proqramma uyğun
olaraq vəsait üç hissədən
ibarətdir. Şəxsiyyət və fəaliyyət, şəxsiyyətin idrak prosesləri,
şəxsiyyətin psixoloji xüsusiyyətləri ayrı-ayrı
bölmələr şəklində
şərh olunur.
Vəsaitdən digər ali məktəblərdə qiyabi təhsil alan tələbələr də
faydalana bilərlər.
ARTNƏ № 277 29.03. 2002
2
downloaded from KitabYurdu.org
BİR NEÇƏ SÖZ
İnsanın psixoloji xüsusiyyətlərinə yaxından bələd olmaq,
fəaliyyət və ünsiyyət prosesində onu düzgün nəzərə almaq
hər bir ziyalı üçün, mütəxəssis üçün vacib amildir. Gələcək
mütəxəssislərin bir şəxsiyyət kimi formalaşmasında ali
məktəbdə psixologiyadan aparılan
mühazirə məşğələlərinin
də böyük əhəmiyyəti vardır. Çünki psixologiya elminin
nailiyyətlərindən düzgün və yerində istifadə edilməsi bütün
fəaliyyət sahələrində olduğu kimi kənd təsərrüfatında da
yüksək nəticələr əldə edilməsinə səbəb olur. Təsadüfı
deyildir ki, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında
qiyabi təhsil alan tələbələr üçün
nəzərdə tutulan bu vəsait
mövcud dərslik və dərs vəsaitlərindən onunla fərqlənir ki,
burada bakalavr pilləsi üçün zəruri olan materialın cəm
halında,
vəhdətdə
tələbələrə
çatdırılması
nəzərdə
tutulmuşdur. Mövcud proqrama uyğun olaraq vəsait üç
hissədən ibarətdir. Məs. hissənin
sonunda verilən seminar
məşğələlərinə hazırlaşmaq üçün mövzular və tövsiyə edilən
ədəbiyyat
siyahısı
mühazirələrin
daha
dərindən
mənimsənilməsinə xidmət edir.
Bu tədris vəsaiti son beş ildə Azərbaycan Kənd
Təsərrüfatı
Akademiyasında
pedaqoji
fəaliyyət
və
müşahidələr nəticəsində meydana gəlmişdir.
Vəsaitin
hazırlanmasında bu sahədə olan dəsrlik və vəsaitlərdən,
məqalələrdən, müasir psixolji tədqiqatlardan istifadə
olunmuşdur. Qiyabi təhsil alan kənd təsərrüfatı üzrə gələcək
mütəxəssislərə
nəzərdə
tutulan bu vəsaitdən digər
məktəblərdə «Ümumi psixologiya» fənni üzrə qiyabi təhsil
alan tələbələr də faydalana bilərlər. Vəsait şübhəsiz ilk addım
olduğu üçün müəyyən qüsurlardan xali deyildir. Ona görə də
vəsait haqqında tənqidi fikirlərini və xeyirxah məsləhətlərini
bildirən oxuculara əvvəlcədən minnətdarlığımı bildirirəm.