Cədvəl 1.
Psixoloji tədqiqatın əsas metdları və onlrın variantları
Özünü müşahidə zamanı insan özünü təhlildən istifadə edərək
öz davranışını, təəsüratını, öz hafizəsinin məhsuldarlığını və s.
müəyyənləşdirir. Bu zaman adam özünə başqalarının
gözü ilə
baxır və özünü başqaları ilə müqayisə edir.
Müşahidə metodunun tədqiqat üçün bir çox üstünlükləri ilə
yanaşı nöqsanları da vardır. Bu nöqsanlar, hər şeydən əvvəl
ondan
irəli gəlir ki, bəzən psixi hadisələr çox sürətlə cərəyan
edir. Lazım olan anın qeydini aparmaq çətin olur, bəzən də
mümkün olmur. Təkrar müşahidə lazımi səmərəni vermir. Bu
çatışmazlıqları aradan qaldırmaq
məqsədilə psixologiyada
eksperiment metodundan istifadə olunur. Eksperiment metodu
isə cədvəldən göründüyü kimi təbii və laborator olmaqla
müxtəlif variantlarda həyata keçirilə bilər.
Laborator eksperiment adından da göründüyü kimi xüsusi
laboratoriyalarda aparılır və onun
gedişində müxtəlif cihaz-
lardan istifadə olunur. Lakin bəzən psixi prosesin gedişi labo-
rator şəraitində səhih olmur, bu çatışmazlığı aradan qaldırmaq
məqsədilə təbii eksperimentə geniş yer verilir.
13
Əsas metodlar
Əsas metodların variantları
Müşahidə
Kənardan müşahidə
Özünümüşahidə
Eksperiment
Təbii
Laborator
Psixodiagnostik
Testlər
Anketlər
Sosiometriya
İntervyü
modelləşdirmə
Riyazi
Texniki
Kibernetik
Statistik
downloaded from KitabYurdu.org
Psixodiaqnostik metodların-test, anket, sosiometrik və in-
tervyu kimi variantlarından psixoloji tədqiqat zamanı
istifadə
olunur.
"Test" ingilis sözü olub, hərfi mənası "sınaq" , "Yoxlamaq"
deməkdir. Test metodundan istifadə etməklə müəyyən sahə üzrə
bilik və bacarıqlar yoxlanır, hər hansı işi icra etmək və ya peşəyə
yararlılıq yoxlanır.
Anket metodu zamanı tədqiqatın
məqsədinə uyğun olaraq
suallar qoyulur. Həmin suallara yazılı cavab verilir. Cavabları təhlil
etməklə insanların psixoloji xüsusiyyətləri haqqında fikir
yürüdülür.
Sosiometrik metoddan kollektivlərdə insanlar arasındakı
qarşılıqlı münasibətləri öyrənmək məqsədilə istifadə olunur.
Sosiometriya (latınca-Sosietas-cəmiyyət və yunanca-metros-
ölçmək deməkdir) hansı formada tətbiq edilirsə- edilsin onun
nəticələrini müşahidə və ya eksperiment
yolu ilə dəqiqləşdirmək
zəruridir.
Şəxsiyyətlərarası münasibətləri öyrənmək üçün tətbiq edilən
metodlardan biri də intervyüdür. İntervyü zamanı hər hansı məsələ
haqqında müəyyən bir şəxsin fikri soruşulur. Bu əsasən şifahi
formada həyata keçirilir.
Son zamanlar psixologiya elmində modelləşdirmə meto-
dundan da geniş istifadə edilir. Psixikanın
modelləşdirilməsi
zamanı insanın psixi (təfəkkürün, qavrayışın, hafizənin və s.)
fəaliyyətində onun modeli yaradılır və həmin modelin köməyi ilə
psixi proseslər öyrənilir.
Psixologiyada tətbiq olunan riyazi metodlar çoxdur. Riyazi
modelləşdirmənin psixologiyada istifadə olunan formulu -Buqer-
Veber, Veber-Fexner və Stivens qanunlarına
əsasən müəyyən
olunur.
1
Statistik metodlar dedikdə, tətbiqi riyazi statistikanın psixo-
logiyada eksperimentlərin nəticəsini işləmək məqsədilə istifadə
olunan ayrı-ayrı metodları nəzərdə tutulur.
Ehtimal məntiqindən və ehtimal
modellərindən istifadə
etməklə psixoloji tədqiqatın nəticələrinin əsaslı olmasını təmin
Dostları ilə paylaş: