Deməli, fəaliyyətin ilkin fərqləndirici
əhəmiyyəti ondan ibarət-
dir ki, insan fəallığının mənbəyi tələbatlar əsasında yaranır və
düşünülmüş məqsədlə idarə olunur.
Qeyd etmək lazımdır ki, qarşıya qoyulmuş məqsədə nail
olmaq üçün, fəaliyyətin müvəffəqiyyətli icrasından danışmaq
lazımdır. Nəhayət, fəaliyyət insan davranışını elə idarə etmək
qabiliyyətinə malik olmalıdır ki, məqsədəyönəlmiş hərəkətləri
həyata keçirə bilsin. Buradan görünür ki, fəaliyyət idrak və iradi
proseslərlə sıx bağlıdır, onlar olmasa mövcud ola bilməz.
Müasir
insanlarda, onların tələbatlarına uyğun olaraq çoxlu
miqdarda fəaliyyət növü vardır. Onları təsəvvür etmək üçün
həmin insanın tələbatlarına uyğun olaraq onları hesablamaq
lazımdır.
Bu iş isə olduqca mürəkkəbdir, çünki tələbatların
əhəmiyyətlilik dərəcəsi müxtəlifdir.
Bütün insanlar üçün xarakterik olan fəaliyyət növlərini
ümumiləşdirsək onların fərdi inkişaf aktivliyi nəzərə alınmaqla
aşağıdakı əsas fəaliyyət növlərini göstərə bilərik: ünsiyyət, oyun,
təlim və əmək.
Ünsiyyət-birinci fəaliyyət növü olmaqla insanın fərdi inkişaf
prosesində yaranır. Onun ardınca oyun, təlim və əmək gə-
lir.Bütün bu fəaliyyət növləri inkişaf etdirici xarakter daşıyır və
şəxsiyyətin intellektual inkişafında aktiv iştirak edir.
Ünsiyyət fəaliyyətində (başqa sözlə desək kommunikatik
fəaliyyətdə) obyekt başqa adamlardır. İnsan psixikasında məhz
nəyə təsir edəcəyimizdən asılı olaraq
ünsiyyət fəaliyyətinin
psixoloji məzmunu da müxtəlif olacaqdır. Bir halda bu yeni
biliklərin verilməsindən, başqa halda əqidənin dəyişilməsindən,
üçüncü halda isə işə bilavasitə təhrikdən ibarət olacaqdır.
Ünsiyyət fəaliyyətində insanlar işin məqsədini bir-birinə izah
edir, iş prosesində qarşıya çıxan çətinlkləri və nöqsanları
müzakirə edir, məsləhətləşirlər. Bu
prosesdə ünsiyyət ancaq və
ancaq insanların birgə fəaliyyətinin təşkilinə xidmət edir.
Ünsiyyətin fəaliyyət obyektini bir adam (və ya iki-üç) və ya çox
adamdan məktəbin sinfi, auditoriya. bütöv zal) ibarət olması
17
downloaded from KitabYurdu.org
ilə müəyyən edilir. Burada birinci halda şəxsiyyətlərarası
ünsiyyətdən; ikinci halda isə sosial ünsiyyətdən söhbət gedir.
Onda istifadə edilən vasitələrdən asılı olaraq, ünsiyyət fəaliy-
yətini müxtəlif növlərə ayırmaq olar. Ünsiyyətin ən qədim növü
maddi ünsiyyətdir. Ünsiyyətin ən inkişaf etmiş və xüsusi tərkib
hissələrinə malik olan növü işarə ünsiyyətini göstərmək olar.
Nitq ünsiyyəti işarə ünsiyyətinin xüsusi halıdır.
Nitq fəaliy-
yəti insanın ünsiyyət üçün dildən istifadə etməsi prosesidir. Lakin
ünsiyyət fəaliyyəti nitq olmadan da həyata keçirilə bilər, belə halda
jestlərdən, duruşdan, baxışdan, baxışın istiqamətindən istifadə
olunur. Bu cür mənalı ünsiyyət xüsusilə emosional vəziyyət,
hisslər və əhvalların ötürülməsi ilə
əlaqədar olan şərait üçün
xarakterikdir.
Tədqiqatlar göstərir ki, uşaqda oyun fəallığının həyata ke-
çirilməsi forması həyat fəaliyyəti formasıdır. Özlüyündə bu
funksional həzzlə bağlıdır. Onun təhrikedicisi fəallığa tələbat,
mənbəyi isə təqlid və təcrübədir. Uşaqların
oyun fəaliyyətinin ən
mühüm xüsusiyyəti ilk başlanğıcdan, böyüklərlə ünsiyyət və
onların rəhbərliyi altında praktiki davranış forması əsasında inkişaf
edir.
Üçüncü yaşdan başlayaraq rollu oyunlar meydana çıxır. Yəni
uşaq böyüklərdə müşahidə etdiyi funksiyaları təkrar edir: məsələn,
iki yaşlı qız kuklasını yedizdirir və s. Həkim rolunu oynayan uşaq
özünü "həkim" kimi aparır.
Beləliklə, oyun icra olunan işlərin sahəsində dərk edilməni
inkişaf etdirir, özünüdərketməni genişləndirir.
1
Uşağın orqanizminin böyüməsi, anatomik-fizioloji inkişaf, ali
sinir fəaliyyətinin formalaşması və mürəkkəbləşməsi baş verir.
Öyrətmə uşağın inkişafında əsas amil kimi çıxış edir. Onun
həyatına yeni bir fəaliyyət növünün daxil olması vaxtı gəlib çatır.
Bu
elə fəaliyyətdir ki, onun məqsədi müəyyən məlumatları,
hərəkətləri, davranış formalarını mənimsəməkdən ibarətdir. Bu cür
spesifik fəaliyyət təlim adlanır. Təlim fəaliyyəti müəyyən bilik,
bacarıq və vərdişlərə yiyələnmək
Dostları ilə paylaş: