Azərbaycanda Sovet hakimiyyəti qələbə çaldıqdan
sonra
psixologiya elmi müstəqil bir elm kimi sürətlə inkişaf etdi Ali
məktəblərdə psixologiya elmi tədris olunmağa başladı
və kadr
hazırlığına diqqət artırıldı.
Respublikamızın yaşlı nəslinin nümayəndələrindən A.O.Ma-
kovelski, Ə.K.Zəkuyev, M.R.Abbasov, M.Hacıyev və b. səmərəli
fəaliyyət göstərmiş, kafedra və laboratoriyalar açmışlar.
Azərbaycan psixoloqlarından M.C. Məhərrəmov, Ş.S.Ağayev,
Ə.S.Bayramov, Ə.Ə.ƏIizadə, M.Ə. Həmzəyev, Y.Kərimov, N.Ka-
zımov, Ə.Ə.Qədirov, M.S.Əbdütov, Q.Əzimov, Z.M.Mehdizadə,
İ.Ə.Seyidov, Ş.Babayev, Aİ.Məmmədov, İ.N.Məmmədov, T.M.
Mustafayev, S.Seyidov və b. apardıqlan elmi -tədqiqat işləri psixo-
logiya elmini daha da zənginləşdirmişdir.
Azərbyacan psixoloqlarının əsərlərində, dissertasiylarında
psixologiyanın ən yaxşı tədqiqat metodları seçilib toplanmış,
eksperimentlərin
qoyuluşu, gedişi, aparılması şərh olunmuş,
araşdırmanın
yol və vasitələri göstərilmiş, alınan nəticələr təhlil
edilmişdir.
1
Azərbaycan psixoloqları XX əsrdə apardıqları
araşdırmalar əsasında
nəticələrə dair konfranslarda, dünya
miqyaslı qurultaylarda, konqreslərdə çıxış
etmiş və məruzələr
etmişlər.
Psixologiyanın tədqiqat metodları.
Psixoloji tədqiqat metodları dedikdə bu elmin öz predmetini
tədqiq etmək üçün hansı yol və vasitələrdən
istifadə edilməsi
nəzərdə tutulur. Müasir psixologiyada istifadə edilən əsas metodlar
və əsas metodların variantları 1 saylı cədvəldə göstərilmişdir.
Müşahidə bir neçə variantda həyata keçirilir. Kənardan
müşahidə hadisələrin gedişatına müdaxilə etmədən onu baş verdiyi
təbii şəraitdə izləməyi nəzərdə tutur.
Dostları ilə paylaş: