Heyvanlardan fərqli olaraq insanda ikinci siqnal sistemi də
vardır. Bu siqnal sistemi tələffüz edilən, eşidilən və oxunan
sözlərdən ibarətdir.
Psixikanın insana məxsus olan ali səviyyəsi şüurdur. İnsan
şüuru bizi əhatə edən aləm haqqında biliklərlə tanış edir. Şüurun
strukturunda ən mühüm idrak prosesləri iştirak edir, onların
köməyi ilə insan daim öz biliklərini zənginləşdirir. Beyinə təsir
edən qıcıqlandırıcıların əks olunması ilə şüurda ətraf aləmin hissi
mənzərəsi yaranır və insan dərk edir. Əgər idrak proseslərindən
hər hansı biri (duyğu, qavrayış, hafızə, təxəyyül, təfəkkür və s.)
pozularsa, şüurda da pozğunluq yaranar.
Şüurun izah edilməsində digər mərhələ onun "mən"ini "qeyri-
mən"dən fərqləndirməkdən ibarətdir. Yəni mənlik şüurunun
həyata keçirilməsi, formalaşması prosesi baş verir.
Şüurun üçüncü bir xarakteristikası da vardır ki, o da insanın
qarşıya qoyduğu məqsədə uyğun olaraq onun fəaliyyətinin təmin
olunmasından ibarətdir. Məqsədli fəaliyyət zamanı, şüurda onun
motivləri əmələ gəlir, zəruri hallarda bəzi düzəlişlər edilir, iradi
qərar qəbul olunur və s.
Nəhayət, şüurun dördüncü bir xarakteristikası da vardır ki,
buraya, yəni insan şüuruna hisslər aləminin daxil olması ilə
əlaqədar olaraq şəxsiyyətlərarası emosional qiymətlərin
olmasıdır.
Qeyd etmək lazımdır ki, şüurun formalaşmasının zəruri şərtini
dil təşikl edir.Nitq vasitəsilə isə zəruri biliklər toplanır və ifadə
olunur. A.İ Gertsen yazmışdır ki, "hər bir adam kökləri az qala
Adəmin cənnətinə gedib çıxan dəhşətli qenealogiya ağacına
istinad edir; bizim arxamızda sahil dalğalarının arxasında olduğu
kimi, bütün okeanın -ümumdünya tarixinin gücü hiss olunur bu
anda bütün əsrlərin fikri bizim beynimizdədir"
1
. Dil hər hansı bir
insan tərəfindən mənimsənilir və onun real şüuruna çevrilir. Dilin
köməyi ilə cəmiyyətin çoxəsrlik praktikasında əldə edilən
təcrübədən istifadə edilir.
Bir çox alimlərin (İ.R.Pavlov və b.) apardıqları ekspe-
rimentlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, yalnız bə-
lədləşmə manipulyasiyası sahəsində bəzi heyvanlar situativ
Dostları ilə paylaş: