bütün dünyada psixologiya elminin inkişafına əsaslı
təsir gös-
tərdilər. Bir qədərdən sonra Vundtun laboratoriyası əsasında
dünyada ilk Eksperimental Psixologiya İnstitutu təşkil olundu.
Beləliklə, psixologiya eksperimental bir elm olmaqla yanaşı, həm
də müstəqil bir elm kimi inkişaf etməyə başladı.
Azərbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ildə
F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır.
Azərbaycanda da psixologiya elmi özünəməxsus inkişaf yolu
keçmişdir.
Biz Azərbaycanda ilk psixoloji təsəvvürlərə aid xalqımızın
adət-ənənəsində, ailə və rnəişət (toy, yaş, və s.) mərasimlərində də
təsadüf edirik. Molla Nəsirəddin, Bəhlul Danəndə insanları yaxşı
tanıyırdılar. Azərbaycanın xalq nağılları və dastanlarında müxtəlif
psixoloji hadisələr geniş təsvir olunmuşdur.
"Kitabi-Dədə Qorqud" dastanında insanların qarşılıqlı mü-
nasibətləri təhlil olunur. Dastanda davranış normalarında
özünü
büruzə verən xəyanət, həsəd, qorxaqlıq
fərarilik kimi mənfi
surətlər tənqid edilmişdir.
1
XI əsrdən başlayaraq Azərbaycanda psixoloji ideyalar fəlsəfi
traktat və bədii ədəbiyyat nümunələrində daha çox təsadüf olunur.
Azərbaycanda psixoloji ideyaların inkişafında
Bəhmənyar,
Xəqani, Şirvani, Nizami Gəncəvi,
Nəsirəddin Tusi, İmadəddin
Nəsimi, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov,
M.F.Axundov, Ü.Hacıbəyov,
Hüseyn Cavid, C.Cabbarlı kimi
mütəfəkkir şair və yazıçıların böyük xidməti olmuşdur.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan maarif-
çiləri mütərəqqi rus pedaqoq və psixoloqlarının əsərləri ilə tanış
olmaq imkanı qazandılar. Artıq Azərbaycan pedaqoqlarının
əsərlərində yaş və pedaqoji psixologiya məsələlərinə daha çox yer
ayrılmağa başladı. Bu halda aydın
təsəvvür əldə etmək üçün
görkəmli Azərbaycan pedaqoqu Məhəmməd Tağı Sidqinin
"Nümunəyi-əxlaq" əsərini xatırlamaq kifayətdir.
Dostları ilə paylaş: