ddirlər, gələcəkdə insanlarla ünsiyyət və fəaliyyət prosesində
ictimai münasibətləri mənimsədikdə şəxsiyyətə çevriləcəkdir.
Şəxsiyyətə çevrilmək müəyyən həyat mövqeyi, hər şeydən
əvvəl, əxlaqi mövqe tutmaq, öz mövqeyini cəmiyyətin üzvü kimi
aydın dərk etmək və onun üçün məsuliyyət daşımaq, özünün
əməlləri, işləri, bütün həyatı ilə onu təsdiq etmək deməkdir.
Cəmiyyətin üzvü kimi şəxsiyyətin inkişafı çoxcəhətlidir.
Burada iki cəhəti xüsusilə ayırd etmək lazımdır. Birincisi-şəx-
siyyətin insanlarla, ictimai həyatın müxtəlif sahələri ilə əlaqələrini
genişləndirir, ictimai təcrübəni öz sərvətinə çevirir. Şəxsiyyətin
inkişafının bu cəhəti onun ictimailəşməsi (sosiallaşması) adlanır.
İkinci tərəfdən şəxsiyyət ictimai inkişaf prosesində şəxsiyyətə
çevrildikcə özünəməxsus (təkrar olunmaz) həyat tərzi formalaşır
ki, bu da fərdiləşmə prosesi adlanır.
Psixologiyada bu mühüm faktı ifadə etmək üçün fərdiyyət
anlayışından istifadə olunur. Fərdiyyət insanın maraqlarında,
qabiliyyətlərində, tələbatlarında, temperament və xarakter
əlamətlərində özünü göstərir. Fəaliyyət insanın anatomik- fizioloji
quruluşu ilə bağlı olsa da, əsas etibarilə onun həyat tarixini əks
etdirir.
1
Ona görə də insanlara fərdi yanaşma zamanı onların
fərdiyyətinin öyrəniləmsinin böyük praktik əhəmiyyəti vardır.
3. Qarşıya belə bir sual çıxır: fərd ictimai münasibətləri necə
( hansı yol və vasitələrlə) mənimsəyir?
Orqanizmlərdən biri olan heyvanların davranışını bütövlükdə
ətraf mühit müəyyən edir. İnsanların fəallığı isə cəmiyyətin
tələbləri ilə tənzim edilir. Davranışın insana məxsus olan tipini
ifadə etmək üçün-fəaliyyət termini işlənilir. Psixologiyada insana
məxsus olan fəaliyyətin digər orqanizmlərdən fərqləndirici
cəhətlərinə nəzər salaq.
Burada, hər şeydən əvvəl, onu doğuran tələbatlar müəyyən
edilməlidir. Tələbatların həyata keçirilməsində, ona stimul
yaradan, təkan verən motivlər xüsusi rol oynayır. Lakin fəaliyyətin
məzmununu tələbat deyil, məqsəd müəyyən edir.
Dostları ilə paylaş: