Böyük sənətkarlar da insanın daxili aləmini əks etdirərkən, hissləri
mühüm vasitə saymışlar: məsələn, L.N.Tolstoy hissi vəziyyətdən
asılı olaraq gözlərin ifadəsinin 85, gülüşün isə 97 təsvirini
vermişdir. Dodaq, göz və qaşların müxtəlif vəziyyətə düşməsinə
əsasən insanın nə kimi hisslər keçirdiyini asanlıqla müəyyən etmək
olar.
Hisslər insanın nitqində də ifadə olunur.
1
Hissi nitq vasitəsilə
ifadə etməyi bacarmaq lazımdır. Burada ifadələrin düzgün
seçilməsi, hissləri doğuran şəraitin obrazlı təsviri, sözlərin xüsusi
şəkildə tələffüzü, mimika və pantomimikanın nitqin məzmuna,
ahənginə uyğun gəlməsi də vacibdir. Buraya intonasiya, danışıq
sürəti, vurğunun yerində işlədilməsi və s. daxildir. Hisslərin nitqdə
ifadəsi üçün danışığın ifadəli hərəkətlərlə müşayiət edilməsi
zəruridir.
Deyilənləri ümumiləşdirsək belə bir nəticəyə gəlmək olar ki,
insan hisslərinin əsas mənbəyi ictimai həyatdır, insanlar arasında
olan qarşılıqlı münasibətdir, cəmiyyətdə olan birgəyaşayış
qaydalarının gözlənilməsidir. Bu mənada insan hissləri heyvani
hisslərdən tamamilə fərqlənir. İnsanın üzvi tələbatlarının
ödənilməsi ilə bağlı hisləri heyvanların emosiyalarından xeyli
fərqlənir.
Emosiya sadə hissi hal olub, əsasən üzvi tələbatların (yemək
su, təmiz hava və s.) ödənilməsi ilə əlaqədardır. Belə tələbatların
ödənilməsi ilə əlaqədar heyvanlarda da müəyyən emosiyalar baş
qaldırır. Məsələn, heyvan öz balasını itirdikdə qəmgin olur, ağlayır
və s. Əlbəttə, insanın sadə tələbatlarının ödənilməsi ilə bağlı
emosiyalar, heyvanlarda nəzərə çarpan emosiyalardan mahiyyət
e'tibarilə fərqlənir. İnsan heyvandan yalnız ağlı, iradəsi ilə deyil,
eyni zamanda hissi ilə də fərqlənir. insan şüurlu, ictimai varlıq
olduğuna görə, onun hissləri də ictimai münasibətlərlə bağlıdır.
İnsanın varlığı ictimai mahiyyət kəsb etməklə, həyat şəraiti, şüur
tərzi dəyişildikcə, onun hissləri də dəyişərək yeni əxlaqi məzmun
kəsb edir. Belə hisslər heyvanlarda ola bilməz.
Dostları ilə paylaş: