üçün insanın fəaliyyətin şüurlu məqsədlərlə idarə olunduğu yerdə
mümkündür. insanda
təlim o zaman mövcud olur ki, o öz
hərəkətlərini özü tənzim edə bilir. Bu qabiliyyət isə əvvəlki
fəaliyyət növləri olan-oyun, praktik davranış və s. əsasında
formalaşır və altı-yeddi yaşlarda lazımi inkişaf səviyyəsinə çatır.
Təlim fəaliyyəti insanı tək bilik, bacarıq
və vərdişlərlə si-
lahlandırmır. O, özünün psixi proseslərini idarə edərək, insanı
əməyə hazırlayır.
Əmək fəaliyyəti insanın əsas, aparıcı fəaliyyətidir. Bu fəa-
liyyət növü ancaq insana məxsusdur,
onun sayəsində insan
yaşamağa və təbiət qüvvələri üzərində qalib gəlməyə müvəffəq
olur. Əmək fəaliyyəti nəticəsində inkişaf üçün zəruri olan
məhsullar istehsal olunur və insanlar tələbatlarını ödəyirlər. Ona
görə də insanların əmək fəaliyyəti öz mahiyyəti etibarilə ictimai
xarakter daşıyır.
Beləliklə, biz şəxsiyyətin formalaşmasında faəliyyətin rolunu
aydınlaşdırdıq. Həmin prosesin ikinci tərəfi də vardır. Bu tərəf
fəaliyyətin öz inkişafında şəxsiyyətin rolunu nəzərdə tutur. Çünki
şəxsiyyət
formalaşdıqca
fəaliyyətin
xarakterində
əsaslı
dəyişikliklər baş verir fəaliyyətin motivləri formalaşır. Fəaliyyət
prosesi şəxsi məna kəsb edir. Bundan asılı
olaraq fəaliyyətin
tərkibinə daxil olan bütün idrak proseslərinin xarakteri dəyişilir.
Onlar şəxsiyyətin xüsusiyyətləri ilə şərtlənməyə başlayırlar.
Beləliklə də, fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya,
emosiya və idrak sahələri bir-birinə nüfuz edir, onlar tədricən
qarşılıqlı əlaqədə inkişaf etməyə başlayırlar.
insan fəaliyyəti şüurun təşəkkülü və inkişafı ilə əlaqədar
olaraq şüurlu fəallıq kimi təşəkkül tapır və inkişaf edir.O da öz
növbəsində şüurun təşəkkülü və inkişafı üçün əsas rol oynayır.
Şəxsiyyətin
anadangəlmə deyil, konkret tarixi həyat şə-
raitində, təlim və tərbiyə prosesində formalaşması fikri ilə çox
psixoloqlar razıdırlar. Lakin şəxsiyyətin formalaşmasında hansı
qanunlar əsas rol oynayır, bu məsələyə münasibətdə
19
downloaded from KitabYurdu.org
müxtəlif fərqlər vardır. Bu fikir ayrılığı xüsusilə inkişafın hərə-
kətverici qüvvəsində, yəni şəxsiyyətin inkişafına cəmiyyətdə olan
müxtəlif sosial qrupların təsiri, inkişaf dövrünün qanuna-
uyğunluqları, bu sahədə inkişafa
kömək edən və mane olan
proseslər daxildir.
90-cı illərdən etibarən şəxsiyyətin inkişafı və formalaşması
prosesində müxtəlif nəzəriyyə və konsepsiyaları əhatə edən inkişaf
konsepsiyasına xüsusi diqqət yetirilir. Belə bir nəzəriyyəyə
əsaslanan konsepsiyalardan biri Amerika psixoloqu E.Eriksona
məxsusdur.
Eriksonun baxışlarının əsasını epigenetik prinsiplər təşkil edir.
Şəxsiyyətin inkişafında Eriksona görə səkkiz psixoloji krizis dövrü
mövcuddur, bu isə hər bir insanda hökmən baş verir:
1.
İnam-inamsızlıq (həyatın birinci ilində);
2.
Tərəddüd və utancaqlıq (2-3 yaş dövrü);
3. Təşəbbüskarlıq və öz günahını dərk etmə (3-6 yaş
dövrü);
4.
Əməksevərliyə alışma dövrü (7-12 yaş dövrü);
5.
Şəxsiyyətin özünüdərketməsi (12-18 yaş dövrü);
6.
Ünsiyyət və intimliliyə meyl (18-30 yaş dövrü)
7.
Yeni nəsil tərbyiə etmək (30-60 yaş dövrü)
8. Ötən ömürdən razı qalmaq və ya qalmamaq (60 yaş-
dan sonra)
Eriksonun konsepsiyasının əsasını, insanın daxili aləminin
dəyişməsi, ətrafdakı adamlarla münasibətdə radikal dəyişiklik
təşkil edir. Bunun nəticəsində şəxsiyyət
əvvəllər mövcud ol-
mayanı əldə edir. Formalaşan və inkişaf edən şəxsıyyət həyatda
nəinki yaxşı keyfiyyətləri, həm də pis keyfiyyətləri mənimsəyir.
Bu nəzəriyyənin ayrı-ayrı variantlarını, şəxsiyyətin fərdi
keyfiyyətləri nöqteyi-nəzərindən araşdırmaq
demək olar ki,
mümkün deyildir. Bütün bu çətinlikləri nəzərə alaraq Erikson öz
inkişaf konsepsiyasında-normal və anormal inkişafı izah etməyə
çalışır. Təmiz halda onlara həyatda demək olar ki,
rast gəlinmir,
amma onları mümkün olan aralıq variantları kimi qarışıq şəkildə
izah etmək olar (cədvəl 2).
20
downloaded from KitabYurdu.org