1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət



Yüklə 133,41 Kb.
səhifə1/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
  1   2   3   4   5   6   7   8   9   ...   50
müasir t



1.ll d.m ABŞ üçün nəticələri.XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət
II dünya müharibəsi1945-ci il sentyabrın 2-də başa çatdı.Müharibənin ABŞ üçün bir sıra sosial-iqtisadi nəticələri oldu. Dünya müharibəsində ABŞ da ölən və yaralananlarınsayı 405 min nəfərə çatırdı. Müharibə nəticəsində ABŞ dünyanın ən varlı ölkəsinə çevrildi.İqtisadiyyat inkişaf etdi. Sənayedə məhsul istehsalı iki dəfə artdı. Dünya qızılının 73%-i ABŞ-ın əlində cəmləndi. ABŞ dünyanın birinci iqtisadi güc mərkəzinə çevrildi.Müharibədə ABŞ-ın Perl Harbor hərbi-dəniz donanmasının Yaponiya tərəfindən bombardman edilməsindən başqa ölkə ərazisində heç bir hərbi əməliyyat aparılmadı. Amerikan inhisarlarının xalis gəliri 87 milyard dollar təşkil etdi.Tərxis edilən 12 mln əsgər üçün yeni iş yerləri açıldı.1945-ci ildə ölkədə 129 mlrd dollar tez reallaşa bilən vəsait var idi.Vəsait istehsalın stimullaşdırılmasına və əsaslı tikintiyə yönəldildi. +sual 5

2.N.Sarkozi kabinetinin daxili və xarici siyasəti
2007-ci ilin yazı Fransada prezident seçkiləri keçiriliməsi nəzərdə tutulur.Seçkilərin I mərhələsi 22 aprel keçirilir,namizədlər heç biri üstünlük qazana bilmir.2 mayda keçirilən II mərhələdə 53% səslə N.Sarkozi qalib gəldi və Fransa prezidenti oldu.Fiyonu baş nazir təyin etdi və2007 17 may onun başçılığı ilə hökümət təşkil edildi.O, de Qollun ənənəsinə görə yalnız xarici siyasət və müdafiə məsələlərinə baxmır,bütün məsələrlə maraqlanırdı.2007 iyun Fransada parlament seçkiləri keçirilir.Əsas mübarizə Xalq Hərəkatı Uğrunda İttifaq Partiyası və Sosial Partiyası arasında gedirdi.Bu amil ikipalatalı parlamentin yaranmasına şərait yaradırdı.Fiyinun başçılığı ilə yeni hökümət təşkil edilir.Hökümətin tərkibinə daxil olan 15 nazirdən 7-si qadın idi.
2007 ildə Fransada iqtisadi böhran başladı.Dövlət borcu,büdcə kəsri,inflyasiya artdı,məhsul istehsalı azaldı.Payızda nəqliyyat işçiləri ilə bağlı islahat keçirildi.Onların daha tez təqaüdə çıxma hüququ,ailə üzvləri üçün pulsuz səhiyyə xidməti ləğv edildi.Narazı işçilər iki həftəlik tətil etdi.
2008 ildə Fransada təhsil sahəsində islahatlar keçirildi.İslahat 2009-cu ildə təhsil xərclərinin azaldılmasını,11.2 min iş yerinin ixtisarını nəzərdə tuturdu.Bu qərar müəllimlərin ümumi tətilinə səbəb oldu.Lakin hökümət etirazları nəzərə almadı.
Problemli məhəllələr üçün “Şəhərətrafı qəsəbələr üçün ümid” adlı plan hazırlandı.Yeni iş yerlərinin açılması,gənclərin təhsilə cəlb edilmişi,cinayətkarlığa qarşı mübarizə və s. məsələlər nəzərdə tutuldu.
2008 17 iyun Sarkozi “Ağ kitab” adlı təhlükəsizlik doktrinasını irəli sürdü.Doktrina hərbi qulluqçuların ixtisarını və 50 hərbi bazanın ləğvini nəzərdə tuturdu.N.Sarkozi ilk xarici səfərini AFR-ə edir,Merkeli sıx əməkdaşlığa çağırır.
N.Sarkozi Türkiyənin Avropa İttifaqına daxil olmasının əleyhinə idi.Deyirdi ki,Türkiyənin daxili problemləri var,o təşkilatın fəaliyyətinə mane olacaq.Bu iki dövlət arasında problemlər var idi.Türkiyənin tələbi ilə Fransanın “Qaz de Frans” şirkəti “Nabukko” layihəsindən çıxarıldı.Türkiyə bu addımı Fransanın “erməni soyqırımı”nı tanıması ilə əsaslandırdı.2012-ci ildə Fransanın uydurma soyqırımla bağlı yeni qanun qəbul etməsi münasibətləri daha da pisləşdirdi.
Mühüm beynəlxalq məsələlərin həllində Fransa Rusiya ilə əməkdaşlıq edirdi.Gürcüstanın və Ukraynanın qısa müddətdə NATO-ya qəbul edilməsi əleyhinə idi.
Fransa Azərbaycan Respublikası ilə geniş əməkdaşlıq edirdi.ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi.2007 noyabrı AR Prezidenti İlham Əliyevin Fransaya səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verdi.


Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin