Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə1/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   156
avropa amerka tarıxı


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ






SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA




I HİSSƏ
1918-1945-ci illər

Ali məktəblər üçün dərslik

Azərbaycan Respublikası Təhsil Nazirliyi- nin Elmi-Metodik Şurasının «Tarix» böl- məsinin 13.12.2006-cı il tarixli iclasının qərarı (pr № 3) və Azərbaycan Respublikası Təhsil Nazirinin 19 dekabr 2006-cı il tarixli 920 № li əmrinə əsasən çap edilir.

BAKI – 2 0 10


Rəyçilər: t.e.d., prof. M.S.Həsənov t.e.n., dos. Ş.C.Nuruzadə t.e.n., dos. M.Fətəliyev
Səmayə Mustafayeva. Avropa Amerika ölkələrinin ən yeni tarixi. (Ali məktəblər üçün dərslik) Bakı, ADPU-nun nəşriyyatı, 2010, 388 səh.

M Ü N D Ə R İ C A T
səhifə

  1. KANADA 262

  2. LATIN AMERİKASI ÖLKƏLƏRİ 268

Braziliya 273

Giriş 5

  1. Birinci Dünya müharibəsinin son dövründə və müharibədən sonrakı ilk illərdə beynəlxalq münasibətlər (1918-1923-cü illər) 8

  2. Böyük Britaniya 34

  3. Fransa 53

  4. Almaniya 72

  5. Rusiya (1922-ci ildən SSRİ) 104

  6. İtaliya 117

  7. İspaniya 131

  8. ABŞ 147

  9. MƏRKƏZİ, ŞƏRQİ VƏ CƏNUB-ŞƏRQİ AVROPA ÖLKƏLƏRİ

Avstriya 170

Macarıstan 176

Polşa 185

Çexoslavakiya 190

Bolqarıstan 194

Rumıniya 201

Yuqoslaviya 208

Albaniya 216




  1. ŞİMALİ AVROPA DÖVLƏTLƏRI

İsveç 222

Finlandiya 227

Norveç 234

Danimarka 237

Belçika 242

Niderland 246



  1. CƏNUBİ AVROPA DÖVLƏTLƏRİ

Yunanıstan 250

Portuqaliya 254

İsveçrə 259
Argentina 279

Meksika 284

Çili 290

Kuba 294


  1. 1924-1939-cu illərdə beynəlxalq münasibətlər 301

  2. İKİNCİ DÜNYA MÜHARİBƏSİ 316

XRONOLOJİ CƏDVƏL 360

Məsləhət görülən ədəbiyyat 374

G İ R İ Ş

Ali məktəblər üçün nəzərdə tutulan bu dərslik Avropa və Amerika ölkələrinin 1918-1945-ci illəri əhatə edən tarixindən bəhs edir.

Tarixin ən yeni dövrünün hansı vaxtdan başlanması haq- qında fikirlər müxtəlifdir. Bəziləri onun XX əsrin ilk ilindən, bəziləri 1914-cü ildən, bir çox tarixçilər isə Birinci dünya mü- haribəsinin son ilindən başlandığını göstərirlər. Hələlik ən yeni tarixin Birinci dünya müharibəsinin son ilindən başlandığı fikri əsas götürülür və dərslik yazılarkən bu nəzərə alınmışdır.

Bu dövr müasir dövrlə çulğalaşdığı üçün bəzən onu müa- sir tarix də adlandırırlar. XX əsrin əvəllərindən hal-hazıra qədər davam edən ən yeni tarix əvvəlki tarixi dövrlərdən keyfiyyət baxımından fərqlənir. Belə ki, ən yeni tarix bəşəriyyətə ən böyük texniki kəşflər, həm də böyük bəlalar bəxş etmiş XX əsrin tarixini öyrənir. Əgər XVIII əsr tarixdə buxar, XIX əsr polad və kömür əsri kimi xatırlanırsa, XX əsr ETİ, kosmos, nüvə, elmi və siyasi məlumatların güclü axını əsri kimi tanındı.

XX əsr bəşər tarixində əsl mənada dönüş dövrü olmuşdur. Bu əsr çoxmillətli iri müstəmləkə imperiyalarının dağılması ilə də səciyyələnir. Bunun nəticəsində dünya xəritəsində onlarla yeni müstəqil dövlətlər yaranmışdır. XX əsr faşizmin və sosializmin iflası, bazar iqtisadiyyatının və liberal demokratizmin yeni ölkələr və bölgələrdə yayılması prosesinin genişlənməsi əsri kimi də yadda qalır.

Bu əsr tarixə həm də milyonlarla insanın məhvinə səbəb olan iki dünya müharibəsi bəxş etmişdir. Ümumiyyətlə, ən yeni tarixi öyrənərkən biz XX əsr və XXI əsrdən keçən illərdə baş vermiş sosial-siyasi hadisələrin böyük bir axınını izləmiş olacağıq. Əgər tarixi bəşəriyyətin laboratoriyası adlandırsaq, həmin laboratoriyada ən zəngin materiallar ən yeni dövrə

təsadüf edir. Ən yeni tarix tarixçi alimlərin fikrincə, əsasən 2 dövrə bölünür.

I dövr 1918-ci ildən, yəni Birinci dünya müharibəsinin sonundan başlayır, 1945-ci ilə qədər, yəni İkinci dünya müharibəsinin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə dünyanın 1 hissəsində sosializm yaranır. Sosializmlə kapita-

6

lizm arasında, həmçinin kapitalist dövlətlərinin öz daxilində ziddiyyətlər kəskinləşir və Birinci Dünya müharibəsinin nəticələri İkinci Dünya müharibəsinin başlanmasına səbəb olur. Bu dövrün xarakterik xüsusiyyət siyasətin iqtisadiyyatı üstə- ləməsi, siyasi partiyaların nüfuzunun güclənməsi, həmçinin əvvəlki tarixi dövrlərdən fərqli olaraq dövlətin cəmiyyətdə rolunun daha da artmasıdır. Bu dövr həm də bir sıra ölkələrdə, yəni SSRİ, İspaniya, Almaniya və İtaliyada totalitar-avtoritar rejimlərin bərqərar olması ilə səciyyələnir.



II dövr isə İkinci dünya müharibəsindən sonra başlanır və hal-hazıra qədər davam edir. Bu mərhələdə dünya iki sistemə parçalanır. Bir sıra ölkələrdə «sovet modeli» yaranır. Hərbi bloklar təşkil edilir. İki sistem arasında «soyuq müharibə» baş verir. Bir sıra qlobal problemlər ön sıraya çıxır, qütbləşmə əmələ gəlir. Bu dövrü həm də nüvə erası adlandırırlar. Əgər əvvəlki dövrlərdə hər bir dövlət ancaq özünün müdafiəsi qay- ğısına qalırdısa, bu mərhələdə bütün bəşəriyyəti düşündürən əsas məsələ insan nəslini nüvə fəlakətindən xilas etmək oldu.

1985-ci ildən sonra SSRİ və Avropa ölkələrində sosial- siyasi dəyişikliklər baş verir. Dünya sosializm sistemi və SSRi dağılır. Kapitalizm dünyada yeganə sistemə çevrilir. Həmçinin bu dövrdə mərkəzəqaçma meyli güclənir. Dünyanın 3 güc mərkəzi – ABŞ, Yaponiya və Avropa İttifaqı yaranır.

Dünya artıq XXI əsrə qədəm qoymuşdur. O bu yüzilliyə bəşər tarixində «soyuq müharibə»yə son qoyulması, dünyanın hələ böyük coğrafi kəşflər dövründən etibarən başlamış real

birliyinin gerçəkləşdirilməsi şəraitində daxil olmuşdur. Yeni əsrin tarixi vəzifəsi dünya mədəniyyətinin qarşılıqlı əlaqələri, əməkdaşlığı və bütövlüyünü tam bərqərar etməkdir. Bunlar XX əsrin yeni əsrə verdiyi ibrətamiz tarixi dərslərdir.

Ən yeni tarixi öyrənməklə gənclər müstəqil inkişaf yolu- na çıxan və bəşər sivilizasiyasına qoşulan Azərbaycan dövləti- nin gələcək inkişafında yaxından iştirak edə bilərlər. Çünki ən yeni tarixi bilmədən dünya dövlətləri içərisində tanınan bir dövlətin qurucusu olmaq mümkün deyildir.


  1. Yüklə 0,59 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin