Planlama və qərar qəbuletmə, təşkiletmə, idarəetmə və nəzarətetmə bir-birilə qarşılıqlı şəkildə əlaqədə olan proseslərdir.
Planlama və qərar qəbuletmə bütün idarəetmə funksiyalarının ən mühüm addımı hesab olunur.
Qərar qəbuletmə və planlama arasında bir çox əlaqələr mövcuddur.
Menecerlərin(rəhbərlərin) hədəfləri müəyyənləşdirməsi və bu hədəflərə çatmaq məqsədilə bir sıra prioritet tədbirlər görməsi üçün lazımi idarəetmə funksiyalarının planlaşdırılmasıdır. Dolayısı ilə, planlama gələcək fəaliyyətlər üçün əsas kimi qəbul edilir. Və ya sadə dildə desək, planlama nə edilməli olduğunu əvvəlcədən müəyyən etməkdir. Planlama, addım atmazdan öncə düşünməkdir.
Rəhbərlik müvafiq mühitin gələcək davranışını təxmin edib qiymətləndirərək və müəssisənin öz arzuolunan rolunu müəyyənləşdirərək gələcək uzunmüddətli və qısamüddətli istiqaməti planlama yönündə hər zaman çalışmalıdır.
Planlar adətən iki əsas komponentdən ibarət olur: məqsəd və fəaliyyət. Məqsəd menecerlərin(rəhbərlərin) nail olacaqlarına ümid etdikləri hədəf və nəticələrin yekun təsvirini göstərir.
Fəaliyyət bir təşkilatın öz hədəflərinə çatması üçün irəliləmə vasitəsidir. Planlama, müəyyən bir məqsədə çatmaq üçün menecerlərin(rəhbərlərin) gələcək fəaliyyət planını müəyyənləşdirdiyi əsaslı və şüurlu prosesdir.
Bir menecer üçün planlama nə ediləcək, kim edəcək, necə və nə zaman edəcək kimi suallar ətrafında düşünməkdir.
Planlama həmçinin, ötən illərdə baş verənlər, gələcək imkanlar və ortaya çıxacaq təhlükələr haqqında düşünməyi də tələb edir. Planlama təşkilatın güclü və zəif tərəflərini üzə çıxaran ən öncül prosesdir.
Qərar qəbuletmənin tərifi Qərar qəbuletmə bir qrup mümkün alternativlərin müəyyən edilməsi və onlardan bir fəaliyyət planının seçilməsi prosesidir. Qərar qəbuletmə planlamanın bir hissəsi hesab olunur.
Qərar qəbuletmə, problemi müəyyən etməklə başlayan və seçim etməklə və ya qərar verməklə bitən orta ölçülü bir fəaliyyət növüdür. Menecment təşkilatın daimi təsiredici qüvvəsidir və qərar vermə prosesi bunu etmək üçün çox vacibdir.
Qərar qəbuletmə prosesində menecer müəyyən bir vəziyyəti müəyyənləşdirir və nəticədə təhlükə və imkanları aşkara çıxarır. Menecerin atmalı olduğu daha sonrakı addım uyğunsuzluğu aradan qaldırmaq üçün mövcud alternativləri tapmaqdır ki, məhz bu mərhələdə planlama köməyə gəlir. Planlama vasitəsilə menecer bu alternativləri sınaqdan keçirərək və onların effektivliyini ölçərək tapır. O, hər bir alternativin müsbət və mənfilərini müəyyənləşdirir.
Növbəti mərhələdə menecerlər bir fəaliyyət yolunu seçmək üçün qərar qəbuletmə bacarıqlarından istifadə etməlidirlər. Qeyd etdiyimiz kimi, qərar qəbuletmə planlamanın əsasını təşkil edir. Bir qərar qəbul edilmədikcə, müəyyən bir sahədə bir plan icra oluna bilməz.
Beləliklə, planlama və qərar qəbuletmənin bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli olduğunu vurğulaya bilərik. Qərarlar planlama olmadan qəbul edilə bilər, lakin planlama qərar qəbul edilmədən həyata keçirilə bilməz. Planlama gələcək fəaliyyət planını seçmə prosesi olaraq qəbul edilə bilər. Qərar qəbuletmə isə alternativlər içərisindən bir fəaliyyət planının seçilməsi prosesi olaraq qəbul edilə bilər. Onların təşkilatın inkişafı üçün dəqiq və hərtərəfli olması zəruridir.