1.Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?
1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı CorcSant-Pol “Cenevrə regionu Assosiasiyası” təşkilatını yaratmışdır.1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevreyəköçürülmüşdür. Generalın məsləkdaşı HenriCorc Assosiasiyaya başçılıq etmiş və onun təşəbbüsü ilə Assosiasiya tərəfindən İspaniyada 1936-cı ildə baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Bilbaoda, 1937-ci ildə isə Yaponiya və Çin münaqişəsində Şanxayda bitərəf zona yaradılmış, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir.HenriCorc 1947-ci ildə “Müasir müharibədə mülki əhalinin mühafizəsi” adlı kitabını dərc etdirir. Bu kitab Assosiasiyanın manifesti idi. Burada “Cenevrə regionu” adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın layihəsi öz əksini tapmışdır. Həmin manifestin ideyası və prinsipləri 1949-cu ilin avqustunda çağırılan Cenevrə diplomatik Konfransında qəbul edilən sənədlərin əsasını təşkil etdi. Konfransda ilk 3 Cenevrə Konvensiyasına baxıldı və müharibə dövründə mülki əhalinin qorunması ilə əlaqədar dördüncü Konvensiya qəbul olundu. 1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində HenriCorcu əvəzlədi. Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi.İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı və nəzərə alındı ki, “Cenevrə regionu Assosiasiyası”Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi.
2.MM nə haqda elmdir və hansı tədbirləri hazırlamalıdır, AR MM haqqında əsasnaməvəqanun neçənci ildə, hansı fərmanlarla və kim tərəfindən təsdiq edilmişdir , F.H.N nə vaxt yaradılmışdır və nazir kim təyin edilmişdir? Mülki Müdafiə- (MM) insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqindaelmdir.Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında MM işinə ümumi rəhbərliyi Az. Respublikasının Prezidenti həyata keçirir.16.12.2005-ci ildə Az. Respublikasının Prezidenti FH Nazirliyinin yaranması barədə 1182 saylı fərman imzalamışdır. Bu fərmana əsasən general-polkovnik Kəmaləddin Heydərov FHN-i təyin edilmişdir.A.R-nın MM-nə Respublikanın Fövqəladə Hallar Naziri bilavasitə rəhbərlik edir. Mülki Müdafiə haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 saylı fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq “ Mülki müdafiənin təmin edilməsi haqqında” AR Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarına əsasən respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara aid edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.A.R. İqtisadi İnkişaf Nazirliyi və FH Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələr A. R. Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
3.AR MM-si hansı tədbirlər sistemidir və buraya nələr daxildir, AR MM əsas vəzifələri hansılardır,bütünlükə respublikada, yerlərdə MM-yə bilavasitə kimlər nələrin vasitəsilə rəhbərlik edirlər ? Azərbaycan Respublikasının Mülki müdafiəsi –– sülh və ya müharibə dövrlirində əhalini (A.R.vətəndaşlarının, A.R. ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət, təsərüfat, hərbi idarəetmə orqanları tərəfindən və bütün vətəndaşlarının iştiraki ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının FHN-nin mülki müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh dövründə və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:
1. fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi ;
2. sülh və müharibə dövrlərində insanların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi ;
3. fövqəladə halların nəticələri aradan qaldırılarkən xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi ;
4. mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;
5. sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsindəiştrak etməkdir.