4.MM zonaları(zonaları sadalamaqla), şəhərlərin qrupları hansılardır və hansı obyektlərə dərəcələr verilir, hansılara verilmir? .
Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli, I dərəcəli və II dərəcəli obyektlər.
Mülki Müdafiə üzrə dərəcələr – fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssisələrinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə verilə bilər.
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunal-məişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir.Z O N A L A R
Bakı zonası - Bakı şəhərinin 12 rayonu
Gəncə zonası - Gəncə və Naftalan şəhərləri, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Şəmkir, Göygöl, Goranboy, Samux rayonları.
Sumqayıt zonası - Sumqayıt və Xırdalan şəhərləri, Apşeron ,Xızı rayonları
Xaçmaz zonası - Xaçmaz, Şabran , Quba, Qusar, Siyəzən, rayonları.
Mingəçevir zonası - Mingəçevir şəhəri, Ağdaş,Yevlax, Ucar, Qax, Oğuz, Şəki, Zaqatala, Balakən rayonları.
Şirvan zonası - Şirvan şəhəri, Hacıqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad,
Salyan, Neftçala rayonları.
Naxçıvan zonası - Nax. M.R-in bütün rayonları.
Ağdam zonası - Xankəndi şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Zərdab, Xocavənd, Xocalı, Şuşa rayonları.
Cəbrayıl zonası - Cəbrayıl, Zəngilan, Qubadlı, Laçin, Fizuli Kəlbəcər, rayonları.
Şamaxı zonası - Şamaxı, Ağsu,İsmayıllı, Qəbələ, Göyçay,Kürdəmir, Qobustan rayonları.
Lənkəran zonası - Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad , Masallı rayonları.
ŞƏHƏRLƏRİN QRUPLARI
1 qrup ¬Bakı şəhəri
2 qrup Sumqayıt şəhəri
3 qrup Gəncə şəhəri, Mingəçevir şəhəri ,Şirvan şəhəri, Naxçıvan şəhəri .
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunal-məişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir.
Dostları ilə paylaş: |