Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


Sosial-siyasi xarakterli fövqəladə hadisələrin 2 növü var



Yüklə 245,85 Kb.
səhifə7/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   2   3   4   5   6   7   8   9   10   ...   31
Mülki Müdafiə (semestr)

Sosial-siyasi xarakterli fövqəladə hadisələrin 2 növü var.
. Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz növbəsində:
- a) Peşə əlaməti;
-b) Dini əlamət;
-c) Mülkiyyət əlaməti;
- d) Ərazi əlaməti;
-e) Qohumluq əlaməti;
- ə) Yaş həddi və digər əlamətlərlə xarakterizə olunur.
•Siyasi xarakterli fövqəladə hadisələr isə:
-a) Millətlərarası münaqişələr;
-b) Narkotik maddələrin qanunsuz ticarəti;
-c) Mütəşəkkil cinayətkarlıq;
-d) «Kölgə» iqtisadiyyatı;
-e) Dövlət böhranı;
- ə) İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur.


12.Zəlzələ nədir və respublikamız neçə ballıq zəlzələ ehtimallı zona sayılır, zəlzələnin hansı növləri vardır , tektonik zəlzələ nədir?
Zəlzələ- Yerin təkindəki potensial enerjinin qəflətən meydana çıxaraq zərbə dalğası və qüvvətli təkanlar(seysmik dalğa) şəklində ərazinin bütün ıstiqamətlərinəyayılmasından ibarətdir. Fəlakətin nəticəsini azaltmaq uçun müəyyən tədbirlər görülür(metereoloji və seysmik stansiyalar yaradılır, zəlzələ təhlükəli rayonlarda binalar zədələnməyə davamlı tədbirlər görülməklə tikilir v.s.)
Respublikamızın bütün ərazisi zəlzələ təhlükəli (seysmik) zona sayılır Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Geologiya institutu tərəfindən tərtib edilmiş, respublikanın seysmik rayonlaşdırma xəritəsinə görə, (12 ballıq şkala üzrə) R-mızın ümumən hər yerində 8 baladək, Şamaxı- İsmayıllı, Şəki- Balakən, Gəncə-Göygöl və Naxçıvan MR rayonları isə 9 bala dək zəlzələ ehtimallı zonalar sayılır. Bu da, zonalarla ərazinin 4/1-ni əhalinin isə, 20 %-ni təşkil edir.
Ona görə də , binalar tikilərkən müəyyən olunmuş seysmik davamlılıq normalarına riayət etməklə zəlzələnin nəticələrini xeyli azaltmaq mümkündür.
Zəlzələnin aşağıdakı növləri mövcuddur:
•a) Tektonik (yer qabığının dərinliyində, litosfer tavalarda baş verən çatlar və ya yerdəyişmələrdən əmələ gələn təkanlar);
•b) Vulkanik ( vulkan püskürməsi zamanı əmələ gələn təkanlar);
•c) Uçqun və bəndlərin yarılması nəticəsində yaranan törəmə zəlzələlər;
•d) Sualtı;
•e) Metioritin yerə düşməsi nəticəsində yaranan zəlzələlər;
•ə) Planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələlər.

13. Vulkanik zəlzələ nə vaxt meydana gəlir, bu zaman nələr baş verir, uçqun və törəmə zəlzələləri nə vaxt yaranır, maqnituda nədir, zəlzələ ocağının dərinliyi neçə km ola bilər,zəlzələ enerjisinin intensivliyi neçə ballıq şkala üzrə ölçülür və Necə adlanır?İnsanları məhv edən zəlzələnin hansı fəsadlarıdır?
II tip zəlzələlər vulkanik fəaliyyətlə əlaqədardır. Burada vulkan fəaliyyətinin ən dəhşətli dövrünü xatırlamaq kifayətdir: hər bir partlayış zamanı müxtəlif böyüklükdə olan bərk püskürmə məhsulları atılır, kraterin dibi titrəyir. Püskürmədən əvvəl vulkan ətrafında hiss olunan müxtəlif yeraltı zərbələr bu qəbildəndir. Vulkanik zəlzələlərin səbəbləri üstdəki layların təzyiqinə üstün gələ bilməyən qazların partlamasından ibarətdir. Yerin titrəməsinin böyük qüvvəyə çatmağına baxmayaraq, onlar böyük sahəyə yayıla bilmir. Vulkanik zəlzələnin yayılmasının nə qədər məhdud olduğunu bundan bilmək olar ki, Mon-Pele vulkanının püskürməsi zamanı ən yaxın seysmoqraflar heç bir zərbə və təkan qeyd etməmişlər.Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0-dan 8,5 - dək olan hədd çərçivəsində dəyişən enerjiyə mütanasib olan şərti kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün, Rixterşkalasından istifadə edilir ki, bu şkaladada, hər bir vahid, özündən əvvəlki vahidə nisbətən, titrəyiş enerjisinin yüz qat artığına müvafiqdir.Zəlzələ ocağının dərinliyi – müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə bilər. Hər bir seysmik rayon üçün, ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur.Yer səthində zəlzələ enerjisinin intensivliyi, on iki ballıq şkala üzrə ölçülür və belə adlanır: hiss edilməyən, çox zəof, zəif, mülayim, az güclü, güclü, çox güclü,dağıdıcı, dəhşətli, məhv edici, fəlakətli, güclü fəlakətli.İnsanları məhv edən zəlzələnin özü deyil, onun fəsadlarıdır.Bu fəsadlar bunlardır:
1. binaların dağılması, çökməsi ,aşması nəticəsində ;
2. enerji şəbəkələrində qısa qapanmalar, istehsalat qəzaları , partlayışlar və yanğınlar 3. ərazidə çatlar, çökmə, sürüşmələr ,uçqunlar nəticəsində;
4. şəlalələr, süni göllər yaranması və çayların məcrasının dəyişməsi nəticəsındəərəzilərin su basması zamanı
5. vulkan məhsullarından(vulkanik kül və qum, sürəti saatda 30km-dək odlu maye şəklində axan lava) insanların zədələnməsi nəticəsində
6. sunami dalğalarının yaşayış məntəqələrini dağıtması və yuyub aparması nəticəsində
7. insanlara çox ağır bəzən də ölümlə nəticələnən psixoloji təsir gostərməsi nəticəsində Zəlzələ zamanı olduqca vacibdir ki, insanlar bir neçə saniyə ərzində binaları tərk etsin, yaxud bu mümkün olmayan hallarda qapıların tağı altında otaqların küncündə və ya möhkəm mebellərdən istifadə etməklə daldalansınlar. Mənzillərini tərk edənlər oraya tezliklə qayıda bilmirlər, buna görə də seysmik rayonlardakı F.H komisiyalarının , müəssisələrin belə hallar üzrə fəaliyyət planlarında əhali üçün çadır şəhərciklərinin yaradılması, ərzaq, dərman və s. lazımı əşyalarla təmin edilməsi əvvəlcədən nəzərdə tutulmalıdır.



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin