Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


Sel, sürüşmə və uçqunlarnədir,haralarda baş verir?Fəlakətlisubasma və daşqınlar harada baş verir və nə ilə nəticələnə bilər?



Yüklə 245,85 Kb.
səhifə8/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
Mülki Müdafiə (semestr)

14. Sel, sürüşmə və uçqunlarnədir,haralarda baş verir?Fəlakətlisubasma və daşqınlar harada baş verir və nə ilə nəticələnə bilər?


SEL.Azərbaycan dünyanın selə ən çox məruz qalan ölkələrindəndir. Respublika əhalisinin 5%-dən çoxu sel qorxulu ərazilərdə yaşayır.Respublikanın ərazisini aşağıdakı sel təhlükəli rayonlara ayırmaq mümkündür:
- Böyük Qafqaz dağlarının cənub və şimal-şərq yamacları;
- Kiçik Qafqaz dağlarının şimal-şərq yamacları;
- Naxçıvan Muxtar Respublikası;
- Talış dağları.
Belə sel axınları respublikanın xalq təsərrüfatına xeyli ziyan vurur, bağları məhv edir, hidrotexniki qurğuları sıradan çıxarır, körpüləri rabitə və elektrik xətlərini, tikililəri və. s. dağıdır.
SÜRÜŞMƏvə UÇQUNLAR
Adtən dağlıq sahələrda baş verir.Belə sahələrdə və onlardan aşağıda yerləşən yaşayış məntəqələrində sürüşmə nəticəsində insanlar,mal-qara məhv ola bilər, təsarüfatobyekləri,yaşayış binaları dağıla bilər.
Torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə, yamacın aşağı sürüşməsi Qafqaz dağ silsiləsinin şimal-şərq və cənub yamaclarında, xüsusən də, İsmayıllı (Girdmançay hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay , ətraflarında) və Xızı rayonlarında daha tez-tez baş verir. Belə hallar həmçinin Dəvəçi, Zaqatala, Qusar, Oğuz rayonlarında də müşahidə edilir. Talış dağları zonasında, o cümlədən Yardımlı çökəkliyində də güclü sürüşmələrə rast gəlinir. Sürüşmə və uçqun halları Şamaxı - Qobustan ərazisinin dağlıq hissəsini, Qobustan-Qaradağ və şərqi Abşeronun qismən düzənlik hissəsini də əhatə edir..
SUBASMA və DAŞQIN
Su hövzələrində suyun səviyyəsinin kəskin surətdə artması nəticəsındə baş verən təbii fəlakətdir. Qarın sürətlə əriməsi və uzunmüddətli leysan yağışları, çay yataqlarında tıxac yaranması, qəzalar nəticəsində, hidrotexniki qurğuların bəndinin dağılması nəticəsində ərazinin bir qismini müvəqqəti olaraq su basır.
Respublikanın ərazisində fəaliyyətdə olan əsas 4 su qovşağı (Mingəçevir, Araz, Şəmkir, Sərsəng) və 6 su hövzəsinin (Arpaçay, Ağstafaçay, Vayxir, Ceyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) torpaq bəndləri zəlzələ nəticəsində, yaxud digər səbəblərdən yarılarsa və ya yuyularsa geniş sahələrdə fəlakətli daşqın və ya, subasma zonaları yarana bilər. Belə bir hadisə baş verərsə, respublika tabelikli şəhərlərin, rayon mərkəzlərinin, yaşayış məntəqələrinin əraziləri, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, rabitə və elektrik xətləri, buradakı bina və qurğular müxtəlif dərəcədə dağılar və ya su altında qalar.



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin