Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


Zərbə dalğası, işıq şualanması nədir və ətraf mühitə, insanlara necə təsir edir?



Yüklə 245,85 Kb.
səhifə11/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   7   8   9   10   11   12   13   14   ...   31
Mülki Müdafiə (semestr)

19.Zərbə dalğası, işıq şualanması nədir və ətraf mühitə, insanlara necə təsir edir?
Şok dalğası və ya zərbə dalğası fizikada bir mayedəki yerli səs sürətindən daha sürətli hərəkət edən bir dalğa növüdür. Adi bir dalğa kimi, bir şok dalğası da enerji daşıyır və bir mühitdə yayılır. Bununla birlikdə, təzyiqdə, temperaturda və mühitin sıxlığında ani, demək olar ki, mütəmadi bir dəyişiklik ilə xarakterizə olunur
Zərbə dalğası – Nüvə partlayışının ilk anından sonra havada şar (göbələk) şəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş şarın daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır
Zərbə dalğası – partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk sıxılmış hava qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq, dalğanın surət təzyiqi və izafi təzyiqin təsir müddətidir


20.Nifuzedici radiasiya nədir, təsiri nədən ibarətdir və hansı ölçü vahidlari ilə ölçülür ?
Nüfuzedici radiasiya – nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, qözə görünməyən γ-şualar və neytron selindən ibarətdir. N.R.-nın təsiri ondan ibarətdir ki, qamma şualar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə canlı orqanizmdə maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şua alan adam bunu hiss etmir. Xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şuanın dozasından asılı olur.
N.R.-nın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey(Qr), rentqen(R), rad. ölçü vahidlərilə ölçülür: 1qr=100rad; 1r=0,95rad.


21.Radioaktiv zəhərlənmə, elektromaqnit impulsu nədir və necə xarakterizə olunur ?
Radioaktiv zəhərlənmə – yerdə nüvə partləyışı baş verəndən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz – torpağı qöyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissəçikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilometrlərlə məsafələrə aparılır. Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi(radioaktiv zəhərlənmə izi) formaca ellipsə bənzəyir. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya ayırırlar:
1-çox təhlükəli zəhərlənmə zonası;
2-təhlükəli zəhərlənmə zonası;
3-güclü zəhərlənmə zonası;
4-mülayim (zəif) zənərlənmə zonaları



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin