Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


Piyada köçürülən insanların istirahət müddətləri neçə saat hərəkətdən sonra nə qədər olur və insanlar köçrülən zamanı özləri ilə nə götürməlidirlər?



Yüklə 245,85 Kb.
səhifə19/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   15   16   17   18   19   20   21   22   ...   31
Mülki Müdafiə (semestr)

39.Piyada köçürülən insanların istirahət müddətləri neçə saat hərəkətdən sonra nə qədər olur və insanlar köçrülən zamanı özləri ilə nə götürməlidirlər?
Köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılıcaq insanlar: nəqliyyat vasitələrinin növləri üzrə qatarlar və avtomobil dəstələri üzrə, şəhərdən piyada çıxarılacaq insanlar isə piyada dəstələri üzrə qruplaşdırılır.Piyada hərəkət edən insanların istirahəti üçün istirahət (düşərgə) müddətləri nəzərdə tutulur: qısa istirahət (10-15 dəqiqəlik)- hər 1-1,5 saat hərəkətdən sonra . (1-2 saatlıq) istirahət yolun ikinci yarısında, adətən etimal edilən güclü dağıntı zədələnmə zonasının hüdudlarından kənarda təyin edilir.Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda olduqda, belə əhali üçün aralıq köçürmə məntəqələri təşkil edilə bilər.Köçürmə zamanı hər bir insan özü ilə ən lazımlı şeyləri – paltar, əyaqqabı, alt paltarı, yataq ləvazimatı, həmçinin bir qədər içməli su(7 litirə qədər) 2-3 günlük tez xarab olmayan ərzaq götürürlər. Bu ərzaqlar bunlardır: tez xarab olmayan, saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması (uzun müddət bişirilməsi) tələb olunmayan ərzaq növləri-konserv konsentrat, galet, qurudulmuş çörək və s. məhsullar götürmək daha yaxşıdır.
40.Tənəffüz orqanlarının mühafizə vasitələri hansılardır, ən sadə vasitələr hansılardır və nədən mühafizə edir, respiratorlar insanları nədən mühafizə edir və hansı növləri var ?
Tənnəfüs orqanlarının mühafizə vasitələri. Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi və tibbi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə,kimuəvi və ya bakterioloji silah işlədilərkən əhali, qoşunların, mülkü müdafiə dəstələrinin şəxsi heyyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə və ya atmosferdə qalmalı, ya da burada xilasetmə işləri aparmalı olacaqlar.
Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:
1) tənnəfüs orqanlarının mühafizə vasitələri;
a) sadə vasitələr
b) respiratorlar
c) süzgəcli əlehqazlar
d) təcridedici əlehqaz
2) dəri səthinin mühafizə vasitələri
a) mühafizə dəstinin səviyyələri.
b) ümumi qoşun mühafizə dəsti
c) yüngül mühafizə kostyumu
d) yardımcı vasitələr
Əleyhqazlar . Müasir əleyhqazlar insanın tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici maddalərin (buxar, duman, qaz, tüstü, ZM damcılarının) radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır; onların quruluşu – içərisində fəalləşdırmış (katalizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü – uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.
41.Süzücü əlehqazlar nə üçündür, neçə hissədən ibarətdir və AR-nın MM sistemində hansı süzücü əlehqazlardan istifadə olunur, təcridedici əlehqazlar nə üçündür və hansı növləri vardır ?
Əleyhqazlar . Müasir əleyhqazlar insanın tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici maddalərin (buxar, duman, qaz, tüstü, ZM damcılarının) radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır; onların quruluşu – içərisində fəalləşdırmış (katalizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü – uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafizəsi üçun QP-5, QP-5m, QP- 7 , MP-5U , “İCAN 20-100” (QP- mülki əleyhqaz) əleyhqazlardan; uşaqların mühafizəsi üçün DP – 6m, PDF-7 (süzücü uşaq əleyhqazı) və s. Süzücu əleyhqaz- süzücü – uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazın komplektinə (dəstinə) həmçinin onun çantası və tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyhqazın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi qələm də daxildir.
Əleyhqaz MP-5U- döyüş şəraitundə -400 C-dən +400 C arasında 24 saat müddətində istifadəçinin fiziki və psixoloji imkanlarını pisləşdirmir. Əleyhqaz MP-5u çoxmüddətli istifadə üçün nəzərdə tutulmuşdur. Əleyhqazın maskası üzü zəhərli maddələrdən 24 saat müddətinə mühafizə edə bilir. Əleyhqazın maskası elə düzəldilib ki, mühafizə geyimləri və rabitə vasitələrindən istifadə etmək mümkün olsun.



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin