Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


Tibbi fərdi mühafizə vasitələri hansılardır və nə üçündür , radioprotektorlar, antidotlar və bakteriya əlehinə maddələr nədən ibarətdir və nə üçündür ?



Yüklə 245,85 Kb.
səhifə22/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
Mülki Müdafiə (semestr)

45.Tibbi fərdi mühafizə vasitələri hansılardır və nə üçündür , radioprotektorlar, antidotlar və bakteriya əlehinə maddələr nədən ibarətdir və nə üçündür ?

A) fərdi dərman qutusu ,


B) kimya əlehinə fərdi zərf ,
C) fərdi sarğı zərfindən ibarətdir.
Fövqəladə hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə insanların həyatını xilas etmək, zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəyiflətmək, bir sıra zədələyici amillərin (ionlaşdırıcı şualanma, güclü zəhərlər, bakterial vasitələr)təsirinə qarşı orqanizmin dayanaqlığını (müqavimətini) artırmaq mümkündür. Bunlara radioprotektorlar, antidotlar (zəhər əlehinə dərman) və bakteria əlehinə maddələr, habelə qismən sanitariya tənzimlənməsi vasitələri aid edilir.
Radioprotektorlar- ionlaşdırıcı şualanmanın təsir dairəsini zəiflədən maddələrə deyilir. Bu həbbləri şualanmadan (MM dəstələri radioaktiv zəhərlənmə zonasına girməzdən) 30-40 dəqiqə əvvəl qəbul etmək məsləhətdir. Antidotlar (zəhər əleyhinə dərman)- ZM-in təsirinin qarşısını alan və ya zəiflədən maddələrdir. Sinir iflicedici (fosforlu üzvü) təsirlidi, sianid turşusuna və digər sianlara, lüizitə və qıcıqlandırıcı ZM-yə qarşı antidotlar vardır. Fosforlu üzvü mfddələr əleyhinə (sinir iflicedici )– afin, taren, atropin və s. sianidlərə qarşı – amilnitrid, propilnitrat adlı; lüizitə və arsin tərkibli digər maddələrə qarşı – unitol adlı antidotlar mövcuddur. Bu antidotlardan həm profilaktika, həm ilk tibbi yardım vasitəsi kimi istifadə etmək mümkündür.
Bakteria əleyhinə maddələr – spesifik və qeyri spesifik profilaktika növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər və bakteriofaqlar aitdir. Qeyri spesifik profilaktika vasitələrinə orqanizmin imunitetinin (müqavimətinin) artırılması aitdir.


46.Fərdi dərman qutusu Aİ-2, kimya əlehinə fərdi zərf və fərdi sarğı zərfləri nə üçündür , yaralara sarğı qoyularkən nələrə diqqət yetirmək lazımdır ?

1.sumuklər sınarkən, ağır yaralanma və geniş yanıqlar zamanı ağrı şokuna qarşı ağrıkəsən dərman – 1ml - 2% promedol məhlulunu şpris-tübik vasitəsi ilə əzələyə (dəri altına) yeridilir.


2.Fosforlu üzvü maddələrlə zəhərlənməyə qarşı – taren həbləri. Tarenin 1 həbini «kimya həyacanı» xəbərdarlığı verilərkən qəbul edirlər. Zəhərlənmənin əlamətləri aşkar olunarkən daha bir həb qəbul etmək lazımdır.
3.bakteria əleyhinə 2N- -li dərman sulfadimetoksin (15 həb), bunu zəhərlənmədən sonra mədə – bağırsaq pozuntusu baş verərkən qəbul edirlər.
4.İonlaşdırıcı şualanmanın təsirinə orqanizmin müqavimətini artırmaq üçün radiasiya əleyhinə 1-N- -li dərman (sistamin) işlədilir. Bu dərmanı şualanma təhlükəsi zamanı şualanmadan 30-40 dəqiqə əvvəl 6 həb, şualanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb qəbul edirlər.
5.bakteria əleyhinə 1 N- -li tetrasiklin olur. Bu dərmanı bakterioloji zəhərlənmə yaranarkən və ya belə zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür.

Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin