Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


MM rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri hansılardır ?



Yüklə 245,85 Kb.
səhifə30/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   23   24   25   26   27   28   29   30   31
Mülki Müdafiə (semestr)

57. MM rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri hansılardır ?
Mühafizə tədbirləri həyata keçirilərkən Mülki Müdafiə qüvvələrinə rəhbərlik üçün MM idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir.Rabitə-idarəetmə – sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən fövqəladə hadisələr yaranan dövrdə, çox böyük əhəmiyyət kəsb edir. Buna görə də MM-in bütün vasilələrində, obyektlərdə, rayon və şəhərlərdə, respublikada onların rəhbərlərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil edilir.
MM-in rabitə sistemi mövcüd olan bütün rabitə qüvvələri və vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio, radio-rele və məftilli rabitə qovşaqlarından və stansiyalarından eləcə də MM qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır.
Bütün səviyyələrdən olan rabitə sisteminin əsas vəzifələri tabelikdəkilərin fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanmasını həmçinin sərəncəmların, siqnalların və məlumatların vaxtında verilməsi və qəbul olunmasını təmin etməkdən ibarətdir. Rabitə-yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qoşunlar, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir.


58. Fövqəladə vəziyyət şəraitində obyektlərdə işin dayanıqlığınin əsasları və mahiyyəti nədən ibarətdir ?
Sülh və ya müharibə dövründə mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması məqsədilə təsərrüfat obyektlərində işin dayanıqlığınin təmin edilməsi ölkənin iqtisadiyyatı ilə əlaqədər vacib məsələdir. Bu həmçinin mülki müdafiənin qarşısında duran əsas vəzifələrdən biri sayılır.
Respublikamızın ərazisindəki hər bir obyekt, müxtəlif kortəbii hadisələrin, o cümlədən də bunlardan ən fəlakətlisi olan zəlzələnin təsir dairəsinə düşə bilər. Yalnız onu qeyd edək ki, ölkəmizin ümumən hər yeri 8 baladək, ərazinin dörddə biri də 9 baladək zəlzələ ehtimallı sahələr sayılır. Yalnız 9 ballıq zonada əhalinin 20%-i, sel təhlükəli rayonlarda isə 5%-dən çoxu yaşayır.
Bütün bunların nəticəsində yarana biləcək sülh və müharibə dövrlərindəki fövqəladə hadisələr zamanı təsərrüfat obyektlərinin zədələnmə dərəcəsi nəinki onların hansı gücdə kortəbii hadisə rayonunda yerləşdiyindən həm də bu obyektlərin müdafiəyə hazırlaşması dərəcəsindən asılı olacaq.
Bu hazırlığın məğzini isə binaların və qurğuların fiziki davamlığı da daxil olmaqla, burada işin sabitliyini artırmaq üçün görülən tədbirlər təşkil edir. Belə tədbirlər görülmüş obyektlər, nisbətən azalacaq, şəxsi heyətin müdafiəsi etibarlı olacaq, deməli, obyekti daha qısa müddətdə yenidən işə salıb lazımi məhsulları istehsal etməyə xeyli əlverişli imkan yaranacaqdır.


59. Fövqəladə hadisələr zamanı əhalinin və xilasedicilərin mənəvi – psixoloji təminatı nələri əhatə edir ? Zədələnmə ocaqlarında və fəlakət rayonlarında aparılan xilasetmə işlərinin növləri hansılardır ?
X və DTİ mənəvi-psixoloji təminatında məqsəd, xilasediciləri, həmçinin əhalini X və DTİ yerinə yetirilməsində, şüurlu və fəal surətdə iştirak etməyə səfərbər etməkdir.
Təsərrufat obyektlərində mənəvi-psixoloji tərbiyə işləri bazası əsasında xilasedici, qəza-bərpa dəstələri və digər komandalar yaradılmış təşkilat və idarələrin rəhbərləri tərəfindən aparılır.X və DTİ mənəvi-psixoloji təminatı aşağıdakı məsələləri əhatə edir:
1.Xilasedicilərdə yüksək mənəvi-psixoloji keyfiyyətlər, mütşəkkillik, qarşıya qoyulan vəzifələri vaxtında və dəqiq yerinə yetirmək əzmi aşılamaq;
2.Kəşfiyyat aparmaq üçün ayrılan heyətləri qəza ocaqlarında (təbii fəlakət rayonunda) sürətlə və hərtərəfli araşdırmalar aparmağa səfərbər etmək;
3.Xilasediciləri fəlakət rayonuna mütəşəkil halda hərəkətə,nizam-intizamı ciddi surətdə gözləməyə və vaxtında çatmağa sövq etdirmək;
4.İstehsalat qəzaları, kütləvi yanğınlar, güclü zəhərlənmələr şəraitində X və DTİ-i müfəvvəqiyyətlə yerinə yetirməyə, cürətli və təşəbüskar olmağa, zədələnmiş insanları tez axtarıb tapmağa, onlara vaxtında tibbi yardım göstərib təhlükəsiz rayonlara köçürməyə xilasediciləri tam səfərbər etmək və.s.
Xilasedicilərin mənəvi-psixoloji hazırlığı dedikdə, onlarda elə psixoloji keyfiyətlərin formalaşdırılması nəzərdə tutulur ki, həmin keyfiyətlər müxtəlif fəlakətlər zamanı yaranan təhlükəli və gərgin şəraitdə bacarıqla fəaliyyət göstərmək qabiliyyətini təmin edir.

Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin