Zedelenme ocagi.Mülki müdafiənin ən mürəkkəb və məsul vəzifələrindən biri sülh və müharibə dövrlərindəki fövqəladə halların nəticələri aradan qaldılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsidir. Bu işlər düşmən basqını nəticəsində yaranan zədələnmə (zəhərlənmə) ocaqlarında, eləcə də təbii fəlakət və güclü qəza rayonlarında insanları xilas etmək, onlara yardım gösətrmək və qəzaları məhdudlaşdırmaq məqsədilə görülür. Bu xilasetmə işlərinə əsasən aşağıdakılar aid edilir:
A) fəlakət yerlərində və orya gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyat aparılmaq;
B) həmin sahələrdə işə başlamaq mümkün olsun deyə, yanğınları söndürmək, yaxud məhdudlaşdırmaq;
C) zədələnmiş, yanan, tüstü, qaz bürümüş binalardan, uçqunlar altından adamların tapılıb çıxarılmaq;
D) üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularının açılıb oradan adamların xilas etmək;
E) süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilmək;
60. Xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları hansılardır? Nüvə zədələnməsi və zəhərlənmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili mülki müdafiəni idarə etmək prosesinin tərkib hissəsidir. Bu işlər sülh və ya müharibə dövrlərində fəaliyyət üçün əvvəlcədən tərtib olunmuş müvafiq mülki müdafiə planları əsasında təşkil edilir.
İlk öncə qeyd edək ki, bütün xəsarət ocaqlarında xilasetmə işlərinə mümkün qədər tez başlamaq, onları hər cür şəraitdə gecə-gündüz, bütün işlər sona çatanadək fasiləsiz davam etdirmək lazımdır. Bu isə MM rəhbərliyindən, qərargahlarından və dəstələrindən böyük mütəşəkkillik, şəxsi heyətdən isə yüksək mənavi-psixoloji dəyanət, fiziki dözüm və bütün qüvvələrin səfərblər olunmasını tələb edir.
Dağıntı ocağında xilasetmə işlərini təşkil edən şəxs yaranmış vəziyyəti şəxsən öyrənir, adamları xilas etmək üçün görüləcək işlərin həcmini və qaydasını təmin edir, dəstələrə tapşırıq verir və onların fəaliyyətini vahid məqsədə yönəldir.
Dəstə komandirləri xilasetmə işlərinin aparılması haqqında sərəncamı alıb tabeliyindəki şəxsi heyəti göstərilən iş yerlərinə (uçqun altında qalmış sığınacaqların, daldalanacaqların yanına, çoxlu zədəlilər olan digər sahələrə) aparırlar. Xilasedici dəstələrin iş qabiliyyətini artırmaq üçün onlara xüsusi texnika (buldozer, avtokran və s.) verilir, həmçinin sanitar drujinaları və kommunal-energetika qurğularında qəzaları aradan qaldıra biləcək mütəxəssislər təhkim edilir. Lazımi hallarda yanğınsöndürən və zərərsizləşdirici dəstələr də xilasedicilərə yardım göstərirlər.