Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


Nüvə zədələnmə ocağı nəyə deyilir və hansı dağıntı zonalarına ayrılır, güclü təsiredici zəhərləyici maddələrin (GTZM) xüsusiyyətləri hansılardır?



Yüklə 245,85 Kb.
səhifə12/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
Mülki Müdafiə (semestr)

22.Nüvə zədələnmə ocağı nəyə deyilir və hansı dağıntı zonalarına ayrılır, güclü təsiredici zəhərləyici maddələrin (GTZM) xüsusiyyətləri hansılardır?
Nüvə zədələnmə ocağı (NZO) – o əraziyə deyilir ki, orada nüvə partlayışının zədələyici amillərinin təsiri nətijəsində külli miqdarda insan, heyvan və bitki tələfatı olsun, bina və qurğular dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddalarləzəhərlənsin.Nüvə zədələnmə ocağı qarışıq zədələnmələr ocağıdır: burada eyni zamanda dağıntılar, yanğınlar və radioaktiv zəhərlənmə ocaqları əmələ gələ bilər.
Zərbə dalğasının özündə izafı təzyiqi (∆Ρf.) 10kPa-dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 dağıntı zonasına (zolağına) ayrılır:
1. tam dağıntı zonası P = 50kPa
2. güclü dağıntı zonası P =30 : 50kPa
3. orta dağıntı zonası P = 20 : 30kPa
4. zəif dağıntı zonası P = 10 : 20kPa.
Sənayedə və məişətdə güclü təsiredici zəhərləyici maddələr (GTZM) istehsal məqsədləri üçün, istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir və yaxud saxlanılır. Güclü təsiredici zəhərləyici maddələr (GTZM) - təsərrüfat və sənayedə istifadə etmək məqsədləri üçün nəzərdə tutulmuş, çox yüksək toksik xassəyə malik olan, müəyyən şəraitdə (əsas etibarı ilə kimyəvi təhlükəli obyektlərdə qəzalar zamanı) insanların və heyvanların kütləvi zəhərlənməsinə, həmçinin ətraf mühitin (çirklənməsinə) zəhərlənməsinə gətirib çıxaran maddələrdir.
Güclü təsiredici zəhərləyici maddələrin (GTZM) xüsusiyyətləri aşağıdakılardır:
-külək istiqamətində böyük məsafələrə aparılaraq insanların zəhərlənməsinə səbəb olması;
-zəhərli havanın hermetik olmayan binalara, otaqlara daxil ola bilməsi;
-güclü təsiredici zəhərləyici maddələrdən (GTZM) mühafizə olunmaq üçün (GTZM-in müxtəlifliyi) süzgəcli əleyhqazların düzəldilməsindəçətinliklərin yaranması;


23.Kimyəvi silah nəyə deyilir, əsasını nə təşkil edir və ən vacib xüsusiyyətləri hansılardır?

Kimyəvi silah- kütləvi qırğın silahlarından biri olub zədələyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Silahı hədəfə çatdırmaq üçün müxtəlif raketlərdən, artilleriya toplarından, fuqas, mərmi, mina atanlardan, qumbaralardan, xüsusi səpmə qurğularından istifadə oluna bilər. Silahın əsasını zəhərləyici maddələr (ZM) təşkil edir.


Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdaklardır:
- maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı : ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir;
- geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlamaq qabiliyyəti;
- zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması;
- istehsalının nisbətən ucuz başa gəlməsi.



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin