5.1. Marketinq anlayışı və biznesdə onun rolu Marketinq - ingilis sözü olan ”market”dən yaranmış və hərfi tərcüməsi “bazar”, “bazar fəaliyyəti”, “satış bazarı sferasında fəaliyyət” mənasını verir. Marketinq bir satış metodu kimi XIX əsrin sonu və XX əsrin əvvəllərində yaranmağa və inkişaf etməyə başlamışdır. Bu anlayış o dövrdə müəyyən məhsula alıcı tapmağa xidmət etdiyindən marketinq fəaliyyətini tam əhatə etmirdi.
Marketinq iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növlərindən biri hesab edilir.
Marketinq-məhsul istehsalı, onun hazırlanması və satışı, habelə bazarın kompleks öyrənilməsinə xidmət göstərən fəaliyyət sistemidir.
Marketinq fəaliyyəti onun qarşısında duran məqsəd və vəzifələrlə müəyyənləşdirilir.
İqtisadi ədəbiyyatlarda marketinq anlayış müxtəlif formalarda şərh edilir, belə ki,müasir məktəblərdə marketinq anlayışına baxışlar müxtəlifdir. Marketinqə verilən bir neçə təriflə tanış olaq:
Marketinq-ehtiyatların və təlabatların mübadilə vasitəsi ilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətidir.
Marketinq-istehsalçı şirkətlərə satışı genişləndirmək, gəlir əldə etmək və istehlakçıları qane edəcək məhsul istehsalına yönəlmiş fəaliyyətdir.
Marketinq-məhsulların istehsalçılardan istehlakçılara çatdırılması ilə bağlı olan sahibkarlıq fəaliyyətidir.
Marketinq-istehsal olunan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, həmin məhsulları istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təhlili və proqnozlaşdırılması prosesidir.
Marketinq prosesi əsasən aşağıdakıları əhatə edir:
Müştərilərin ehtiyacı olan mal, məhsul, xidmət və ideyaların müəyyən edilməsi;
Yuxarıda qeyd olunanlardan aydın olur ki, marketinq fəaliyyəti iqtisadiyyatın bütün formalarında-istehsal, bölgü, mübadilə və istehlaka öz təsirini göstərir, onların əlaqəli inkişafını təmin edir.
Biznesdə marketinqin xüsusi rolu vardır. Biznesdə marketinq-imkanlı müştərilərin aşkar olunması və onların təlabatlarının müəyyən edilməsi, bu təlabatların ödənilməsi məqsədi ilə əmtəə və xidmətlər paketinin hazırlanması, reklam və təqdimat üzrə fəaliyyətdir.
Biznesdə marketinqin iki əsas vəzifəsi vardır:
Müştərilərin tapılması (məqsədli bazarın müəyyən olunması)
Onların tələbatlarının ödənilməsinin təmin olunması
Əmtəə və xidmətlər paketinə əmtəə və xidmətlər, onların bazara hərəkəti,həmçinin satışdan sonrakı tədbirlər daxil edilir.
KB-də marketinq aşağıdakıları əhatə edir:
Məqsədli bazarların aşkar olunması və onların potensialının müəyyən olunması
Əmtəə və xidmətlər paketinin hazırlanması;
Bazarda-əmtəə və xidmətlərin hərəkəti və reklamı;
Məhsulun məqsədi bazarda satışı
Satışdan sonrakı xidmət.
KB-də marketinqin əsas istiqamətləri cədvəl 4.1-də verilmişdir.