Movzu 5. Şimali Avropa ölkələri. Böyük Britaniyada turizm Böyük Britaniyanın coğrafi mövqeyi, dövlət quruluşu, əsas turizm mərkəzləri.
Böyük Britaniya turizminin inkişafının coğrafi mənzərəsinin xarakterizəsi.
İsveçin coğrafi mövqeyi, təbii iqlim şəraiti və əsas turizm bölgələri.
Norveçin coğrafi mövqeyi, iqlim şəraiti və əsas turizm bölgələri
Finlandiyanın coğrafi mövqeyi , təbii iqlim şəraiti və əsas turizm bölgələri
1. Böyük Britaniyanın coğrafi mövqeyi, dövlət quruluşu, əsas turizm mərkəzləri.
Böyük Britaniya 244,8 min kv.km əraziyə malik olmaqla Avropanın şimal-qərbində, Britaniya adalarında yerləşir.Dünyanın başqa bölgələrində yerləşmiş bir sıra asılı ərazilər də Böyük Britaniyanın tərkibinə daxildir.
Böyük Britaniyanın tərkibinə 4 tarixi-coğrafi əyalət daxildir.: İngiltərə, Uels, Şimali İrlandiya və Şotlandiya. Men və Normand adaları müstəqil inzibati vahidlərdir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yarandığı gün 1iyun 1801-ci il Milli bayram kimi qeyd edilir.
Böyük Britaniya yalnız İrlandiya ilə həmsərhəddir. Qərbdə Atlantik okenı, şərqdə Şimal dənizinin suları ilə əhatə olunur. Cənub –şərqdə La- Manş boğazı Böyük Britaniyanı Avropa qitəsindən ayırır.
Böyük Britaniyanın sahilləri çox girintili çıxıntılıdır. Sahil boyu məhsuldar ovalıqlar yerləşir. Ölkənin qərbində və şimalında dağlıq relyef- Şimal-qərb yaylası və İngiltərə adasının ən yüksək zirvəsi olan Snoudonun (1085m) yerləşdiyi Qrampion dağları üstünlük təşkil edir.Şimali İrlandiyada Antrim yaylası və Mon dağları vardır.
Ölkənin əsas çayları Temza, Severn, Trent, Mersi və Klayddır. Göllərin əksəryəti Şotlandiya və Şimali İrlandiya ərazisindədir. Onlardan ən böyüyü- Lox-Neydir (400 kv.km).
Böyük Britaniyanın ərazisinin 8% meşə ilə örtülüdür.Ölkə özünəməxsus kənd landşaftı və qədim parklarla əhatə olunan orta əsr qəsrləri ilə dünyada tanınır. Qədim qəsrlərin əksəryətində hal-hazırda da insanlar yaşayırlar.
Şimali Atlantika axını Böyük Britaniyanın iqliminə güclü təsir göstərir. Ölkənin iqlimi üçün yağıntının miqdarının çoxluğu , vaxtaşırı güclü dumanlar, yumşaq qış, sərin və günəşli yay xarakterikdir.
İri şəhərləri: Birmingem, Lids və Qlazqodur. Duvr, Liverpul, London, Sauthempton, Felikstou və Xartlpul ölkənin əsas portlarıdır.
Dövlət quruluşu –parlamentli monarxiyadır. Ölkədə vahid konstitutsiya yoxdur. Parlament tərəfindən qəbul edilən qanunvericilik aktları və məhkəmə presedentləri konstitutsiya maddələri əhəmiyyəti daşıyır. Dövlətin başçısı –Kraliça II Yelizavetadır. Dövlətin qanunverici orqanı Lordlar və İcmalar palatalarından ibarət olan parlamentdir.
Ölkədə turistləri cəlb edən əsas mərkəzlər London (ətrafı ilə birlikdə), Temza vadisi, ölkənin cənub və cənub qərb sahilləri , ölkənin mərkəzi, Midlen, Şərqi-İngiltərə, Çersi, Uayt, Men kurort adaları, Uels, Şotlandiya və Şimali İrlandiyadır.
London dünyanın ən iri turizm mərkəzlərindən biridir. Bu turizm mərkəzinə hər il 10 milyondan artıq yerli və xarici turist səfər edir. Londonun görməli yerləri sırasına Vestminster abbatlığı ( Abaltlıq katolik monastırı), Müqəddəs Pyotr məbədi daxildir. Nyuton, Darvin, Şekspir, Dikkens və digər görkəmli şəxsiyyətlər Müqəddəs Pyotr məbədində dəfn edilmişlər. Parlament binası və Biq-Ben (hal hazırda Kraliça Yelizavet) meydanı adlanan saatlı qüllə də turistlərin diqqətini cəlb edir. London Taueri, Bukenqhem sarayı, külli miqdarda eksponatları və zəngin kitabxanası olan Britaniya muzeyi, Milli qalereya, Teyt Qalereyası, Viktoriya və Albert muzeyi, Madam Tissonun mum fiqurları toplusu muzeyi də turistlərin maraq göstərdiyi yerlərdir.
Şəhərin mərkəzində gözəl, geniş meydanlar da turistlərin diqqət mərkəzində olan yerlərdir. Admiral Nelsonun 56 metrlik sütun üzərində 5 metrlik abidəsi ucalan Trafalqar meydanı, gecə və gündüz izdihamlı olan Pikadilli meydanı, Hayd-Park, Kensinton, Qrin – park, Ricent – park və s. turistlərin diqqət mərkəzində olan yerlərdir.
Turistlər Londondan o qədərdə uzaq olmayan Kral VIII Henrixin iqamətgahı Hemptonkort sarayına və Fateh Vilhelm (XI əsr) dövründə əsası qoyulan Vindzor sarayına qısa müddətli ekskursiyalarda iştirak edirlər. Sarayda Rubens və Van-Deykin əsərləri, Leinardo da Vinçi, Rafael, Mikelancelonun rəsm kolleksiya- ları, qobelen (əl ilə toxunmuş şəkilli divar xalçası) və silah kolleksiyaları da daxil olmaqla incəsənət əsərlərinin zəngin sərgisi yerləşir. Vindzor sarayının yaxınlığın- da 1440-cı ildə əsası qoyulmuş, əsasən varlı ailələrin uşaqları təhsil alan məşhur İton kolleci yerləşir.
Temza çayı hövzəsi turizm bölgəsinin rayonları arasında Temzanın mənbəyi sayılan Kotsnold-Hils yüksəkliyi və ona bitişik olan şərq hissəsi turistləri daha çox çəlb edir. Bu rayon sakit xutorları olan mənzərəli kənd görünüşü ilə, müasir sivilizasiyanın toxunmadığı orta əsr meydanları və kücələri olduğu kimi saxlanılan kiçik şəhərləri ilə fərqlənir. Brodney, Morton-in-Mars, Stoun-te-Hold, Şipton-ander-Uiçvud, Sayren-Sester kimi kiçik şəhərləri turistlər üçün cəlbedicidir. Konsuold-Hilsdən qərbdə müalicəvi suları ilə məşhur olan Çeltnem kurortu yerləşir. Kotsuold-Hilsdən şərqdə orta əsrlərin universitet şəhəri olan Oksford xarici və ingilis turistlərin diqqətini cəlb edir. Oksford universiteti XII əsrdə yaradılmışdır. Universitetin çoxsaylı kollecləri bütün şəhər boyu səpələnmişdir. Londondan 45 km aralı, Temzanın yuxarı axarında Meydenhed, Henli-on-Tems, Marlon istirahət zonaları yerləşir.
Kent, Sisseks və Hempşir qraflıqlarının cənub sahilləri qumlu cimərlikləri və mənzərəli buxtaları ilə yay istirahətinin təşkili üçün əlverişli bölgədir. Burada yay mövsümü üçün, avadanlıqla yaxşı təchiz edilmiş yerləşdirmə vasitələri və qidalan- ma müəssisələri olan çoxsaylı kurort qəsəbələri vardır. Lap cənubda isə dəbdəbəli mehmanxana, restoran və əyləncə müəssiləri ilə zəngin olan bütün sahil ərazisini “İngilis Rivyerası” adlandırırlar. Brayton – tanınmış İngiltərə kurortudur. 1754-cü ildə doktor Riçard Rassel Braytonda dəniz suyunun müalicəvi xüsusiyyətini aşkar etmişdir. Burada Uels şahzadəsi üçün saray inşa edilmiş və indiyə qədər qorunub saxlanılır. Şahzadənin gəlişindən sonra ingilis zadəganlarının əraziyə axını başlamış, dəbdəbəli mülklər, mehmanxanalar tikilməyə başlanmışdır. Brayton Britaniyanın ən dəbdəbəli kurortuna cevrilmişdir.
Bornmut-İngiltərənin cənub sahillərində, geniş şam meşələri ilə əhatə olunmuş, saf havası ilə şöhrət qazanmış, 150 min nəfər əhalisi olan məşhur kurortlardan biridir. Burada turistlərə xidmət göstərən dəbdəbəli mehmanxanalar və restoranlar şəbəkəsi mövcud olur.
Brayton və Bornmutda qış aylarında turistləri cəlb etmək məqsədi ilə festivallar, sərgilər, müsabiqələr və s. təşkil edilir.
Bu bülgənin tanınmış kurortlarından biridə dənizkənarı kurort və port hesab edilən Duvrdur. Dvurdan qərbdə Folkston , Hayt, Ray, Qastinqis kimi dəbdəbəli kurortlar yerləşir. Qastinqisdən qərbdə Bekshiil, İstborn, Nyuheyven kurortları yerləşir. Braytonun yaxınlığında yerləşən Boqnor Rıçisdən bir qədər aralı qədim Çiçester şəhəri yerləşir. Burada qədim romalılar Britaniyada özlərinin ön mövqeyini yaratmış, oradan da londona qədər öz əsas yollarını çəkmişlər. Şəhərdə Normand kilsəs və əsrlər boyu ticarət mərkzi kimi tanınan qədim meydan qorunub saxlanılır. Çiçestrin ətrafı tipik ingilis kənd mənzərəsi ilə diqqəti cəlb edir.
İngiltərənin cənub sahillərində yerləşən dənizkənarı kurortlarda hər il milyonlarla İngiltərədən, Fransadan, Belçikadan, Niderlandan və digər ölkələrdən gələn yüzminlərlə turist istirahət edir. İngiltərənin cənubunda iki turizm mərkəzi formalaşmışdır: qərbdə Uinçester, şərqdə Kenterberi.
Uinçester XI əsrə qədər Britaniyanın paytaxtı olmuşdur. Şəhərdə orta əsrlərə aid coxsayli memarlıq abidələri , o cümlədən 1382-ci ildən fəaliyyətə başlamış ölkənin ən qədim məktəblərindən birinin yerləşdiyi bina Uinçester qəsri , kafedral kilsə və s. qorunub saxlanmışdır.
Kenterberi isə ölkənin dini mərkəzidir. Burada ingilis kilsəsinin başçısı, Kenterberi arxiyepiskopunun iqamətgahı yerləşir. Kenterberi şəhəri XII-XV əsrlərdə salınmışdır. Bu şəhərdə görkəmli tarixi və memarlıq abidələri çoxdur. XVI əsrədək Kenterberi anklikan və katolik kilsə başçılarının iqamətgahı olmuşdur.
İngiltərənin cənub-qərb sahilləri turizm bölgəsi Kornuell yarımadasının “ Korniell Rivyerası” adlanan dənizsahili düzənliyi əhatə edir və ölkənin mühüm daxili turizm mərkəzlərindən biri sayılır. Bu bölgənin iqlimi okean tipli olduğundan qışda İngiltərədə ən isti yer hesab edilir. Qumlu çimərliklərin bol olması hesabına bura hər il milyonlarla turist gəlir.
Məşhur dənizkənarı kurortları ( Yeston-Super-Mer və b.) ilə yanaşı, həmçinin mineral mənbələri (Maynhed, Linton, İst-Lu və s.) vardır. Torki kurortu ölkədə çox məşhurdur. Burada çoxlu çimərliklər, müasir mehmanxana və restoranlar, yay üçün nəzərdə tutulan kiçik rahat yerləşdirmə yerləri və qida müəssisələri vardır. Devonşir qraflığında yerləşən bu kurort şəhərini “Devonşir Rivyerası”nın kraliçası adlandırırlar. Torkidən şərqdə Sidmut, Laym-Ricis, yemut, Seyonic kurortları yerləşir.
Böyük Britaniyanın cənub qərb bölgəsində turist axını dənizkənarı kurortlardan başqa, balneoloji kurortlardan biri sayılan Bat kurortuna da istiqamətlənir. Qədim romalılar bu kurortun müalicəvi əhəmiyyətindən yararlanmış, onlar tərəfindən əsası qoyulan istilik sistemi qorunub saxlanmış və hal-hazırda da istifadə edilir. Bu zonada Dorçester, Saftsben, Qlantonbri, Uels kimi qədim ingilis şəhərləri, eyni zamanda Bristol kimi iri port və sənaye şəhərləri yerləşmişdir.
Midlendin əsas turizm mərkəzi Stratford-on-Eyvon şəhəridir. Vilyam Şekspirin yaşadığı evə və məzarına hər il on minlərlə ingilis və xarici turist səfər edir. Möhtəşəm kilsə və VII əsrə aid olan yerləşdiyi ən qədim şəhərlərdən biri olan Vuster, orta əsrlərdə salınmış qəsrin yerləşdiyi Uorik şəhəri, qədin qəsrin qalıqları olan Keniluert şəhəri kimi kiçik şəhərlər İngiltərənin orta əsrlər tarixi ilə maraqlanan turistləri özünə cəlb edir.
Müalicəvi əhəmiyyəti hələ orta əsrlərdə məşhur olan Leminqton balneoloji kurortu da bu bölgədə yerləşir.
Çoxsaylı tarixi və mədəniyyət abidələrinin ,teatr və rəsm qalerealarının bol olduğu, bölgənin ən iri şəhərləri sayılan Birmingen və Nottingemə, eyni zamanda 1940-cı ildə faşist aviasiyası tərəfindən tam darmadağın edilən Koventri şəhərinə hər il çoxlu sayda ingilis və xarici turist gəlir.
XIII əsrdə əsası qoyulan Böyük Britaniyanın ən böyük və qədim universitetlərindən birinin yerləşdiyi Kembric Şərqi İngiltərənin əsas turizm mərkəzidir. Nyuton, Tomson, Rezerford və digər məşhur alimlər burada işləmişlər. 1873-cü ildə Darvin Kembric universitetinin magistr dərəcəsini almışdır. Kembricdə müxtəlif dövrlərə aid olan böyük sayda memarlıq abidələri qorunub saxlanmışdır. Bu turizm bölgəsində əsasən ingilislərin istirahət etdikləri bir sıra sahil kurortları Oldboro, Qreyt-Yartnut, Kromer və b.fəaliyyət göstərirlər.
Çersi və Gernsi kurort adaları La-Manş boğazında, Fransa sahilləri yaxınlığında yerləşmiş yumşaq dəniz iqliminə malik olduğundan istirahət üçün əlverişlidir. Uayt adası La-Manş boğazında, İngiltərənin cənub sahillərində yerləşir. Ada yumşaq qışa və isti yayı olan dəniz iqliminə malikdir. Kurortlar əsasən adanın əlverişli çimərlikləri olan cənub-şərq hissəsində yerləşir. Bu kurortların xidmətindən çoxsaylı ingilis turistləri faydalanırlar.
Men adası İrlandiya dənizində yerləşir və ingilis turistlərinin istirahət yerlərindən biri sayılır. Adada mehmanxana bazası, yeyinti müəssisələri, istirahət və əyləncə üçün şərait mövcuddur. 7 min cütlük üçün nəzərdə tutulmuş, dünyanın ən böyük rəqs zalı bu adada tikilmişdir.
Uels Böyük Britaniyanın bir hissəsi olmaqla Uels yarımadasından və ona qonşu olan Anqlsi adasından ibarətdir. Yarımadanın böyük hissəsini yüksək olmayan (500-700 m) Kembriç dağ massivi təşkil edir.Yarımadanın şimalında ucalan Snoudon dağı İngiltərə tarixi-coğrafi bölgəsinin ən yüksək zirvəsidir. Çayların vadilərində və dağətəyi yerlərdə enliyarpaqlı meşələr zolağı uzanır.
Uels V-VI əsrlərdə Britaniyanın anqlosakslar tərəfindən zəbt edilməsindən sonra formalaşmış xalqın- Uelslilərin və ya Vallilərin vətənidir.
Uels paytaxtının (Kardif şəhəri) görkəmli yerləri ,eyni zamanda Llanqollen və Karmarten şəhərlərinin zəngin tarixi və memarlıq abidələri turistləri cəlb edən amillərdir.Uels müalicəvi mineral mənbələrlə zəngindir. Bunların arasında Llandrindod-Uels, Llanurtid-Uels daha məşhurdur. Uelsin dəniz sahili kurortları Tauni, Aberistuit, Tenbi, Suonsi turistlərin diqqətini cəlb edir. Bu şəhərdə çoxsaylı tarixi və memarlıq abidələrinə rast gəlmək olar.
Şimali İngiltərənin relyefi dağlıqdır. Burada meridional şəkildə uzanan Pennin dağları (893 m) yerləşir. Ərazi dəniz iqliminə malikdir.İrland dənizi sahillərindəki Sautport, Blekpul, Morkam kimi məşhur kurortlar, Şimal dənizi sahillərindəki Bridlinqton, Skarboro kurortlrı və qədim abbatlığın xarabalıqlarının qaldığı Uitbi şəhəri, Harrogit və Bakson balneoloji kurortları bu turizm bölgələrində yerləşir.
Riçmord, Darem, Heksem, Lankaster, York, Çester kimi kiçik şəhərlər İngiltərənin Şimalında turistlərin toplaşdığı əsas mərkəzlərdir.
Liverpul , Şeffild, Mançester, Lids, Qull şəhərlərinin muzeylərində, qalereya və kitbxanalarında incəsənət əsərlərinin zəngin külliyyatı toplanmışdır. Bu turizm bölgəsi İngiltərənin üç şimal qraflığının-Kamberlend, Lankaşir və Çestmorlendin kəsişdiyi yerdə dağlar arasında yerləşən dərin, gözəgəlimli gölləri ilə şöhrət qazanmışdır.
Şotlandiya turizm böıgəsi təbii şəraitinə görə Skandinaviya ölkələrinə daha çox bənzəyir.Ərazinin böyük bir hissəsini dağlar təşkil edir. Bu dağların ən uca zirvəsi Ben-Nevisdir (1343 m) Şotlandiyanın iqlimi İngiltərənin iqlimindən xeyli fərqlənir. Burada daim buludlu, tutqun hava şəraiti, güclü küləklər və fırtına müşahidə olunur.
Ölkənin bu bölgəsində olan dağların və göllərin əsrarəngiz gözəlliyi, Şotlandiyaya “ Kiçik İsveçrə” adının verilməsinə səbəb olmuşdir. Şotlandiyada çoxsaylı turizm mərkəzləri vardır. Turistlərin maraq göstərdiyi şəhərlərdən biri Edinburqdur. Hündür təpənin üstündə yerləşən şəhərin ən yüksək hissəsində hündürlüyü 100 metrə yaxın olan Edinburq qəsri yüksəlir. Şəhərdə muzeylər və teatrlar çoxdur. Burada hər il incəsənət festifalları keçirilir.
Xarici turistlərin əksər hissəsi Şotlandiyanın ən böyük port şəhəri və Böyük Britaniyanın ən iri sənaye mərkəzlərindən biri olan Qlazqoya üstünlük verirlər. Burada muzeylər, teatrlar və rəsm qalereyaları çoxdur. Çoxsaylı ingilis turistləri və qismən də xaricilər Şotlandiyanın şimalında yerləşən, tarixi və memarlıq abidələri ilə zəngin olan Aberdin şəhərinə səfərlər edirlər. Şotlandiyanın qədim paytaxtı Pertdə, Kriff, Dankeld kimi kiçik qədim şəhərlərdə bu bölgənin əski mədəniyyət abidələri qorunub saxlanmışdır.Dahi Şotland şairi Robert Bernsin yaşadığı və məzarının yerləşdiyi Damfris şəhəri çoxsaylı turistləri özünə cəlb edir.
Yay mövsümündə Qlazqo, Edinburq, Aberdin və digər iri şəhərlərdən daxili turist axını dənizkənarı və yerli iqlim kurortlarına istiqamətlənir. Şotlandiyanın dənizkənarı kurortları arasında Er, Oban, Dornoh, Montros, Karnisti, Kirkoldi, Nort-Berik, eyni zamanda Bürt,Ayley,Skay kurort adaları seçilir. Şotlandiyanın daxili rayonlarının iqlim kurortları arasında Kallander, Aberfoyl, Ballater, Banhori, Breymer daha məşhurdur. Şotland adaları Böyük Britaniyanın ən şimal ərazisidir. Bu adalar əsasən Şimali Atlantikanın özünəməxsus sərt təbiətini sevən turistləri cəlb edir. Şetland adalarının ümumi sayı 100-dən çoxdur.
Şimali İrlandiya turizm bölgəsi ərazinin böyük hissəsini tutur. Ucqarlarında hündür olmayan dağların yerləşdiyi təpəli relyefə malik ərazidir. Sahilləri müəyyən yerlərdə ovalıqlardan, bəzi yerlərdə isə qayalıqlardan ibarətdir. İqlimi yumşaq qışı və sərin yayı ilə seçilən okean tiplidir. Bol sulu çayları və gölləri çoxdur. Xarici turistlərin toplaşdığı əsas mərkəzlər Şimali İrlandiyanın paytaxtı Belfast və qədim London-derri şəhərləridir. Belfast və Londonderrinin sakinləri,eyni zamanda Şotlandiyadan İrlandiyaya gələn turistlər ,yay mövsümündə Portras, Ballikasl, Uaythed, Banqor,Nyukasl kimi sahil kurortlarına üz tuturlar.