Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün imtahan testləri
Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri.
1. Streptokok pnevmoniyası üçün xarakterik deyil:
-
Ağciyər payının zədələnməsi;
-
Regionlar (bronxopulmonal) limfadenit;
-
Kəskin intoksikasiya;
-
Xırda qabarcıqlı xırıltılar;
-
İrinli ağırlaşmalar (plevrit,osteomielit)
2. Destruktiv stafilokok pnevmoniyası üçün xarakterik deyil:
-
İkitərəfli prosess;
-
Yaş öskürək;
-
Qanda-leykositoz,yüksək EÇS;
-
Tez proqresivləşən;
-
Piopnevmotoraks
3. Mikoplazma pnevmoniyası üçün xarakterik deyil:
-
Tənəffüs çatışmazlığı;
-
Prosessə interstisial toxunmanın qoşulması;
-
Ləng gedişə meyl;
-
Pnevmosklerozun əmələ gəlməsinə meyllilik;
-
Rentgenoqramda ocaqlı kölgəliklər
4. Xlamidiya pnevmoniyası üçün xarakterik deyil:
-
Kəskin intoksikasiya;
-
Konyuktivit;
-
Davamlı öskürək;
-
Normal bədən temperaturu;
-
Qanda eozinofiliya;
5. Etioloji faktoru göy-yaşıl irin çöpləri olan pnevmoniya üçün xarakterik deyil:
-
Bədən temperaturunun febril olması;
-
İntoksikasiyanın olması;
-
Bronxlarda, ağciyərdə nekrotik dəyişikliklər;
-
Leykopeniyaya meyllik;
-
Ocaqlı destruksiyaya meyllik;
6. Kəskin sadə bronxit üçün xarakterik deyil:
-
Birtərəfli perkutor səsin karlaşması;
-
Xəstəliyin əvvəlində quru öskürək;
-
Xəstəliyin 4 – 8-ci günündə yaş öskürək;
-
Orta qabarcıqlı xırıltı;
-
Rentgenoqramda ağciyər şəklinin güclənməsi;
7. Kəskin obstruktiv bronxit üçün xarakterikdir:
-
“İnspirator” təngnəfəslik;
-
“Ekspirator” təngnəfəslik;
-
Perkutor səsin qısalması;
-
Rentgenoqrammda ağciyər şəklinin güclənməsi;
-
Rentgenoqrammda ürək kölgəliyinin ölçülərinin böyüməsi;
A) 2,4
B) 1,3
C) 2,5
D) 3,5
E) 1,3
8. Xronik bronxitin kəskinləşməsinin sakitləşmə dövründə göstərişdir:
1.Ağciyər kökü nahiyəsinə ultra yüksək tezlikli şua;
2.Döş qəfəsinə ultrabənövşəyi şua;
3.Bəlğəm gətirici preparatların təyini;
4.Antibiotiklərin təyini;
5.Postural drenaj;
A) 2,5 B) 1,4 C) 3,4 D) 2,3 E) 1,3
9. Pnevmosist pnevmoniyada təyin edilir:
-
Trimetoprim;
-
Ampisillin;
-
Linkomisin;
-
Aminoqlikozid;
-
Sefamezin;
10. Bəlğəm gətirici preparatlara aid deyil:
-
Qliseram;
-
Asetilsistein;
-
Mukaltin;
-
Biyan köku;
-
Pertussin;
11. Mukolitik preparatlara aid deyil:
-
Ambroksol hidroxlorid;
-
Mukaltin;
-
Asetilsistein;
-
Bromheksin;
-
Karbosistein;
12. Bir ildə neçə dəfə təkrarlanan aydın obstruksiya əlaməti olmayan bronxitə residivləşən deyilir?
-
2 - 3 dəfə;
-
1 – 2 dəfə;
-
3 – 4 dəfə;
-
4 – 5 dəfə;
-
5 – 6 dəfə;
13. Bronxopnevmoniyanın ağciyərdən kənar ağırlaşmalarına aiddir:
-
Böyük tipdə respirator distress sindromu;
-
Sinpnevmonik plevrit;
-
Pnevmotoraks;
-
Ağciyərlərin destruksiyası;
-
Piopnevmotoraks;
14. Ləng gedişli pnevmoniyaya pnevmonik prosessin xəstəliyin başlandığı vaxtdan hansı müddətdə təkrarlanmasa diaqnoz qoymaq olar?
-
8 – 10 həftə;
-
6 – 8 həftə;
-
2 – 4 həftə;
-
4 – 6 həftə;
-
10 – 12 həftə;
15. Pnevmoniyanın morfoloji formalarına görə təsnifatına aid deyil:
-
Plevropnevmoniya;
-
Ocaqlı;
-
Ocaqlı-süzülmüs;
-
Krupoz;
-
İnterstisial;
16. Tənəffüs çatışmazlığında nəbzin tənəffüs sayına nisbəti belədir:
A) 2 – 1,5 : 1;
B) 3 – 2,5 : 1;
C) 1,5 – 1 : 1;
D) 4 – 3,5 : 1;
E) 1 : 1;
17. Pnevmoniya ilə bir vaxtda yaranan plevrit belə adlanır:
-
Sinpnevmonik;
-
Metapnevmonik;
-
Allerqik;
-
Seroz;
-
İrinli;
18. Pnevmoniyanın gedişatında (7 – 10-cu gün) yaranan plevrit belə adlanır:
-
Metapnevmonik;
-
Sinpnevmonik;
-
Allerqik;
-
Seroz;
-
İrinli;
19. Bronxiolit hansı infeksiyanın xarakter simptomudur:
A) Respirator-sinsitial infeksiyanın;
B) Enterovirus infeksiyanın;
C) Rotovirus infeksiyanın;
D) Stafilokok infeksiyanın;
E) Streptokok infeksiyanın;
20.Həkimin praktikasında 1-5 yaşlı uşaqlarda xəstəxanadankənar (evdə) pnevmoniyanın etiologiyasında aparıcı əhəmiyyətə malik hansı törədicidir?
A) Pnevmokokk
B) Piogen streptokokk
C) Stafilokokk
D) Klebsiella
E) Bağırsaq çöpü
21.Həkimin praktikasında pnevmoniyanın diaqnostikasında aparıcı (əsas) klinik simptom hansıdır?
A) Lokal krepitasiya
B) Zəifləmiş tənəffüs
C) Təngnəfəslik
D) Çoxsaylı kiçik qabarcıqlı xırıltılar
E) Döş qəfəsində çökək nahiyələrin dartılması
22.Həkimin praktikasında rast gələn xəstədə xəstəliyin ilk saatlarında hipertermiya və titrətmə hansı pnevmoniya üçün xasdır?
A) Pnevmokokk
B) Mikoplazma
C) Pnevmosist
D) Xlamidiya
E) Göbələk.
23.Beş yaşdan yuxarı uşaqlarda xəstəxanadan kənar pnevmoniyaların əsas törədicisi hansıdır?
A) Pnevmokokk
B) Pnevmosist
C) Stafilokokk
D) Göbələk
E) Mikoplazma
24.Hansı müddətdə pnevmonik proses geri sorulmazsa, uzanmış pnevmoniya diaqnozu qoyulur?
A) 6 həftədən 8 həftəyə qədər
B) 1 həftədən 5 həftəyə qədər
C) 5 həftədən 6 həftəyə qədər
D) 3 həftədən 4 həftəyə qədər
E) 8 ay və daha çox
25.Həkimin praktikasında eksudativ plevrit üçün nə xarakterikdir?
A) Perkutor səsin kütləşməsi və divararalığı (mediastinal) üzvlərin xəstə tərəfə yerdəyişməsi
B) Perkutor səsin kütləşməsi və divararalığı üzvlərinin sağlam tərəfə yerdəyişməsi
C) Eksudat üzərində perkutor qutu səsi
D) Eksudat üzərində bronxofoniya və səs titrəməsinin güclənməsi
E) Səs titrəməsinin güclənməsi və perkutor səsin kütləşməsi
26.Beş yaşdan yuxarı uşaqlarda xəstəxanadan kənar pnevmoniyanın nadir hallarda törədicisi nədir?
A) Klebsiella
B) Pnevmokokk
C) Mikoplazma
D) Hemofil çöplər
E) Göy-irin çöpü
27.Həkimin praktikasında ekspirator təngnəfəsliyin səbəbi hansıdır?
A) Bronxial obstruksiya
B) Laringit
C) Faringit
D) Traxeit
E) Yuxarıda göstərilənlərin heç biri
28.Həkimin praktikasında payarası eksudatı aşkar etmək üçün göstəriş hansıdır?
A) Yan rentgenoqramm şəkli
B) Tomoqrafiya
C) Plevral punksiya
D) Düz rentgenoqramma
E) Bronxoskopiya.
29.Həkimin praktikasında bronxoektazları aşkar etmək üçün hansı müayinəni aparmalıdır?
A) Bronxoqrafiya
B) Pnevmotaxometriya
C) Döş qəfəsi üzvlərinin rentgenoqrafiyası
D) Tomoqrafiya
E) Pikfloumetriya
30.Həkimin praktikasında pikfloumetriyanın köməyi ilə nə ölçülür?
A) Nəfəsvermənin maksimal (zirvə) sürəti (PEF)
B) Nəfəsvermənin ümumi həcmi
C) Ağciyərlərin həyatə həcmi
D) Ağciyərlərin qalıq həcmi
E) Bronxial obstruksiyanın dərəcəsi.
31.Həkimin praktikasında pnevmoniyanın müalicəsi zamanı azitromisinin müalicə kursu nə qədərdir?
A) 3-5 gün
B) 1-2 gün
C) 7-10 gün
D) 11-14 gün
E) 14-21 gün
32.Həkimin praktikasında mikoplazma pnevmoniyasının müalicəsində hansı preparatın təyini məqsədə uyğundur?
A) Makrolidlər
B) Təbii penisillinlər
C) Yarımsintetik penisillinlər
D) I nəsil sefalosporinlər
E) Aminoqlikozidlər
33.Hansı ağciyərin obstruktiv xəstəliyinə aiddir?
A) Bronxial astma
B) Ekzogen allergik alveolit
C) Eozinofil pnevmoniyası
D) Fibrozlaşan alveolit
E) Xronik pnevmoniya
34.Hansı bronxodilatator uzun müddətli təsirə malik deyil?
A) Eufillin
B) Salmaterol
C) Eufilonq
D) Teopen
E) Berodual
35.Həkimin praktikasında bronxoektaziyanın diaqnostikasında hansı həledici əhəmiyyətə malikdir?
A) Bronxoqrafiya
B) Fizikal məlumatlar: davamlı lokal tənəffüs dəyişilikləri və yaş xırıltıların olması
C) Xarici tənəffüs funksiyasının müayinəsi
D) Döş qəfəsinin rentgeneqrafiyası
E) Pivfloumetriya
36.Həkimin praktikasında pnevmoniya zamanı antibiotiklərin təyininin optimal müddəti nə qədərdir?
A) Ağ ciyərdə infiltrat sorulana qədər
B) Hərarət normallaşana qədər
C) EÇS normallaşana qədər
D) Bədən tº-nun 4-5 gün ərzində davamlı normal olana qədər
E) Toksikoz ləğv olana qədər
37.Həkimin praktikasında xronik bronxiti təstiqləyən dürüst metod hansıdır?
A) Ümumi kliniki fizikal müayinələr
B) Döş qəfəsi üzvlərinin rengenoqrafiyası
C) Qanın ümumi analizi
D) Bronxial möhtəviyyatın sitoloji və bakterioloji müayinəsi ilə birgə aparılan bronxoskopiya
E) Bəlğəmin əkilməsi
38.Həkimin praktikasında virus mənşəli obstruktiv bronxitin kəskin dövründə əsas müalicə tədbirlərinə aid olmayanı hansıdır?
A) Antibiotiklər
B) Bəlğəmgətiricilər
C) Döş qəfəsinin vibrasion massajı
D) Bronxolitiklər
E) Fizioproseduralar
39.Tənəffüs üzvlərinin hansı anatomo-fizioloji xüsusiyyəti ağciyərlərin obstruksiyasına səbəb olmur?
A) Burun tənəffüsü
B) Tənəffüs yollarının darlığı
C) Qırtlağın, traxeyanın, bronxların qığırdaqların yumşaqlığı
D) Diafraqmal tipli tənəffüs
E) Qırtlağın aşağı səviyyədə yerləşməsi
40.Uşaqlarda eksudativ plevritin əsas səbəbi hansıdır?
A) Tuberkulyoz (vərəm)
B) Pnevmoniya
C) Şişlər
D) Travma
E) Exinokokk kistası
41.Həkimin praktikasında 3 yaşlı uşaqda əgər plevral mayedə seqmentnüvəli leykositlər üstünlük təşkil edərsə eksudativ plevritin əsas ehtimal səbəbi hansıdır?
A) Pnevmoniya
B) Vərəm
C) Ağ ciyərlərin xərçəngi
D) Obstruktiv bronxit
E) Qabırğa sınığı
42.Kəskin pnevmoniyalar təsnifata görə necə bölünürlər?
A) Ocaqlı, seqmentar, krupoz, interstisial
B) Bronxiolitlər, interstisial, allergik, plevropnevmoniyalar
C) Krupoz, bronxiolitlər, interstisial, allergik
D) Bronxiolitlər, allergik, plevropnevmoniyala, ocaqlı
E) İki tərəfli bronxopnevmoniya, interstisial, allergik
43.Ailə həkiminin praktikasında krupoz pnevmoniya üçün aşağıdakılardan hansı xarakterikdir?
A)Bir tərəfli yanağın qızarması, ağciyər payının zədələnməsi
B) İkitərəfli prosess, normal temperatur, bir tərəfli yanağın qızarması, regionarlimfadenit
C) Normal temperatur, öncəgələn KRVİ olmadan kəskin başlaması, perkusiya zamanı qutu səsi, ağciyər payının zədələnməsi
D) Bir tərəfli yanağın qızarması, təngnəfəslik, hər iki tərəfdə quru xırıltılar, regionarlimfadenit
E) Normal temperatur, öncəgələn KRVİ olmadan kəskin başlaması, prosesin iki tərəfli olması
44.Həkiminin praktikasında streptokokk pnevmoniyası zamanı ilk seçim preparatı hansıdır?
A) Ampısillin
B) Eritromisin
C) Gentamisin
D) Tetrasiklin
E) Linkomisin
45.Mukovisidozun klinik formaları hansılardır?
A)Ağ ciyər, bağırsaq, qarışıq
B) Dəri, oynaq, bağırsaq
C) Dəri, oynaq, böyrək
D) Ağ ciyər, dəri, böyrək
E) Oynaq, dəri, ağ ciyər
46.Həkimin praktikasında kiçik yaşlı uşaqlarda pnevmoniya zamanı öskürək necə olur?
A) Yaş
B) Tutmaşəkilli
C) Bitonal
D) Kobud, hürücü
E) Əzabverici
47.Həkimin praktikasında kəskin obstruktiv bronxit zamanı əsas hansi preparat təyin olunur?
A) Eufillin, salbutamol
B) Bronxolitiklər, nəmləşdirilmiş oksigen
C) Eufillin 1mq/kq, heparin
D) Antibiotiklər
E) Ürək qlikozidləri
48.Həkimin praktikasında mukovissidoz zamanı öskürək necə olur?
A)Tutmamaşəkilli, göyöskürəyə-bənzər, əzabverici
B) Arasıkəsilməz
C) Səthi, tezləşmiş
D) Nadir halda
E) Bitonal
49.Həkimin praktikasında kəskin bronxitin ən xarakterik əlaməti hansıdır?
A) Yaş, quru xırıltılar
B) Yüksək hərarət
C) Təngnəfəslik
D) Taxikardiya
E) Ürək çatışmazlığı
50.Kəskin pnevmoniyanın simptomlarına hansı aid deyil?
A) Rinit, boğazda qıcıqlanma, sianoz, quru xırıltılar
B)Təngnəfəslik, boğazda qıcıqlanma, öskürək, ortaqabarcıqlı yaş xırıltılar
C) Boğazda qıcıqlanma, iniltili tənəffüs, quru xırıltılar, ortaqabarcıqlı yaş xırıltılar
D) Təngnəfəslik, sianoz, iniltili tənəffüs, xırda qabarcıqlı yaş xırıltılar
E) Sadalananların hamısı
51.Neçə müddətdən bir təkrarlanan bronxiti residivləşən bronxit hesab edilir?
A) İldə 3 dəfə və daha artıq 2 həftədən çox müddətdə residivlərin davam etməsi
B) İldə 3 dəfə və daha artıq
C) 2 il ərzində ildə 3 dəfə və daha artıq
D) İldə 3 dəfədən az
E) Ayda 1 dəfə
52.Bunların hansı kəskin bronxitin xarakterik əlaməti deyil?
A) döş qəfəsində ağrı
B) öskürək
C) bəlğəm gəlməsi
D) bronxial sekresiyanın həcminin artması
E) təngnəfəslik
53.Bunların hansı kəskin bronxitdə aparıcı simptom sayılmır :
A) öskürəkdən sonra döş sümüyünün arxasında sızıldama
B) əvvəl quru, sonra selikli bəlğəm ilə öskürək
C) ekspirator təngnəfəslik
D) sərt tənəffüs
E) vaxtaşırı tutmaşəkilli, əziyyətli öskürək
54.Xronik bronxitin ilkin dövründə bəlğəmin xarakteri:
A) az miqdarda , selikli
B) selikli –irinli
C) irinli
D) irinli –qanlı
E) çox miqdarda , selikli
55.Bunlardan hansı xronik bronxitdə təngnəfəsliyin xarakterik xüsusiyyəti sayılmır :
A) gecələr olan tıngnəfəslik
B) yalnız ağır fiziki gərginlikdən sonra yaranan təngnəfəslik
C) səhərlər olan təngnəfəslik
D) müxtəlif vaxtlarda
E) yalnız xəstəliyin kəskinləşmə dövründə
56. Xronik bronxitdə orta ölçülü bronxların zədələnməsini bildirən hansı auskultativ əlamətlər xarakterik sayılır:
A) quru xırda qabarcıqlı xırıltılar
B) quru fitvari xırıltılar
C) yaş ortaqabarcıqlı xırıltılar
D) krepitasiyalı xırıltılar
E) kəskin zəifləmiş vezikulyar tənəffüs
57.Kəskin ocaqlı pnevmoniyanın klinik gedişinə aid deyil:
A) perikardın sürtünmə küyü
B) öskürək
C) bəlğəmin gəlməsi
D) döş qəfəsində ağrı
E) qızdırma
58.Bunlardan hansı stafilokok pnevmoniyasının klinik əlamətləri sayılmır:
A) bir dəfə olan yüksək hərarət ilə üşütmə
B) yüksək hərarət üşütmə ilə
C) tam sağlam və ya qrippli olduqda kəskin başlanğıc
D) döş qəfəsində ağrı
E) qanla qatışıq bəlğəm
59.Bunlardan hansı kombinə olunmuş antibakterial terapiyaya göstəriş sayılmır:
A) 72 saat ərzində hərarətin enməsi
B) naməlum törədici
C) qarışıq floranın olması
D) müəyyən antibiotikin müsbət effekt vermədiyi ağır xəstəlik
E) davamlı infeksiya
60.Ekssudativ plevritin əsas klinik əlamətinə aid deyil:
A) Sərt tənəffüs
B) tənəffüsün zəifləməsi
C) diafraqmanın ekskursiyasının məhdudlaşması
D) divararalığı orqanların yerini dəyişməsi
E) perkutor səsin kütləşməsi
61. Valideynlərin söylədiyinə görə 2 yaşlı uşaq oyuncaqlarla oynayarkən birden öskürməyə başlamış, göyərmişdir; öskürək 10 dəqiqəyə yaxın davam etmiş və bir daha təkrarlanmamışdır. Ertəsi gün öskürək yenidən təkrarlanmışdır (tutma şəklində olmayan), auskultasiyada daha çox sağ tərəfdən çoxlu miqdarda quru xırıltılar və keçiriciliyin zəifləməsi qeyd olunur. Sizin ilkin diaqnozunuz:
A) bronxun yad cismi
B) bronxiolit
C) inağ
D) obstruktiv bronxit
E) pnevmoniya
62.Uşaqlarda kəskin tənəffüs çatışmazlığı zamanı aşağıdakı tədbirlərin hansı təxirə salınmaz yardım hesab olunmur:
A) vitaminterapiya
B) dövr edən qanın həcminin bərpa olunması
C) Turşu-qələvi balansının bərpası
D) oksigenoterapiya
E) tənəffüs çatışmazlığının aradan qaldırılması
63. Kəskin pnevmoniyalı uşaqların hospitalizasiyası üçün göstərişdir:
A) kəskin tənəffüs çatışmazlığı
B) tez-tez öskürək
C) antibiotiklərin tez-tez yeridilməsi zəruriliyi
D) ekssudativ diatez
E) hipertermik sindrom
64. Mikoplazma pnevmoniyasının müalicəsində daha effektli preparat:
A) linkomisin
B) penissilin
C) furazolidon
D) ampissilin
E) biseptol
65. Aşağıdakılardan hansı pnevmoniyanın fəsadlarına aiddir:
A) Plevrit
B) Pankreatit
C) Xronik pankreatit
D)Obstruktiv bronxit
E) Meninqoensefalit
66. Pnevmoniya diaqnozunun qoyulması və formalarının təyin olunmasında ən əhəmiyyətli müayinə üsulu hansıdır
A)Rentgenoqrafiya
B)Flyuroqrafiya
C)Qanın klinik müayinəsi
D)KT
E) Pnevmotaxometriya
67. Uşaqlarda tənəffüs yollarının obstruksiyasını yaradan etioloji faktorlar:
-
Virus infeksiyaları
-
İbtidailər
-
Göbələk
-
Mikoplazma
-
Helmintozlar
68.Bronx ağacının xırda şaxələrinin zədələnməsi necə adlanır?
A) Bronxiolit.
B) Traxeit
C) Bronxit.
D) Laringit.
E) Alveolit.
69.Aşağıdakılardan hansı uşaqlarda kəskin bronxitin işçi təsnifatına uyğun deyil?
A) Kəskin obliterəedici bronxit
B) Kəskin sadə bronxit.
C) Kəskin obstruktiv bronxit.
D) Kəskin bronxiolit.
E) Residiv verən bronxit.
70. Südəmər uşaqlarda obstruksiyanın inkişafında daha az rol oynayır.
A) Bronx əzələlərinin spazmı.
B) Bronx selikli qişasının ödemi.
C) Hipersekresiya.
D) Bronx divarının qalınlaşması.
E) İltihabi infiltrasiya.
71.Makleod sindromu nədir?
A) Ağciyərin birtərəfli emfizeması
B) Ağciyərlərin travmatik zədələnməsi.
C) Ağciyər abssesi.
D) Ağciyərin atelektazı.
E) Ağciyər vərəmi.
72. Kəskin ev pnevmoniyalarının inkişafında ən çox rast gələn etiolofi faktor.
A) Pnevmokokk.
B) Stafilokokk.
C) Mikoplazma.
D) Xlamidia.
E) Göbələklər.
73. Aşağıdakılardan hansı kəskin pnevmoniyanın işçi təsnifatında verilən formalarına aid deyil.
A) Krupoz.
B) Ocaqlı.
C) Seqmentar.
D) Lobar.
E) İnterstisial.
74. Kəskin pnevmoniya zamanı ağciyərlərin perkussiyasında perkutor səs necə dəyişir?
A) Zədələnmiş seqment üzərində perkutor səs məhdud xarakterdə qısalır.
B) Güclənir.
C) Qutu səsi eşidilir.
D) Dəyişmir.
E) Ağciyərin bütün sahələrində eyni dərəcədə qısalır.
75. Uşaqlarda atipik pnevmoniyaların törədicilərinə aiddir.
A) Mikoplazma və xlamidiyalar.
B) Streptokokklar.
C) Göbələklər.
D) Stafilakokklar.
E) Klepsiella və proteylər.
76. Aşağıdakılardan hansı mikoplazma pnevmoniyalarını pnevmokokk pnevmoniyasından fərqləndirməyə əsas vermir?
A) Yüksək hərarət.
B) Prosesin payız aylarında rast gəlməsi.
C) Dərinin quru, qabıqlanmaya meylli olması.
D) Quru konyuktivit.
E) Rg-də qeyri- homogen kölgəlik.
77.Pnevmoniyanın identifikasiyasında əsas rol oynayan müayinə üsulu.
A) Rentgenoqrafiya.
B) Bronxoqrafiya.
C) Sintiqrafiya.
D) Fluoroqrafiya.
E) Qanın ümumi analizi.
78. Kəskin pnevmoniya zamanı funksional qan dövranı hansı müayinə metodunun köməyi ilə qiymətləndirilir?
A) Sintiqrafiya.
B) Spiroqrafiya.
C) Fluometriya.
D) Rentgenoqrafiya.
E) Bronxoskopiya.
79. Kəskin pnevmoniya zamanı istifadə edilən antibiotik preparatın effekliyi- nə şübhə yaradır.
A) Yüksək hərarətin 48 saatdan sonra saxlanması.
B) Ümumi vəziyyət və iştahın yaxşılaşması.
C) Təngnəfəsliyin azalması.
D) Hərarətin 24-48 saatdan sonra enməsi.
E) Rentgenoliji müayinədə müsbət dinamika.
80. Ev pnevmoniyaları zamanı ilk seçim antibiotik preparatlarına aiddir.
A) Penisillinlər.
B) Sefalosporinlər.
C) Makrolidlər.
D) Aminoqlukozidlər.
E) Sulfanilamidlər.
81. Atipik pnevmoniyalar zamanı ilk seçim preparalarından hesab edilir.
A) Makrolidlər.
B) Sefalosporinlər.
C) Amoksisillin.
D) Aminoqlukozidlər.
E) Sulfanilamidlər.
82.Aşağıdakılardan hansı xronik pnevmoniya üçün xarakter deyil?
A) Ağciyərlərin birtərəfli distrofiyası.
B) Bronxların deformasiyası.
C) Endobronxit.
D) Bronxoektaziya.
E) Falanqaların təbil çubuğu şəklində qalınlaşması.
83.Pnevmoniya zamanı hansı rentgenoloji əlamət ağciyər vərəminə şübhə haradır?
A) İltihab infiltrasiyasının yuxarı paylarda lokalizasiyası.
B) İltihab infiltrasiyasının aşağı paylarda lokalizasiyası.
C) Prosesin uzun müddət davam etməsi.
D) Prosesin birtərəfli olması.
E) Antibakterial müalicə fonunda müsbət Rg- ji dinamikanın olmaması.
84.Uşaqlarda kəskin pnevmoniyanın davam etmə müddəti nə qədərdir?
A) 6 həftəyə qədər.
B) 2 həftə.
C) 2-4 ay.
D) 10 günə qədər.
E) 4 aydan yuxarı.
85. Uşaqlarda bronx-ağciyər xəstəliklərinin müalicəsi zamanı həkimin ilk yanaşması nədən başlanmalıdır.
A) Yuxarı tənəffüs yollarının keçiriciliyinin bərpa olunması.
B) Antibakterial terapiyanın təyin olunması.
C) Dezintaksikasion terapiya aparılması.
D) Fizioterapiyanın təyini.
E) Bronxodilatatorların təyin olunması.
86. Aşağıdakı üsullardan hansı uşaqlarda ağciyərlərin xarici tənəffüs funksiyasının öyrənilməsində əhəmiyyətsizdir?
A) Bronxoskopiya.
B) Spiroqrafiya.
C) Pnevmotaxometriya.
D) Mass-spektrometriya.
E) Diffuziontest.
87.Uşaqlarda aspirasion pnevmoniyanın başvermə səbəbi ola bilməz?
A) Qida borusunun qısa olması.
B) Traxeya-qida borusu fistulası.
C) İri damarların anomaliyası.
D) Yumşaq və sərt damağın bitişməməsi.
E) Diafraqma yırtığı.
88.Aşağıdakılardan hansı aspirasion pnevmoniya üçün xarakter klinik əlamət hesab edilmir? .
A) Ağciyərlərdə müxtəlif kalibrli xırıltılar.
B) Qidalanma vaxtı çeçəmə.
C) Qida qəbulu vaxtı apnoye tutmaları.
D) Qida qəbulu ilə əlaqədar olan və horizontal vəziyyətdə güclənən öskürək.
E) Qida qəbulundan sonra ağciyərlərdə dəyişən yayılmış xırıltılar.
89.Kəskin pnevmoniya zamanı qanda hipoksiyanın əsas yaranma səbəbi hesab edilmir.
A) Eritrositlərin sayının azalması.
B) Ventilyasiyanın pozulması.
C) Perfuziyanın pozulması.
D) Diffuziyanın membran komponentinin pozulması.
E) Funksional qan dövranının pozulması.
90.Kəskin pnevmoniya zamanı ən gec bərpa olunan əlamət aşağıdakılardan hansıdır?
A) Ağciyərlərdə funksional qan dövranı.
B) Klinik əlamətlərin itməsi.
C) Rentgenoloji dəyişikliklər.
D) Perkutor dəyişikliklər.
E) Auskultativ dəyişikliklər.
91.Bronx obstruksiyası dedikdə nə başa düşülür?
A) Bronx mənfəzinin daralması.
B) Bronx mənfəzinin genişlənməsi.
C) Bronxun deformasiyası.
D) Bronx-yemək borusu fistulası.
E) Heç biri.
92. Uşaqlarda pnevmoniyanın daha tez-tez baş verməsinin əsas səbəbi ola bilməz?
A) Bədən çəkisinin böyüklərlə müqayisədə az olması.
B) Traxeya və iri bronxların qısa və mənfəzinin geniş olması.
C) Bronxiolların mənfəzinin dar olması və əzələ elementlərinin azlığı.
D) Mukosiliar mexanizmin çatışmazlığı.
E) Surfaktantın miqdarının azlığı.
93.Aşağıdakı əlamətlərdən hansı kəskin bronxiolit üçün xarakterdir və onu kəskin
obstruktiv bronxitdən fərqləndirməyə imkan verir?
A) Xəstəliyin əsasən 1 yaşa qədər inkişaf etməsi və obstruktiv sindromun xəstəliyin ilk
günündən qeyd ediməsi.
B) Xəstəliyin 1 yaşdan sonra inkişaf etməsi.
C) Obstruksiyanın xəstəliyin 2-3 –cü günündən başlanması.
D) Təngənəfəsliyin zəif nəzərə çarpması.
E) Sianozun az nəzərə çarpması.
94.Aşağıdakı əlamətlərdən hansı kəskin pnevmoniyadan şübhələnməyə əsas verir?
A) Hərarətin 3 gün ərzində 38˚C-dən yuxarı olması.
B) Hərarətin 38˚C-dən aşağı olması və 3 gündən az davam etməsi.
C) Təngnəfəsliyin olmaması.
D) Öskürəyin səthi, quru və ağrısız olması.
E) Perkutor səsin güclənməsi.
95.Aşağıdakı əlamətləridən hansı kəskin sadə bronxiti inkar edir?
A) Ağciyərlər üzərində xırdaqabarcıqlı lokal xırıltılar.
B) Hərarətin 38˚C-dən aşağı olması və 3 gündən az davam etməsi.
C) Perkutor səsin lokal qısalması.
D) Tənəffüsdə köməkçi əzələlərin iştirakı.
E) Aydın nəzərə çarpan sianoz.
96. Aşağıdakı əlamətlərdən hansı obstruktiv bronxit diaqnozunun qoyulmasın- da az əhəmiyyətlidir?
A) Rg-də ağciyər şəklinin güclənməsi.
B) Məsafədən eşidilən fitverici nəfəsvermə.
C) Tənəffüsdə köməkçi əzələlərin iştirakı.
D) Perkussiya zamanı ağciyərlər üzərində qutu səsi.
E) Rg-də gizli emfizema.
97. Kəskin pnevmoniyanın ağ çiyər ağırlaşmalarından hesab edilmir.
A) Anemiya
B) Plevrit
C) Ağ ciyər destruksiyası
D) Pnevmotaraks
E) Piopnevmotoraks
98. Kəskin pnevmoniyanın ağ çiyərdən kənar ağırlaşmalarından hesab edilmir.
A) Ağciyər absesi
B) Damar daxili laxtalanma sindromu
C) Ürək qan damar çatmazlığı
D) İnfeksion-toksik şok
E) Respirator disstres sindrom
Dostları ilə paylaş: |