Mücərrəd varlıqların adını bildirir və morfoloji quruluşuna göre 3 yerə bölünür



Yüklə 16,21 Kb.
tarix02.01.2022
ölçüsü16,21 Kb.
#38097
növüMücərrəd
The-Noun-1


İsim( The Noun)və İsimin hali-1.Emil Shahlı.

Azərbaycan dilində olduğu kimi İngilis dilində də isim maddi və mücərrəd varlıqların adını bildirir və morfoloji quruluşuna göre 3 yerə bölünür.

1)Sadə( simple)-desk,table,boy. Etc

2)düzeltmə(derivative)-asağıdakı prefikslər və sufikslər vasitəsilə düzəlir

Dis-disagreement-narazılıq

Un-unbelief-inamsızlıq

Mis-misunderstanding-səhvanlama

Non-nonsense-hissiyatsız,cəfəngiyat

Sufiksler

age-package-bağlama ant-servant-qulluqçu

al-approval-bəyənmə ent-student-tələbə

ese-Japenese-yaponlar ence-dependence-asılılıq

ance-importance-əhəmiyyət tion-translation-tərcümə

dom,ship,hood,th,ing,ee,ative,ics,er,or,ess,ment,eer,ist,ism,ty,ity vəs kimi sufiksləri nümune kimi göstermek olar.

Mürəkkəb isimlər (Compound noun)-schoolgirls,gasstove,sunflower,mather-in –low.

Mənasına göre isimlər 2 yerə bölünür

Proper nouns-Xüsusi isimlər-kənd,şəhər,qəsəbə,ölkə,insan,çay,dəniz,göl,kino,teatr ves verilən adlara deyilir.ingilis dilində həftənin günleri və aylar da xüsusi isimlər hesab olunur.

Common nouns-Ümumi isimlər 2yerə bölünür.Konkret(concrete nouns)-boy,table etc,mücərrəd isimlər(abstract nouns)permission,love,hate,dream,conversation.Bu isimlər ne sayilir,ne de cəm şəkilçisi ilə işlənə bilmir,xəbəri də təkdə qəbul edir.

Konkret isimlər özü də 2 yerə ayrılır.

a)countable-sayila bilen-book,girl,dog

b)uncountable-sayila bilməyən –bu isimlər qaz,toz,maye halında olan maddələr “ing” ilə düzələn isimlər,dillər,yeməklərin əksəriyyəti aiddir anger,advice,air,bread,butter,blood,cotton etc Bu isimlər sayila bilmir və cəm şəkilçisi qəbul etmir və xəbəri də həmişə təkdə qəbul edir.Lakin bu isimlər and ilə baglanarsa xəbər cəmdə olar,or ilə baglanarsa xəbər təkdə olar.Bu isimlərdən bəziləri a,an artikili ilə işlənərək sayila bilir,lakin tamamilə fərqli məna verir.

Work –iş,a work-əsər glass-şüşə,a glass-stəkan

Iron-dəmir,an iron-ütü paper-a paper-qəzet

İngilis dilində kollektiv isimlər də var.family,army,company,crew,team.Bu isimlər təkdə də olar,cəmdə də olar.a family-families etc.

İngilis dilində isimin cəmini düzəltmək üçün ismin sonuna s,es əlavə etmək olar.boy-boys,box-boxes.

isimin 2 halı var.adlıq(nominative),yiyəlik(possessive)

Yiyəlik hal 2 cür düzelir.1)cansiz isimlərin yiyəlik hali of sözönü vasitəsilə düzəlir the door of the room.

2)canli isimlərin yiyəlik hali 3cür düzəlir

a)Təkdədirsə 's ----- the girl's book

b)Cəmdədirsə s'-----the girls' books



c)Aşağidaki kimi qaydasiz isimlərin yiyəlik hali da 's ilə düzəlir:men'shats,man'shat,a sheep's skin-2 sheep's skin ves.
Yüklə 16,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin