Modal fellər: can edə bilmək, bacarmaq



Yüklə 19,78 Kb.
tarix02.01.2022
ölçüsü19,78 Kb.
#45282
Modal verbs


𝗠𝗼𝗱𝗮𝗹 𝘃𝗲𝗿𝗯𝘀
Modal fellər:

1. can - edə bilmək, bacarmaq

2. to be able to - edə bilmək, bacarmaq

3. may - ola bilmək, icazəsi olmaq

4. must - malı, məli (məcburiyyət)

5. have to -malı, məli (məcburiyyət)

6. should - malı, məli (məsləhət)

7. ought to - malı, məli, gərək (məsləhət)

8. need - ehtiyacı olmaq, lazım olmaq
Zamanlar üzrə işlənmə:

1. can


can - indiki zaman

could - keçmiş zaman

Bütün şəxslər üzrə can, could işlənir.
2. to be able to

am/is/are able to - indiki zaman

was/were able to - keçmiş zaman

will be/shall be able to - gələcək zaman

have/has been able to - indiki bitmiş zaman

had been able to - keçmiş bitmiş zaman


can = to be able to
3. may

may - indiki zaman

might - keçmiş zaman
4. must

must - indiki zaman

Digər zaman formaları yoxdur.
5. have to

have/has to - indiki zaman

had to - keçmiş zaman

shall/will have to - gələcək zaman

have/has had to - indiki bitmiş zaman

had had to - keçmiş bitmiş zaman


6. should, ought to, need - bu modal fellərinin yalnız bir zaman forması var.

Modal fellərin sual və inkar forması:


1. Can (could), may (might), must, should, ought to, need, to be able to

Bu modal fellərin sual və inkar formaları özləri ilə düzəlir:


You should stay in bed.

Should you stay in bed?

You shouldn't stay in bed.
I need go there.

Need you go there?

I needn't go there.
2. Have/has/had to modal fellərinin sual və inkar forması onların özləri ilə deyil, do/does/did köməkçi felləri ilə düzəlir:
I have to go.

Do I have to go?

I don't have to go.
She has to go.

Does she have to go?

She doesn't have to go.

Does she has to olmaz!❌
He had to go.

Did he have to go?

He didn't have to go.

Did he has to olmaz!❌

Qeyd 1:

haven't to

hasn't to yazılışları düzgün deyil❌

Qeyd 2:

Cümləyə sualı hansı modal fellə veririksə, cavabı da o modal fellə veririk. Amma may modal feli fərqlidir. May işlənən cümləyə may-lə sual veririk, təsdiq cavabı may-lə veririk, inkar cavabı isə mustn't olur.


- May I come in?

- Yes, you may.

- No, you mustn't.
Qeyd 3:

Gələcək zamanda to able to - da shall/will/would + be able to mütləq olmalıdır, "be" işlənməsə, səhv sayılır.



Qeyd 4:

Cümlədə modal fel zamana görə digər fellə uzlaşmalıdır:



I was ill, I couldn't come.✅

I was ill, I can't come.❌
Qeyd 5:

need feli həm əsas, həm də köməkçi fel ola bilər.


Modal fel kimi:

I need go.

Need I go?

I needn't go.
Əsas fel kimi:

I need to go.

Do I need to go?

I don't need to go.
Need - dən sonra ikinci gələn fel to-lu olarsa, sualı, inkarı do/does/did ilə düzələrsə, needs, needed olarsa, ondan sonra isim gələrsə, bu need modal fel deyil❌
İstifadə olunan vəsaitin müəllifi Gülnarə Umudovadır.
Yüklə 19,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin