Alman dili alman dilinin əlifbasını öyrənməkdən başlanır. Yəni əlifbanı bilmədən oxumaq ya mümkün deyil, ya da çox çətindir. Əslində latın qrafikası ilə olan azərbaycan dili əlifbası ilə alman dili əlifbası arasında xeyli oxşarlıq vardır. Yəni məna oxşarlığı deyil, sadəcə qrafika, hərflərin yazılışı oxşarlığı vardır. Misal üçün
abend - axşam
Mutter - ana
denken - düşünmək
və yüzlərlə digər belə misallar gətirmək olar ki, heç bir çətinlik çəkmədən latın qarafikalı azərbaycan dili sayəsində asanlıqla oxumaq olur. Yəni, alman dilində necə yazılırsa azərbaycan dilində də həmin sözlər olduğu kimi oxunur. Sadəcə azərbaycan əlifbasından fərqlənən bir sıra hərf və səsləri öyrənməklə Siz alman dilində müstəqil oxumağı öyrənə bilərsiniz.
Beləliklə gəlin ilk dərsimizə başlayaq. Alman dili əlifbası aşağıdakı hərflərdən ibarətdir:
A B C D E F G H I J K L M N O P Q R S ß T U V W X Y Z Ä Ö Ü
a b c d e f g h i j k l m n o p q r sß t u v w x y z ä ö ü
Əlifbadan da gördüyünüz kimi bir çox hərflər elə azərbaycan dilində olduğu kimidir. Amma aşağıda verilən hərflər azərbacan hərf və səslər sistemindən fərqlənir:
C G H J Q S ß V W X Y Z Ä
Bu hərflərin oxunuşuna fikir verək:
/c/ adətən alman sözlərində təklikdə rast gəlinməyən və oxunmayan bu hərf müxtəlif hərf birləşmələrində rast gəlinir və aşağıdakı kimi oxunur:
1. Alman sözlərində həmişə /ch/ və ya /ck/ birləşməsi şəklində rast gəlinir. /ck/ birləşməsi şəklində rast gəlinərkən sadəcə /kk/ kimi oxunur. Məsələn:
Ecke - künc,
Acker - əkin
2. Alınma sözlərdə /c/ hərfi /k/ kimi də oxuna bilir. Məsələn:
Club - Klub
, Cafe - kafe və s.
3. /ch/ birləşməsi şəklində rast gəlinərkən isə 2 formada oxunuşu mümkündür.
A) Qalın saitıərdən əvvəl və sonra gələrkən adətən /x/, məsələn:
Buch - kitab,
Woche - həftə və s.
B) İncə saitlərdən sonra rast gələndə rus dilində olan incə /xь/ kimi oxunur: dich- səni,
Rechnung- hesab və s.
4. Bəzi daha çox alınma sözlərdə isə gah /k/, məsələn:
Charakter - xarakter,
gah da /ş/ kimi oxunur. Məsələn:
Chef - şef, rəhbər və s. /g/ hərfi hər zaman azərbaycan dilində olan /q/ səsi kimi oxunulur. Məsələn:
geben - vermək,
grün - yaşıl və s.
/h/ hərfi tələffüzündə 3 məqam mövcuddur:
1. Yalnız sözlərin əvvəlində hər zaman azərbaycan dilində olduğu kimi, yəni /h/ kimi oxunulur. Məsələn:
haben - malik olmaq,
heißen - adlanmaq və s.
2. Bitişik yazılaraq bir söz əmələ gətirən iki sözün ikinci sözünün əvvəlində yenə də hər zaman azərbaycan dilində olduğu kimi, yəni /h/ kimi oxunulur. Məsələn:
wo/hin- "haraya",
wo/her -"haradan" və s.
3. Sözlərin ortasında gələrkən heç zaman oxunmur və yalnız özündən əvvəl gələn saitin uzun tələffüz edilməsini tələb edir. Məsələn:
/j/ hərfi hər zaman azərbaycan dilində olan/y/ səsi kimi oxunulur. Məsələn:
ja - bəli,
jeder - hər kəs və s.
Bəzi alınma sözlərdə isə zərbaycan dilində olan/c/ səsi kimi oxunulur. Məsələn:
Jeans - cins (parca)" və s.
/q/ hərfi əsasən /qu/ birləşməsi kimi rast gəlinir və /kv/ kimi oxunulur. Məsələn:
Quadrat - kvadrat,
Quant - kvant və s.
/s/ hərfinin oxunuşunda 4 məqam vardır:
1. Saitlərdən sonra /z/ kimi oxunulur. Məsələn:
sammeln - toplamaq,
senden - göndərmək və s.
2. Sözün əvvlində /s/ hərfindən sonra t və ya /p/ hərfi gəlirsə bu zaman /s/ hərfi /ş/ kimi oxunur. Məsələn:
Stadt - şəhər,
spenden - iyanə vermək və s.
3. /s/ hərfi /sch/birləşməsi kimi rast gəlinərsə bu zaman yenə də /ş/ kimi oxunulur. Məsələn:
Schule - məktəb,
Schüler - məktəbli və s.
4./s/ hərfi qalan bütün məqamlarda sadəcə azərbaycan dilində olan /s/ kimi oxunulur. Məsələn:
testen - testdən kecirmək, yoxlamaq, sınamaq,
fassen - tutmaq,
Tagesablauf - günün planı və s.
/ß/ hərfi /ss/ kimi oxunur. Məsələn:
heißen - adlanmaq,
beißen - dişləmək və s.
/v/ hərfinin oxunuşunda 2 məqam vardır:
1. /v/ hərfi /ver/ sözönündə həmişə /f/ kimi oxunur. Məsələn:
verbringen - vaxt keçirmək
verabreden - razılaşmaq və s.
2. Digər hallarda /v/ hərfi azərbaycan dilində olan /v/ kimi oxunur. Məsələn:
Verb - fel,
Variante - variant və s.
/w/ hərfi hər zaman azərbaycan dilində olan /v/ kimi oxunur.Məsələn:
wir - biz,
wer - kim və s.
/x/hərfi hər zaman /ks/ kimi oxunur. Məsələn:
Marx - Marks,
Text - mətn və s.
/y/hərfi əsasən alınma ingilis dilli sözlərdə və bir sıra alman sözlərində rast gəlinir və əsasən azərbaycan dilində olan /y/ kimi oxunur. Məsələn:
Yacht - yaxta
/z/ hərfi hər zaman /ts/ kimi oxunur. Məsələn:
Zimmer - otag",
Zucker - qənd, şəkər ,
tanzen - rəqs etmək və s.
/ä/ hərfi hər zaman təxminən azərbaycan dilində olan /e/ kimi oxunur. Lakin bəzən qısa, bəzən isə bir qədər uzun tələffüz edilir. Məsələn:
Ärger - acıq (burada qısa),
Universität - universitet (burada isə uzun tələffüz edilir) və s.
Hörmətli oxucular yəqin ki, Siz /ä/ hərfinin yazılışında /a/hərfinin üstündəki iki nöqtəni gördünüz. Bu iki nöqtə azərbaycan dilində də vardır. Məsələn:/ö/ və /ü/ hərflərində. Lakin azərbaycan dilində bu iki nöqtəyə ad verilməyibdir. Alman dilində isə bu iki nöqtəyə Umlaut deyilir və alman dilindən tərcümədə səsin dəyişilməsi deməkdir. Yəni Umlautdan istifadə etməklə bir səs başqa bir səsə kecir.
Azərbaycan dilində umlautdan 2 dəfə:
/ö/ və /ü/ səslərində
alman dilində isə 3 dəfə istifadə edilir:
/ä/, /ö/ və /ü/səslərində
Məsələn:
können- bilmək, bacarmaq,
üben - çalışmaq,
ändern - dəyişmək, çevirmək, və s.
DƏRS 1.1
SAİT SƏSLƏR
( die Vkale )
Biz 1-ci dərsimizdə alman dilinin əlifbasının latın qrafikası ilə olan azərbaycan dili əlifbası ilə xeyli oxşar olduğunu demişik. Amma alman və azərbaycan sait səslərinin tələffüzündə də kifayət qədər oxşarlıqla bərabər fərqli cəhətlər də vardır.
Bunun üçün ilk öncə azərbaycan və alman dillərində olan sait səslərlə tanış olaq.
Azərbaycan dili
( die aserbaidschanische Sprache )
a, o, ö, u, ü, i, e, ə
Alman dili
( die deutsche Sprache )
a, ä, o, ö, u, ü, i, e
Fikir verirsinizsə hər iki dildə sait səslərin sayı eynidir. Amma azərbaycan dilində ə, alman dilində isə ä saitlər həm yazılışına, həm də tələffüzünə görə fərglənirlər. Azərbaycan dilinin saitlər sistemini bildiyimizə görə gəlin birbaşa alman dili saitlərinin işlənmə yerinə və hərf birləşmələrinə görə tələffüz qaydaları ilə daha yaxından tanış olaq.
Yadda saxlayın ki, alman dilində saitlər uzun və qısa trələffüz edilir.
dienen - xidmət emək
sie - o (qadın), onlar
Biene - arı və s.
Galan digər hallarda saitlər qısa və ya yarımqısa tələffüz edilir.
DƏRS 1.2
SAMİT SƏSLƏR
(die Konsonanten )
Alman dilində bir çox samit səslər eynilə azərbaycan dilində olduğu kimi yazılır və oxunur. Amma bəzi samit səslərin işlənmə yerindən və səs birləşməsindən asılı olaraq tələffüz fərqlərini nəzərə alaraq ümumiyyətlə alman dili samit səslərinin 1-ci dərsdə verilmiş tələffüzü qaydalarını bir daha diqqətinizə çatdırıram.
Bu hərf və səslər işlənmə yerindən asılı olaraq azərbacan hərf və səslər sistemindən tamamilə və ya qismən fərqlənir.
C G H J Q S ß V W X Y Z
Bu hərflərin tələffüzünə xüsusilə fikir verməliyik:
/c/adətən alman sözlərində təklikdə rast gəlinməyən və oxunmayan bu hərf müxtəlif hərf birləşmələrində rast gəlinir və aşağıdakı kimi oxunur:
1. Alman sözlərində həmişə /ch/ və ya /ck/ birləşməsi şəklində rast gəlinir. /ck/ birləşməsi şəklində rast gəlinərkən sadəcə /kk/ kimi oxunur. Məsələn:
Ecke - künc,
Acker - əkin
2. Alınma sözlərdə /c/ hərfi /k/ kimi də oxuna bilir. Məsələn:
Club - Klub,
Cafe - kafe və s.
3. /ch/ birləşməsi şəklində rast gəlinərkən isə 2 formada oxunuşu mümkündür.
A) Qalın saitıərdən əvvəl və sonra gələrkən adətən /x/, məsələn:
Buch - kitab,
Woche - həftə və s.
B) İncə saitlərdən sonra rast gələndə rus dilində olan incə /xь/ kimi oxunur: dich- səni,
Rechnung- hesab və s.
4. Bəzi daha çox alınma sözlərdə isə gah /k/, məsələn:
Charakter - xarakter,
gah da /ş/ kimi oxunur. Məsələn:
Chef - şef, rəhbər və s.
/g/ hərfi hər zaman azərbaycan dilində olan /q/ səsi kimi oxunulur. Məsələn:
geben - vermək,
grün - yaşıl və s.
/h/hərfi tələffüzündə 3 məqam mövcuddur:
1. Yalnız sözlərin əvvəlində hər zaman azərbaycan dilində olduğu kimi, yəni /h/ kimi oxunulur. Məsələn:
haben - malik olmaq,
heißen - adlanmaq və s.
2. Bitişik yazılaraq bir söz əmələ gətirən iki sözün ikinci sözünün əvvəlində yenə də hər zaman azərbaycan dilində olduğu kimi, yəni /h/ kimi oxunulur. Məsələn:
wo/hin- "haraya",
wo/her -"haradan" və s.
3. Sözlərin ortasında gələrkən heç zaman oxunmur və yalnız özündən əvvəl gələn saitin uzun tələffüz edilməsini tələb edir. Məsələn:
nehmen - götürmək,
sehen - görmək" və s.
/j/ hərfi hər zaman azərbaycan dilində olan/y/ səsi kimi oxunulur. Məsələn:
ja - bəli,
jeder - hər kəs və s.
Bəzi alınma sözlərdə isə zərbaycan dilində olan/c/ səsi kimi oxunulur. Məsələn:
Jeans - cins (parca)" və s.
/q/ hərfi əsasən /qu/ birləşməsi kimi rast gəlinir və /kv/ kimi oxunulur. Məsələn:
Quadrat - kvadrat,
Quant - kvant və s.
/s/ hərfinin oxunuşunda 4 məqam vardır:
1. Saitlərdən əvvəl /z/ kimi oxunulur. Məsələn:
sammeln - toplamaq,
senden - göndərmək və s.
2. Sözün əvvlində /s/ hərfindən sonra t və ya /p/ hərfi gəlirsə bu zaman /s/ hərfi /ş/ kimi oxunur. Məsələn:
Stadt - şəhər,
spenden - iyanə vermək və s.
3. /s/ hərfi /sch/birləşməsi kimi rast gəlinərsə bu zaman yenə də /ş/ kimi oxunulur. Məsələn:
Schule - məktəb,
Schüler - məktəbli və s.
4./s/ hərfi qalan bütün məqamlarda sadəcə azərbaycan dilində olan /s/ kimi oxunulur. Məsələn:
testen - testdən kecirmək, yoxlamaq, sınamaq,
fassen - tutmaq,
Tagesablauf - günün planı və s.
/ß/ hərfi /ss/ kimi oxunur. Məsələn:
heißen - adlanmaq,
beißen - dişləmək və s.
/v/ hərfinin oxunuşunda 2 məqam vardır:
1. /v/ hərfi /ver/ sözönündə həmişə /f/ kimi oxunur. Məsələn:
verbringen - vaxt keçirmək
verabreden - razılaşmaq və s.
2. Digər hallarda /v/ hərfi azərbaycan dilində olan /v/ kimi oxunur. Məsələn:
Verb - fel,
Variante - variant və s.
/w/ hərfi hər zaman azərbaycan dilində olan /v/ kimi oxunur.Məsələn:
wir - biz,
wer - kim və s.
/x/ hərfi hər zaman /ks/ kimi oxunur. Məsələn:
Marx - Marks,
Text - mətn və s.
/y/hərfi əsasən alınma ingilis dilli sözlərdə və bir sıra alman sözlərində rast gəlinir və əsasən azərbaycan dilində olan /y/ kimi oxunur. Məsələn:
Yacht - yaxta
/z/ hərfi hər zaman /ts/ kimi oxunur. Məsələn:
Zimmer - otag",
Zucker - qənd, şəkər ,
tanzen - rəqs etmək və s.
DƏRS 1.3
DİFTONQ
(der Diphthong )
Bundan başqa alman dilində həm də 5 diftong da mövcuddur.
Diftong nədir?
Diftong iki hərfin birləşərək ikitərkibli bir səs əmələ gətirməsi hadisəsidir.
Bunlar aşağıdakılardır: /ei/, /ai/, /eu/, /äu/, /au/
/ei/ Məsələn:
mein - mənim,
dein - sənin,
sein - onun,
kein - heç bir və s.
/ai/ Məsələn:
Mai - may.
/eu/ Məsələn:
heute - bu gün,
neun - doqquz və s.
/äu/ Məsələn:
Häuser - evlər,
läuft - qaçır və s.
/au/ Məsələn:
Bau - tikinti,
kauen - çeynəmək və s.
Diqqət əlavə olaraq onu da bilmək lazımdır ki, /e/ hərfi /i/ hərfindən sonra, yəni /ie/ birləşməsi şəklində rast gələrsə bu zaman /e/ hərfi oxunmur. Məsələn: si/e/ - o (qadın), wi/e/ - necə, si/e/ben - yeddi və s.
DƏRS 1.3
DİFTONQ
(der Diphthong )
Bundan başqa alman dilində həm də 5 diftong da mövcuddur.
Diftong nədir?
Diftong iki hərfin birləşərək ikitərkibli bir səs əmələ gətirməsi hadisəsidir.
Bunlar aşağıdakılardır: /ei/, /ai/, /eu/, /äu/, /au/
/ei/
Məsələn:
mein - mənim,
dein - sənin,
sein - onun,
kein - heç bir və s.
/ai/
Məsələn:
Mai - may.
/eu/
Məsələn:
heute - bu gün,
neun - doqquz və s.
/äu/
Məsələn:
Häuser - evlər,
läuft - qaçır və s.
/au/
Məsələn:
Bau - tikinti,
kauen - çeynəmək və s.
Diqqət əlavə olaraq onu da bilmək lazımdır ki, /e/ hərfi /i/ hərfindən sonra, yəni /ie/ birləşməsi şəklində rast gələrsə bu zaman /e/ hərfi oxunmur. Məsələn: si/e/ - o (qadın), wi/e/ - necə, si/e/ben - yeddi və s.
DƏRS 2.1
ALMAN DİLİNDƏ ŞƏXS ƏVƏZLİKLƏRİ
( die Personalpronomen )
Bu dərsimizdə alman dili şəxs əvəzliklərinin öyrənilməsinə başlayırıq. Alman dili şəxs əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan və alman dili şəxs əvəzliklərinin qarşılıqlı cədvəlinə nəzər salaq.
təkdə
cəmdə
mən
ich
sən
du
o
(kişi cins)
er
o
(qadın cins)
sie
o
(orta cins)
es
biz
wir
siz
ihr
onlar
sie
Siz
(hörmət)
Sie
Alman dili şəxs əvəzliklərinin başa düşülməsində azərbaycanlılar üçün ən çətin məqam odur ki, azərbaycan dilində cins kateqoriyası yoxdur və "o" deyərkən üçüncü şəxsin təkində olan canlı və cansızlar başa düşülür. Alman dilində isə cins kateqoriyası vardır və bu kateqoriya həm canlılara, həm də cansızlara aiddir. Ona görə də üçüncü şəxsin təkində olan canlı və cansızlarla əlaqədar şəxs sonluğunu alman dilində deyərkən cədvəldə verilmiş şəxs əvəzlikləri ilə daha diqqətli olun. Bu elə də çətin deyil. Amma bunun üçün daha çətin olan şey, cansızların hansı cinsə aid olmasını əzbərləyərək yadda saxlamaqdır. Biz bunu bir qədər ismlərin sonluğu ilə bır qədər də yaddaşımızın gücü ilə öyrənə bilərik. Əgər istəyimiz daha güclü olarsa, biz bunun da öhdəsindən gələrik.
DƏRS 2.2
ALMAN DİLİNDƏ İŞARƏ ƏVƏZLİKLƏRİ
die Demonstrativpronomen
Bu dərsimizdə alman dili işarə əvəzliklərinin öyrənilməsinə başlayırıq. İşarə əvəzliklərindən istifadə edərkən həmin əvəzliklərin deyilişi mütləq barmaq və ya baş hərəkətləri ilə də müşayət edilir. Alman dili işarə əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan və alman diliışarə əvəzliklərinin qarşılıqlı cədvəlinə nəzər salaq.