Zərdüştlük dini təliminin əsasıları



Yüklə 60,83 Kb.
səhifə1/5
tarix07.01.2024
ölçüsü60,83 Kb.
#204872
  1   2   3   4   5
Multikulturalizm


Zərdüştlük dini təliminin əsasıları
Tarixi rəvayətə görə Zərdüştilik dini e.ə VII əsrin ikinci yarısı- VI əsrin əvvəllərində yaşamış Zərdüştün adı ilə bağlı olmuşdur. Üç min il əvvəl (qədim salnamələrə görə, Zərdüşt Makedoniyalı İsgəndərdən 258 il əvvəl yaşamışdır) İranın Raqa şəhərində, Zbar dağının ətəyində Duqdava çayının sahilində tikilmiş sarayda Puruşaspa adlı bir kişi yaşayırdı. Onun arvadının adı Doqdo idi. Onların Zərdüşt adlı bir oğlanları vardı. Orta əsrlərdə yaranmış “Zərdüştnamə” adlı kitabda deyilir ki, uşaqlıqda Zərdüşt yaşıdlarından heç zaman ağlamaması və daim öz gülüşü ilə evlərini ilahi nura qərq etməsi ilə seçilirmiş. Hələ uşaqlıq çağında o, öz müdrikliyi ilə seçilir və şərə qulluq edən sehrbazların onu aradan götürmək cəhdləri həmişə uğursuzluqla nəticələnir. Erkən yaşlarından ruhanilərdən dərs alan Zərdüşt on beş yaşından kamil bir din xadimi kimi həqiqət axtarışı ilə dünyanı dolaşmağa başlayır.
Otuz yaşında o artıq yeni dinin yaradıcısı kimi peyğəmbərlik səviyyəsinə yüksəlir. Öz vətənində həmfikirlər tapmayan Zərdüşt yeni təlimini yaymaqdan ötrü şərqə tərəf üz tutur. 10` səhər müqəddəs çayı keçərkən səmavi ruhlardan Bəhmən onun qarşısında nazil olur və Zərdüştü Tanrının Ahura Məzdanın (Hörmüzdün) yanına qaldırır. Dərgahda Zərdüşt ilahidən vəhy alır. Buradan cəhənnəmə düşən Zərdüşt onu öz dinindən döndərmək istəyən şər ruhu Anqramanyu (Əhrimən) ilə görüşür. Əhrimən istəyinə çata bilmir və Zərdüşt göylərdən enərək öz təlimini “Avesta” adlandırdığı müqəddəs kitabda ifadə edir. Şər ruhlar onu burada da təqib edirlər, lakin hər dəfə Zərdüşt “Avesta”dan dualar oxumaqla onları qova bilir. İlhamını göylərdən alan Zərdüşt ağ libasa bürünüb əlinə müqəddəs od və sərv ağacından əsa alaraq şah Viştaspın sarayına yollanır və onu öz dininə gətirir. Qonşu hakimlər Viştaspın ata-baba dinindən dönməsindən narazı qalaraq, onun üzərinə hücuma keçirlər. Viştasp qələbə çalır və Zərdüştün təlimi onun ölkəsində möhkəmlənir. Viştasp Baktriyada atəşgədələr tikdirir. Öz ömrünün son illərini burada yaşayan Zərdüşt ya şər sehrbazlarının, yaxudda düşmən əsgərlərinin əli ilə öldürülür.
Zərdüştilik əxlaqı xeyirxah fikri, xeyirxah sözü, xeyirxah əməli nəzərdə tutur, səxavəti, doğruculuğu, arzu və istəklərdə mötədilliyi təbliğ edir, zülm və qanunsuzluqdan çəkinməyə həmçinin də təkallahlılığa, əkinçiliyə və maldarlığa çağırır. İnsan odun, suyun və torpağın təmizliyini qorumalıdır. Yeni din- Mazdyasna (zərdüştlük) nəinki şərqdə qələbə çalır, həm də qərbdə yayılır. Bu, dünyanın ən qədim dini idi. İlk dövlət dini kimi o, sonralar yaranmış dinlərin- İudaizmin, Xristianlıqın, İslamın və Buddizmin inkişafına əhəmiyyətli təsir göstərdi. Sonradan zorla müsəlmanlaşdırılan zərdüştilər Azərbaycanı bu dinin və Zərdüştün vətəni hesab edirdilər.
Zərdüştün təlimi oturaq heyvandarlığı və əkinçiliyi müdafiə edirdi. Bu təlim təkallahlılığı irəli sürür və dünyada iki əbədi başlanğıcı – Xeyirlə Şər arasında daimi mübarizənin getdiyini təbliq edirdi. Bu təlimə görə insan ömrünün mənası Əhrimənlə mübarizədə Ahura Mazdaya kömək göstərməkdir. Son nəticədə Ahura Mazda qələbə çalmalı və şəri yer üzündən bir yolluq silməlidir. Zərdüştilik əxlaqı xeyirxah fikri, xeyirxah sözü, xeyirxah əməli nəzərdə tutur, səxavəti, doğruçulluğu, arzu və istəklərdə mötədilliyi təbliq edir, zülm və qanunsuzluqdan çəkinməyə çağırır. İnsan odun, suyun və torpağın təmizliyini qorumalıdır. Odu və torpağı meyitlərlə murdarlamaq olmaz. Buna görə də cəsədləri yüksəkliklərdəki daşlıq yerlərdə, yaxud belə yerləri xatırladan daxma (sükut qülləsi) adlı daş tikililərdə qoymaq lazımdır ki, qurd-quşa yem olsun. Sümüklər də torpağı murdarlamamaqdan ötrü xüsusi yerlərdə saxlanır.
Zərdüştlərin təlimi onların müqəddəs kitablarında, daha doğrusu, müqəddəs kitablar toplusu “Avesta”-da ifadə olunub. Zərdüşti kahinləri belə bir fikir yayırdılar ki, guya həm “Qat”lar (kitabın daha qədim qismi), həm də o biri hissələr Zərdüşt tərəfindən Ahura Məzdadan nazil olmuş ilahi vəhy kimi yazılmışdır. Bu məqsədlə çox vaxt müqəddəs kitabın mətnlərinə “Ahura Mazda Zərdüştə belə buyurdu” ifadəsi də artırılırdı.


Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin