Active Directory xidməti sazlandıqdan sonra ilk testlər və əlavələr
Müəllif: Elgüc Yusifbəyli 29/08/2012 Bölmə: Active Directory, Server Setup, Windows Server Şərh yaz
Active Directory haqqındakı məqaləmizin üçüncü hissəsində Server 2008 R2 üzərində Active Directory xidmətini sazladıqdan sonra DNS Server üzərində kiçik dəyişiklik edərək DNS Serverin sorğulara tam şəkildə cavab verməsini təmin edəcəyik. İlk öncə Domainin düzgün şəkildə xidmət verəcəyindən əmin olmaq üçün Active Directory xidməti qurulduqdan sonra əməliyyatların düzgün şəkildə tamamlanmasına nəzər salaq.
1. DNS Server üzərində yusifbeyli.com adlı yeni zona və Active Directory xidmətinə aid obyektlərin yarandığnı və Start – Run \\127.0.0.1 yazdıqda isə netlogon və sysvol qovluqlarının xidmətə hazır vəziyyətdə olduğunu görürük.
Netlogon və Sysvol qovluqlarının CMD üzərindən görmək istəsəniz net share əmrindən istifadə edə bilərsiniz
2. DNS Server üzərində Reverse Lookup Zone bölməsindən New Zone deyərək davam edirik.
3. Primary zone – Next
4. Next
5. İPv4 seçərək davam edirik
6. DNS Serverin xidmət göstərdiyi ip subnetdən adres başlığını daxil edirik.
7. Allow only secury dynamic updates seçərək davam edirik.
8. Finish düyməsilə əməliyyatları tamamlayırıq.
9. Forward Lookup Zones üzərindən yusifbeyli.com domainini açaraq Serverin adı üzərindən(qurduğumuz DC Serverin adı srv2008-dc1-dir) Properties seçirik.
10. Update associated pointer (PTR) record bölməsini seçdikdən sonra OK düyməsilə əməliyyatı tamamlayırıq. İpconfig / registerdns əmrindəndə istifadə edə bilərisiniz.
11. DNS Server üzərindən sağ düymə ilə Launch nslookup əmrini yerinə yetiririk.
12. Və xoşbəxt sonluq.
İlk testlərimizi gerçəkləşdirərək və DNS üzərində ehtiyac olan dəyişiklikləri yerinə yetirdikdən sonra Active Directory şirkətimiz üçün xidmətə hazır hala gətrildi deyə bilərik. Sizlər üçün yararlı bir məqalə olacağına inanıram. Başqa bir məqalədə görüşmək arzusu ilə.