MÜƏLLİM: Yariyeva Aynurə FAKÜLTƏ: QRUP: KURS: TƏLƏBƏ BAKI-2023 LABORATORİYA İŞİ N°1 HAVA AXININ HƏRƏKƏT SÜRƏTİNİN TƏYİNİ İŞİN MƏQSƏDİ: İş yerlərində və ya müəssisə daxilində havanın hərəkət sürətini təyin etməkdən və onun zərərli təsirindən işçi qüvvəsinin mühafizə edilməsi metoduna yiyələnməkdən ibarətdir.
NƏZƏRİ HİSSƏ: Meteoroloji şərait dedikdə iş yerlərində hava axınının hərəkət sürəti, temperaturu, nisbi nəmlik və istilik şüalanmasının intensivliyi nəzərdə tutulur.
Bu göstəricilər normal həddə uyğun olmadıqda işçilərin səhhətinə təsir göstərir və müxtəlif peşə xəstəliklərinin baş verməsinə səbəb olur. Meteoroloji şəraitin normallaşdırılması CH 245-71 üzrə aparılır ki, burada ilin fəsli, istehsalat binasının xarakteri və yerinə yetirilən işin ağırlıq dərəcəsi nəzərə alınır, (Cədvəl 1).
Hava axınının hərəkət sürətini təyin etmək üçün anemometr adlanan cihazdan istifade edilir. Anemometrlər fincanlı, qanadlı və diferensial olmaqla 3 cürdür.
Fincanlı anemometr çarpaz bərkidilmiş və şaquli ox üzərində hərəkət edən dörd ədəd yarımkürələrdən ibarətdir (şək 1). Fincanlı anemometrdən 1÷20 m/san sürətində hava axınını ölçməkdə istifadə olunur. İşçi vəziyyətdə cihazın oxu hava axını istiqamətinə perpendikulyar olmalıdır. Hava axını fincanların iç tərəflərində daha çox təzyiq yaratdığından onu fırlanmağa məcbur edir. Bu firlanma dişli çarxlara və əqrəblərə ötürülür. Əqrəblər hava axınının keçdiyi yolu, onluq, yüzlük, minlik vahidlərlə göstərir. Cihazı işə salmaq və dayandırmaq üçün yan tərəfdəki kiçik maniveldən istifadə edilir.