Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi
Qiym
ətləndirmə cədvəli
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair qiymətləndirmə cədvəlləri sətirlər və sütunlardan ibarətdir. Soldan birinci sütunda
f
ənnin qiymətləndirilən məzmununu əhatə edən sahələri verilir. İkinci sütunda fənnin məzmunu dörd tərkib hissəsinə bölünür. Bu
zaman imtahanda veril
ən test tapşırıqları vasitəsilə məzmun üzrə fakt, anlayış, prinsip (qaydalar, xassələr, qanunlar) və prosedurlar
(çevirmələr, alqoritmlər, hesablamalar) ölçüləcək.
Üçüncü, dördüncü və beşınci sütunlarda imtahan suallarının çətinlik səviyyələrini müəyyənləşdirmək üçün Blum
taksonomiyasının mərhələləri idrak səviyyələrinin yaxınlığına görə qruplaşdırılaraq ardıcıllıqla veriləcək. Bu sütunların hər bir
xanasında müvafiq fəndən testə daxil edilməsi nəzərdə tutulan tapşırıqların say aralıqları veriləcək. Həmin rəqəmlər testə daxil
edil
əcək tapşırıqların minimum və maksimum sayını göstərir. Məsələn, əgər xanadakı aralıq “1-2” kimi göstərilibsə, bu, müvafiq
sual sayının minimum 1, maksimum 2 olacağını bildirir.
Qiym
ətləndirmə cədvəlinin aşağıdakı üstünlükləri vardır:
Testin m
əzmununun validliyini (ölçülməsi əvvəlcədən nəzərdə tutulmayan məsələlər ölçülmür) təmin edir;
Qiym
ətləndirmə vasitələrini hazırlayanlar, imtahanda iştirak edənlər və digər maraqlı tərəflər üçün seçilən məzmun sahələri və
f
əaliyyət səviyyələrinin vacibliyini vurğulayır;
Qiym
ətləndirmə vasitələrini tərtib edənlərin məzmun və bacarıqlar arasında gözləməli olduqları balansı göstərir;
Müxtəlif qruplar üçün oxşar imtahanların qurula bilməsi imkanı yaranır;
C
ədvəlin sonuncu sütununda məzmun sahələrinə dair tapşırıqların sayının verilməsi tərtibetmə zamanı məzmun sahələri üzrə
balansı saxlamağa imkan verir.