Mühafizənin əsas üsullarından biri mülki müdafiənin mühafizə qurğularından istifadə



Yüklə 34,63 Kb.
səhifə1/12
tarix01.01.2022
ölçüsü34,63 Kb.
#50435
  1   2   3   4   5   6   7   8   9   ...   12
Mühafizənin


Mühafizənin  əsas  üsullarından  biri  mülki  müdafiənin  mühafizə qurğularından istifadə 

olunmasıdır. Mühafizə qurğuları əhalini nüvə, kimyəvi və  bakterioloji  silahlardan,  habelə  nüvəpartlayışları  zamanı  və  adi  qırğın vasitələri  işlədilərkən  yarana  biləcək  ikincili  (əlavə) 

zədələyici  amillərdən qorumaq üçün nəzərdə tutulan xüsusi mühəndis qurğularıdır (tikililərdir).  

Mühafizə  qurğuları  aşağıdakı  növlərə  ayrılır:  sığınacaqlar,  radiasiya əleyhinə 



daldalanacaqlar  və  sadə  daldalanaqlar.  İri  şəhərlərdə  və  vacib təsərrüfat  obyektlərində 

sığınacaqlar  hələ  sülh  dövründə  təsərrüfat  planlarına müvafiq şəkildə tikilir.  



 

 

 

10. SIĞINACAQLAR 

 

Sığınacaq  adamları  müharibə  dövründə  kütləvi  qırğın  silahlarının 

zədələyici  amillərinin  təsirindən  mühafizə  etmək  üçün  nəzərdə  tutulan 

mühafizə qurğusuna deyilir. Sığınacaqların əksəriyyəti bina ilə birlikdə tikilir. 

Bu məqsədlə, adətən, istehsalat binalarının, ictimai binaların, yaşayış evlərinin 

zirzəmi  və  yarımzirzəmilərindən  istifadə  olunur.  Sığınacağı  binadan  ayrı 

qurğu  kimi də tikmək mümkündür. Belə sığınacaqlar tamamilə və  ya qismən 

yerin  altında  olur,  onların  üstü  və  yanları  torpaqla  örtülür.  Cürbəcür  yeraltı 

keçidləri və lağımları, metro stansiyalarını, dağ-mədən  yerlərini də  sığınacaq 

kimi  uyğunlaşdırmaq  mümkündür.  Sığınacaqlar  böyük  şəhərlərdə,  əsasən 

müharibə  zamanı  işləməsi  nəzərdə  tutulmuş  təsərrüfat  obyektlərində  tikilir. 

Sığınacaqlar  əsas  və  köməkçi  otaqlara  bölünür.  Əsas  hissədə  mühafizə  üçün 

nəzərdə  tutulmuş  otaqlar,  idarəetmə  məntəqəsi  yerləşir.  Sığınacaqlarda 

qorunanlarm rahatlığı üçün lazımi şərait  yaradılmalıdır: uzanmaq üçün iki-üç 

mərtəbəli  taxtlar,  aşağıda  isə  oturacaqlar  düzəldilməlidir.  Oturacaqların  sayı 

37 


qorunanların  80%-ni,  taxtların  sayı  isə  ikimərtəbəli  variantda  20%-ni, 

üçmərtəbəli variantda 30%-ni əhatə etməlidir.  

Adamlar hava həyəcanı siqnalı veriləndə sığınacaqlara daxil olurlar. Bu 

iş son dərəcə qısa müddətdə, cəld görülməli, heç bir çaxnaşmaya, təşvişə yol 

verilməməlidir.  Hər  kəs  özü  ilə  bir  qədər  azuqə  və  su  ehtiyatı  götürməlidir. 

Mühafizə  qurğularında  daldalananlar  daxili  qaydalara  ciddi  riayət  etməli, 

xidmət manqası üzvlərinin tövsiyələrini danışıqsız yerinə yetirməlidirlər. Belə 

sığınacaq adamların orada müəyyən müddət qala bilməsini təmin etməlidir.  




Yüklə 34,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin