Mühazirə 1 İnternetin əsasları, yaranması və inkişaf tarixi



Yüklə 23,58 Kb.
tarix02.01.2022
ölçüsü23,58 Kb.
#47192
növüMühazirə
Mühazirə 1


Mühazirə 1

İnternetin əsasları, yaranması və inkişaf tarixi

Plan:


1. İnternetin yaranması

2. İlk ARPAnet və MİLnet şəbəkələri

3. İnternetin inkişaf sahələri

1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları Internetin əsasını qoydu. Bu zaman bir qrup alim kompüterlərin şəbəkələrə birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir. Şəbəkə bir tərəfdən hərbi sənaye sahəsində elmi tədqiqatlara təkan verməli, digər tərəfdən, məsələn, raket-nüvə zərbəsi endirilərkən, yaxud aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı və bu şəraitdə normal fəaliyyətini davam etdirməyə qabil şəbəkələrin qurulması metodlarının tədqiqat obyekti olmalı idi. Bu ideyalar Massaçusets Texnologiya İnstitutundan C.Liklayderin “Man-Computer Symbiosis” (İnsan-Kompüter simbiozu) (1960-cı il), “Qalaktika şəbəkəsi” (1962-ci il) və “The Computer as a Communication Device”(Kompüter əlaqə qurğusu kimi) (1968-ci il) məqalələrində öz əksini tapmışdır.

1961-ci ildə Kaliforniya Universitetinin professoru Leonard Kleynrok informasiyanın paket prinsipi ilə ötürülməsinin ilk işini (”İnformation Flow in Large Communication Nets”) çap etdirir. Bu işində o, qlobal informasiya şəbəkələrinin qurulmasının başlıca prinsipini formalaşdırır: informasiyanı müəyyən zaman müddətində, müxtəlif sayda aralıq bəndlərindən keçməklə, böyük məsafəyə göndərmək üçün verilənlər kiçik paketlərə ayrılmalı və bir-birindən asılı olmadan ötürülməli, yalnız son məntəqədə qəbul edici tərəfindən bir yerə yığılmalıdır.

ARPANET layihəsi çərçivəsində iş paketlərin kommutasiyası ilə şəbəkələrin yaradılmasına əsaslanır. Bu şəbəkə növündə informasiya (məsələn xəbər) böyük olmayan paketlərə bölünür, həmin paketlər təyin olunmuş yerə çatana qədər səmərəli marşrut seçərək bir-birindən asılı olmayaraq müxtəlif şəbəkələrdə yerini dəyişir. Sonda bütün paketlər final nöqtəsinə çataraq yenidən birləşərək ilkin formanı alır. Bütün kompüterlərin eyni hüquqlu olması informasiyanın konkret bir kompüterdən asılılığını aradan qaldırır. Bu texnologiya hətta müharibə vaxtı belə kommunikasıyaların işinin kəsilməsinə təminat verirdi. Əgər kommunikasiya xəttinin bir hissəsi sıradan çıxarsa, böyük olmayan paketlər digər işləyən xətlərə ötürülə bilər.

ARPANET sistemi uzaq məsafədə olan kompüter mərkəzləri ilə əlaqələri yaradırdı. Bu sistem elektron poçtunun göndərilməsi və informasiya mübadiləsi üçün istifadə olunurdu. Sistem inkişaf edərək, 1983-cü ildə iki şəbəkəyə, ARPANET və MİLNET şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər, ARPANET şəbəkəsi isə elmi tədqiqatlar məqsədi üçün nəzərdə tutulurdu. İki şəbəkə arasında informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə Internet adı ilə tanınır.

1980-ci ildə yeni şəbəkələr meydana gəldi. Məsələn, BITNET (Because It’s Time Network), CSNET (Computer Science Network) şəbəkəsi hesablama texnikası və proqramlaşdırma üzrə tədqiqatçıları birləşdirirdi. Sonralar bu şəbəkələr Internetə daxil oldu. İnternet qlobal şəbəkədə birləşmiş milyonlarala kompüterləri, proqramları, verilənlər bazalarını, fayl və insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir.

Yeni informasiya texnoloqiyalarmın intensiv inkişafı və geniş tətbiqi insanların illər ərzində yaratdığı və topladığı ənənəvi informasiya resurslarını elektron formaya çevirməyə və informasiya resurslarının yeni - elektron – növünü yaratmağa imkan verdi. Yeni keyfiyyətə malik olan elektron informasiya resurslarının toplanması, saxlanması, axtarışı və əldə edilməsi daha rahat və əlverişli olduğundan, onlar daha geniş yayılır və istifadə edilir. Hazırda İNTERNET texnoloqiyalarmdan şəbəkə mühitində işləməsi nəzərdə tutulan həm ixtisaslaşdırılmış, həm də ümumi təyinatlı informasiya sistemlərinin qurulmasında geniş istifadə olunur. Strukturuna görə İNTERNET müxtəlif tipli elektroninformasiya resurslarım özündə toplayan və onlara müraciət üçün sadə interfeysə malik olan nəhəng, lakin kifayət qədər çevik informasiya – kompüter şəbəkəsidir.

Son illər ərzində İNTERNET şəbəkəsi əsasında istifadəçilərə müxtəlif informasiya xidmətləri göstərən çoxlu sayda informasiya sistemlərinin serverləri qurulmuş və fəaliyyət göstərirlər. İNTERNET mühitində işləyən informasiya-axtarış sistemini (İAS) lokal və şəbəkə mühitlərində fəaliyyət göstərən İAS-dan fərqləndirən bir sıra xüsusiyyətlər mövcüddür. Onlardan biri də INTERNET-də informasiya resurslarının elektron variantında olmasıdır. INTERNET-in informasiya resurslarının əsas növləri aşağıdakılardır:

- elektron rtaşr/ar-periodik elektron jurnalları, qəzetlər, xülasələr,

bülletenlər, kitablar, konfrans materialları və s.

- elektron kitabxanalar - ənənəvi kitabxanaların, kataloqların və s. elektron

variantları;

- INTERNET-in informasiya massivləri - WEB sənədləri, FTP arxivləri, Gopher-in,

Usenet-in resursları.

- xüsusi təyinatlı informasiya resurslart-xüsusi məqsədlər üçün INTERNET-də yerləşdirilən məlumatlar, hesabatlar, elmi tədqiqatların nəticələri, nəşr edilməsi üçün məqalələr, müxtəlif sənədlər və s. internetdə informasiya serverlərdə saxlanılır. Serverlərin öz ünvanlan olur və onlar xüsusibşdirilmiş proqramlar vasitəsilə idarə olunurlar. Onların köməyilə poçtu və faylları göndərmək, verilənlər bazasında informasiya axtarışını aparmaq və s. həyata keçirmək mümkündür. Serverlər arasında informasiya mübadiləsi yüksək sürətli rabitə kanalları ilə həyata keçirilir. Ayrıayrı istifadəçilərin Internet-in informasiya resurslarına daxil olması adətən telefon şəbəkəsi ilə provayderiər və ya korporativ şəbəkələr vasitəsilə həyata keçirilir. Provaydcr kimi kliyentlərlə əlaqə saxlaya bilən və Ümumdünya şəbəkəsinə çıxışı olan hər hansı bir təşkilat iştirak edə bilər.

İnternet prinsipi üzrə təşkil edilmiş korporativ şəbəkələrə "intranet" deyilir. Şəkil -də Internet şəbəkəsinin sadələşdirilmiş arxitekturası verilmişdir. Burada yerləşdirilmiş proqram təminatı vasitəsilə şlüzdən keçən bütün məlumatlar emal olunur. Hər bir şlüzün öz IP (Internet Protocol) ünvanı olur.



İNTERNET şəbəkəsinin arxitekturası



Verilənlərin ötürülməsinin yüksək sürətli magistralı kimi xüsusi ayrılmış telefon xətləri, optik liflər və peyk rabitə kanalından istifadə oluna bilər. Internetə qoşulmaq istəyən təşkilat xüsusi kompüterdən istifadə edir ki, buna şlüz (gateway) deyilir. Əgər şlüzün qoşulduğu lokal şəbəkəyə ünvanlaşdırlmış məlumat daxil olubsa, həmin məlumat bu lokal şəbəkəyə ötürülmüş olacaq. Əgər məlumat digər bir şəbəkəyə aid olarsa, o zaman həmin məlumat növbəti şlüzə ötürüləcək. Hər bir şlüz bütün yerdə qalan şlüz və şəbəkələr haqqında müfəssəl informasiyaya malik olur. Hər bir məlumat lokal şəbəkədən şlüz vasitəsilə Inretnet-ə ötürülürsə, bu halda əlverişli yol seçilir. Şlüzlar protokol vasitəsilə bir-birilə marşrutlar və şəbəkənin vəziyyəti haqqında informasiya mübadiləsini aparırlar.
Yüklə 23,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin