Mühazirə №1 Mövzu: Leksikologiya. Dilin lüğəvi vahidləri Plan



Yüklə 22,33 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü22,33 Kb.
#36025
növüMühazirə
  1   2   3   4   5
MAD N1


Mühazirə №1

Mövzu:Leksikologiya.Dilin lüğəvi vahidləri

Plan:

1.1.Azərbaycan dilinin leksikası.Leksika anlayışı;

1.2.Dilin lüğət tərkibi haqqında anlayış;

1.3.Dilin lüğəvi vahidləri;

1.4.Söz leksikanın əsas vahidi kimi;

1.5.Sözün daxili və zahiri cəhəti.



1.1.Azərbaycan dilinin leksikası.Leksika anlayışı

Dildə olan bütün sözlərin məcmusuna leksika (leksikos sözündən olub “sözlər” deməkdir) deyilir.Leksikaya tək-tək müstəqil sözlər daxildir.Bu sözlərin və bunların aid olduğu ayrı-ayrı söz qruplarının özlərinə məxsus xarakterik əlamətləri vardır.

Dilin leksik sistemi leksikologiyada öyrənilir.Leksikologiyanın tədqiq obyekti sözlərdir.Söz dilçilik elminin başqa şöbələrində də tədqiq olunur.Lakin dilçiliyin digər şöbələrindən fərqli olaraq ,burada söz təklikdə tədqiq olunur və onun mahiyyəti ,təbiəti və s.cəhətləri öyrənilir.

Leksikolofiyada hər bir söz dilin lüğəvi vahidi kimi aşağıdakı cəhətdən tədqiq olunur:

1) dilin leksik sistemində sözün mövqeyi,mahiyyəti aydınlaşdırılır;

2) sözlər mənşəyinə görə izah olunur;

3) söz qrupları,sözün istifadə edilmə dairəsi və üslubi xüsusiyyətləri aydınlaşdırılır.

Bundan əlavə,leksikologiyada leksik tərkibin həcmi və bunun inkişaf prosesinin tarixi də müəyyənləşdirilir.



Dilin leksik sistemi müxtəlif cəhətdən tədqiq edildiyi,öyrənildiyi üçün leksikologiyanın bir neçə növü meydana çıxmışdır.

Tarixi leksikologiya . Dilin leksik tərkibinin təşəkkülü,formalaşması,onun dəyişməsi və inkişafını tarixilik baxımından öyrənən leksikologiya tarixi leksikologiya adlanır.

Leksika tarixi cəhətdən tədqiq olunarkən dilin inkişaf mərhələləri,dövrləri nəzərə alınır,dildə bu və ya digər sözün yaranması və onun taleyi,istifadədən qalması səbəbləri izah olunur.



Müqayisəli leksikologiya.Dildəki ayrı-ayrı leksik vahidlərimüqayisəli şəkildə öyrənən leksikologiya müqayisəli leksikologiya adlanır.Müqayisəli leksikologiyada ,əsasən,qohum dillərin leksik tərkibi müqayisə edilir.Müqayisəli leksikologiya dillərin qohumluğunu ,bunların bir mənbədən törədiklərini müəyyənləşdirməyə kömək edir.

Təsviri leksikologiya.Dilin leksik sisteminin müasir inkişaf səviyyəsi təsvir olunan leksikologiyaya təsviri leksikologiya deyilir.Təsvir ileksikologiya tarixilikdən təcrid olunmur.Burada bu və ya digər leksik ünsür tədqiq edilərkən tarixi faktlara da müraciət olunur.Müasir Azərbaycan dili təsviri leksikologiyanın əsas vəzifəsi dilimizin hazırki inkişaf səviyyəsini geniş və dəqiq təsvir etməkdən ibarətdir.


Yüklə 22,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin