Yük (ing. dil. cargo) – nəql edilmə üçün yük göndərəndən alındığı andan yük alana təhvil verilmə anına qədər maddi dəyərlər və əmtəələrdir. Yük nəqliyyatda əmək predmetidir. İstənilən yük nəqliyyat vasitəsi ilə daşınma üçün qəbul edilmiş müəyyən məhsul, həmçinin də fiziki və ya hüquqi şəxslərin müxtəlif əmlakıdır.
Çox böyük çeşiddə (beş mindən çox adda) yüklərlə səmərəli işləmək üçün yüklərin təsnifatını bilmək lazımdır. Nəqliyyat logistik sistemin maraqları baxımından yüklər nəqliyyat növlərindən asılı olaraq müxtəlif qruplara bölünür.