MÜHAZİRƏ 4
Əmək mühafizəsi üzrə işlərin təşkili
Plan
Əmək mühafızəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi
Əmək mühafizəsinin öyrədilməsi və təlimatların növləri
Əmək mühafizəsi norma və qaydalarına dövlət nəzarəti
Əmək mühafizəsinə ictimai nəzarət
Əmək mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər
Əməyin mühafizəsi tədbirlərinin planlaşdırılması
Müəssisələrdə sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi Əmək Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulmuşdur.
Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafızəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir.
əmək şəraitinin və istehsalat proseslərinin səmərələşdirilməsinin perspektiv
planı.
təhlükəsizlik texnikası və istehsalat sanitariyasının səmərələşdirilməsinin illik planı.
sanitariya-sağlamlıq tədbirlərinin kompleks planı.
Əmək şəraitinin yaxşılaşdırılması sahəsində əməyin mühafizəsi üzrə illik tədbirlər planı əsasən üç bölmədən ibarət olur:
Bədbəxt hadisələrə qarşı tədbirlər;
İstehsalat xəstələnmələrinə qarşı tədbirlər;
Əmək şəraitinin yaxşılaşdırılması üzrə ümumi tədbirlər;
Əmək mühafizəsi sahəsində işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədilə nəzərdə tutulan tədbirləri düzgün və vaxtında həyata keçirmək üçün pul vəsaiti olmalıdır.
Dostları ilə paylaş: |