Mövzu döVLƏt qulluğunu idarəetmə orqanlari



Yüklə 40,43 Kb.
səhifə1/6
tarix02.03.2023
ölçüsü40,43 Kb.
#86177
  1   2   3   4   5   6
dövlet 2


MÖVZU 2. DÖVLƏT QULLUĞUNU IDARƏETMƏ ORQANLARI

1. Dövlət qulluğunu idarəetmə orqanlarının anlayışı.


2.Dövlət qulluğunu idarəetmə orqanlarının səlahiyyətləri.
3.Dövlət qulluğu orqanlarının “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqinə nəzarəti.
4.Azərbaycan Respublikasının Dövlət Qul­luğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin tərkibi.
5. Azərbaycan Respublikasının Dövlət Qul­luğunu İdarəetmə Şurasının üzvlərinin say tərkibi.
6. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının əsas funksiyaları

“Dövlət qulluğunda çalışmaq o deməkdir ki,həmin vətəndaşa müstəqil, demokratik dövlət vəvətəndaş cəmiyyəti qutuculuğunun” ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki,dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır.Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 


1. Dövlət qulluğunu idarəetmə orqanlarının anlayışı.
Dövlət Qulluğu haqqında AR Qanunun 5-ci maddəsində göstərilən «Dövlət qulluğunun idarəetmə orqanı» öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirir. Bu şuranın dövlət səlahiyyəti, idarəetmə obyektinə birbaşa iradi təsir mexanizmi olmadığından «idarəetmə orqanı» kimi yox, məşvərətçi orqan kimi baxılması düzgün olardı. Ukrayna Respublikasının «Dövlət qulluğu haqqında» Qanununda dövlət qulluğu sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin realizəsinin üsulu, vasitə və formasını müəyyən etmək, dövlət qulluğunun effektivliyini artırmaq məqsədilə dövlət orqanlarının bütün gücünü birləşdirən məşvərətçi orqan kimi yaradılan qurum «Dövlət qulluğu məsələləri üzrə Koordinasiya şurası adlandırılır»
Başqa ölkələrin qanunvericiliyində bu pozuntuya görə ciddi məsuliyyət nəzərdə tutulur. Məsələn, Qazaxıstan respublikasında «Dövlət qulluğu işləri üzrə müvəkkil» vəzifəli şəxsin qanun­vericilikdə nəzərdə tutulmayan müsabiqədən keçməyən dövlət qulluğu vəzifəsinə vətəndaşları qəbul etməsini məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Böyük Britaniyada mülkü qulluq işləri üzrə komissiyanın razılığı olmadan ştata vətəndaşın götürülməsi qanunvericilikdə qadağan edilir.
MDB dövlətlərində və xarici ölkələrində dövlət qulluğu məsələlərini koordinasiya və idarə edilməsini həyata keçirmək üçün geniş şaxələnmiş çoxsaylı orqanlar sistemi yaradılır. Ukrayna Respublikasında dövlət qulluğu məsələləri üzrə koordinasiya şurası, vahid dövlət siyasətinin aparılması və dövlət qulluğunun funksional idarə edilməsi üçün Nazirlər Kabineti yanında dövəlt qulluğunun Baş idarəsi; Rusiya Federasiyası Prezident yanında dövlət qullugu məsələləri üzrə Şura, RF Prezidentinin dövlət qulluğu məsələləri üzrə idarəsi; Qazaxıstan Respublikası Prezidentinə bilavasitə tabeliyində olan «Dövlət qulluğu işləri üzrə müvəkkil», Qırğızıstan Respublikasında Dövlət qulluğu məsələləri üzrə Agentlik və dövlət qulluğu üzrə Şura fəaliyyət göstərir.
Kontinental hüquq sistemli ölkələrin ictimai qulluğun ixtisaslaşmış idarəetmə orqanları icra hakimiyyəti sisteminə daxil olmaqla bir qayda olaraq hökumətin tabeliyində olur. İngilis-sakson sistemli ölkələrdə ictimai qulluğa rəhbərliyi formal olaraq icra hakimiyyətindən asılı olmayan parlamentə tabe olan orqanlar iştirak edirlər. Bu ölkələrdə mülkü qulluğu idarə olunmasında əsas rolu parlamentin yaratdığı və onun qarşısında məsuliyyət daşıyan orqan - Mülki qulluq işləri üzrə Komissiya həyata keçirir. Böyük Britaniyada dövlət qulluğu sisteminin başında Baş nazir durur, o eyni zamanda, 1968-ci ildə yaradılmış Mülki qulluq işləri üzrə nazir vəzifəsini yerinə yetirir. 1855-ci ildən fəaliyyətdə olan Mülki qulluq işləri üzrə Komissiya Nazirliyinin tərkibinə transformasiya olunmuş və onun struktur bölməsi kimi fəaliyyət göstərir. Ayrı-ayrı nazirliklərdə mülkü qulluğa nazirliyin daimi katibi rəhbərlik edir.
Son onilliklərdə mülki qulluğun idarəedilmə mexanizmi dəyişilmiş, uzun müddət fəaliyyət göstərən dövlət qulluğu işləri üzrə Komissiya başqa orqanlarla əvəz edilir. ABŞ-da 1883-cü ildə yaradılmış Mülki qulluq üzrə Komissiyanın funksiyası 1978-ci ildə bir neçə orqan: Prezidentin tabeliyində olan personalın idarəetmə Bürosu (Office of Personal Management), müstəqil kvazi məhkəmə agentliyi hesab olunan ləyaqət sisteminin mühafizəsi üzrə idarə (Men sistems Profektion Board) və müstəqil tədqiqat aparan və ittiham təqdim edən xüsusi müşavirin idarəsi (Office of special counsel) arasında bölünmüşdür (239, s.88-89).
Fransada Respublika administrasiya və dövlət qulluğunun Baş idarəsi, Almaniya Fedtral Respublikasında kadr işləri üzrə Palata, Çin Xalq Respublikasında Dövlət Şurasının Kadrlar Nazirliyi, Yaponiyada Nazirlər Kabineti yanında personal üzrə Palata fəaliyyət göstərir.
Azərbaycan Respublikasında xarici ölkələrin bu təcrübəsi düşünülmüş şəkildə, Azərbaycan cəmiyyətinin xüsusiyyətinə uyğun inteqrasiya prosesi gedir. Bunun üçün dövlət qulluğu sahəsində kadr siyasətinin həyata keçirilmə mexanizminin yaradılmasına xüsusi diqqət yetirilir. Kadr siyasətinin həyata keçirilmə mexanizmi kadr siyasəti konsepsiyasını, kadr işinin qanunvericilik bazasına, proseslərinə, metodlarına, üsullarına, metodologiyasına, texnologiyasına və formalaşmasına və kadr təminatına istiqamətləndirilmiş kadr fəaliyyət sistemi kimi baxılır.
Bu orqan dövlət qulluğu haqqında qanunvericiliyin düzgün tətbiq olunmasına nəzarət edir; dövlət qulluğunun normativ-metodiki qaydalarına əməl olunmasını təmin edir; eləcə də dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən edir. Azərbaycan Respublikasında dövlət qulluğunu idarəetmə orqanı Dövlət Qulluğunu İdarəetmə Şurasıdır. Tərkibi, səlahiyyətləri və fəaliyyətinə dair ümumi qaydalar dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.
Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanıb ümumxalq səsverməsi ilə qəbul edilmiş yeni Konstitusiyadan sonra respublikanın, demək olar ki, bütün normativ- hüquqi aktları yenidən qəbul edilmişdir. Bunlardan biri də 2000-ci il 21 iyul tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Dövlət qulluğu haqqında" qanundur.
Dövlət Qulluğu haqqında AR Qanunun 5-ci maddəsində göstərirlir ki,
Dövlət idarəetməsi bazar mexanizmlərinin səmərəsiz və məqsədəuyğun ol-madığı hallarda sosial, iqtisadi, ekoloji və digər sahələrin tənzimlənməsini, dövlət-çiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq aləmdə mövqelərinin güclənmə-sini təmin etməlidir. Dövlət idarəçiliyini ümumi idarəetmənin digər formalarından fərqləndirən başlıca xüsusiyyətlər aşağıdakılardır:
Onun hakimiyyətin gücünə əsaslanması
Bütün cəmiyyətə şamil edilməsi
Sistemli xarakter daşıması
Bu sistemə milyonlarla insanlar, dövlətin müxtəlif orqanlarında və digər strukturlarında çalışan çoxsaylı vəzifəli şəxslər, eyni ilə icraçılar, yəni bu funksiyanı daşıyan dövlət qulluqçuları da daxildir. Dövlət idarəçiliyində maddi, maliyyə, intellektual, geniş informasiya və s. ehtiyatlardan istifadə olunur.



Yüklə 40,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin