Mühazirə 5 Elektrostatikanıın əsas anlayışları və qanunları. Elektrik yükü və onun saxlanması qanunu. Kulon qanunu. Elektrostatistik sahənin intensivliyi. İntensivlik vektorunun seli. Qauss teoremi və onun tətbiqləri. Elektrostatistik sahədə iş. Elektrik sahəsində yükün potensial enerjisi və potensialı. Elektrik sahəsinin intensivliyi ilə potensialı arasında əlaqə.
1. Elektrik yükü nədir? Elektrik yükü - elektromaqnit qarşılıqlı təsirində olan cisimlərin xassələrini xarakterizə edən, bu qarşılıqlı təsir zamanı qüvvə və enerjinin qiymətini müəyyən edən fiziki kəmiyyətdir.
c) elektrik yükü relyativist invariant kəmiyyətdir, yəni onun qiyməti hesablama sisteminin seçilməsindən asılı deyildir.
3. Elektrik yükünün saxlanması qanunu necədir? İstənilən izolə edilmiş sistemin elektrik yüklərinin cəbri cəmi, bu sistemin daxilində hansı prosesin getməsindən asılı olmayaraq sabit kəmiyyətdir.
4. Kulon qanunu necə ifadə olunur? Vakuumda yerləşdirilmiş sükunətdəki iki nöqtəvi yükün ( və ) qarşılıqlı təsir qüvvəsi yüklərin miqdarı ilə düz, onların aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olub yüklərin mərkəzlərini birləşdirən düz xətt boyunca yönəlmişdir.
(5.3)
Burada, k - mütənasiblik əmsalı olub, BS - də