MühaziRƏ 5 İstehsalat zədələnmələri və peşə xəstəlikləri plan



Yüklə 52,61 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü52,61 Kb.
#1877
1   2   3   4   5   6
Psixofizioloji təhlil üsulunda zədələnmələrin fizioloji, psixoloji və sosial səbəbləri birlikdə öyrənilir. Bu üsulun tətbiqi üçün “istehsalat zədələnmələrinin xüsusi təhqiqat və təhlil xəritəsi” tərtib edilir. Xəritənin doldurulmasında təhlükəsizlik texnikası mühəndisi, iş rəhbəri, hadisənin şahidləri, fızioloq və ya psixoloq, tibb işçiləri iştirak edir.
Zədələnmə və peşə xəstəliklərinin maddi nəticələri

İnsanın işləmə qabiliyyəti istehsalatın əçək şəraitindən bilavasitə asılıdır. Əmək şəraitinin qeyri-normal vəziyyəti texnoloji proses rejiminin pozulmasına, əmək məhsuldarlığı və hazır məhsulun keyfiyyətinin azalmasına, istehsalat xəstələnmələri və travmatizmin artmasına, habelə, vəsait itkilərinin əmələ gəlməsinə səbəb olur. Bunların nəticəsində müəssisəyə böyük məbləğdə iqtisadi ziyan dəyir.

Pis əmək şəraitinin nəticəsində yaranan xəstəlik və travmatizmlə əlaqədar əmələ gələn itkilərin təhlil və hesabatından sonra əldə edilən nəticələri nəzərə almaqla əmək mühafizəsi sahəsində tədbirlər planı hazırlanır. Bundan sonra işlənmiş tədbirlərin tətbiq edilməsi sahəsində lazımi işlər aparılır. Əmək mühafizəsi üzrə tədbirlərin tətbiqi nəticəsində hər bir işçinin orta illik məhsuldarlığı artır, sosial sığortalanmaya çəkilən xərclərə qənaət olunur və əmək itkisi azalır.

İstehsalat xəstələnmələri və zədələnmələri ilə əlaqədar müəssisəyə dəyən ümumi itkinin cəmi aşağıdakı kimi tapılır:

burada - istehsalat xəstələnmə və zərərçəkmələrindən əmələ gələn itkilərin ümumi cəmi, man.



- travmalarla əlaqədar itkilərin cəmi, man.

- xəstəliklərlə əlaqədar itkilərin cəmi: man.

Hər bir zərərçəkmələrin nəticəsində yaranan itkilərin tam cəmi C - aşağıdakı düsturla hesablanır.

burada


C1 - ambulatoriya müalicəsinin qiyməti, man;

C2 - kliniki müalicənin qiyməti, man;

C3 - müalicə dövründə verilmiş əmək haqqı, man;

C4 - bülletenlə alınan puldan tutulmayan verginin, miqdarı.

C5 - bülletenlə işçiyə verilən pul, man;

C6 - bədbəxt hadisənin tədqiq edilməsi xərci, man;

C7 - hadisə nəticəsində xarab olmuş avadanlığın qiyməti və ya onun təmirinə çəkilən xərc, man;

C8 - travma (zərərçəkmə) nəticəsində alınmayan məhsulun ümumi dəyəri, man.

C9 – müalicədən qayıdan zərərçəkmiş şəxsin müvəqqəti yüngül işə keçirilməsi ilə əlaqədar müəssisəyə dəyən ziyandır, man.

İş şəraitinin pisliyi nəticəsində baş vermiş zədələnmələrdən və xəstələnmələrdən əmələ gələn itgilərin hesabatı aparılır, nəticəsi analiz edildikdən sonra bu analizin nəticəsi nəzərə alınmaqla əmək mühafizəsi üzrə tədbirlər planı işiənib hazırlanır.

Bundan sonra işlənib-hazırlanmış tədbirlər həyata keçirilir, nəhayət ən azı bir il yeni həm yaxşılaşdırılmış, həm də təhlükəsizləşdirilmiş iş şəraitində işlədikdən sonra əmək mühafızəsi üzrə tədbirlərin iqtisadi səınərəliliyinin hesabatı aparılır.

Ümumi qənaət Q aşağıdakı düsturla təyin ediür.



, man

burada - tədbirlərdən əvvəl travma və xəstələnmələrdən baş verən itki, man.



- əmək mühafızəsi tədbirləri həyata keçirildikdən sonra travma və xəstələnmələr nəticəsində itkilər; man.

Təhlükəsiz iş şəraitinin tətbiqinin səmərəliliyinin hesabatının nəticələri və travmatizmin, xəstələnmələrin iqtisadi nəticələri hər il mütəxəssislərlə müzakirə olunmalı, nəticədə buraxılan nöqsanlar aradan qaldırılmalı və gələcəkdə əmək mühafızəsi tədbirlərini daha səmərəli planlaşdırmağa zəmin yaradılmalıdır.



Əmək mühafizəsi tədbirlərinin tətbiqi hər işçiyə düşən orta illik məhsul istehsalını artırmaqla bərabər, maddi təminat xərclərinə qənaət edilməsinə və əmək itkilərinin azaldılmasına səbəb olur.



Kataloq: files -> 292871
292871 -> Qaydalari. Plan Mexaniki zədələnmələrdə ilk yardım. Sümük sınması zamanı ilk yardım. Donma zamanı ilk yardım
292871 -> Standartların kateqoriya və növləri Plan Standartların kateqoriyaları. Standartlara olan tələblər
292871 -> Mühazirə 10 Laboratoriyalarda və tədris kabinetlərində məşğələ zamanı əmək təhlükəsizliyi Plan
292871 -> Ütf və texnologiya kafedrasi fəNN: ƏMƏk mühafiZƏSİ VƏ TƏHLÜKƏSİZLİYİ
292871 -> MühaziRƏ 11 ŞÜalanmalardan mühafiZƏ MƏSƏLƏLƏRİ p L a n
292871 -> MühaziRƏ 12 elektrik təHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİ Plan
292871 -> Mühazirə 6 İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti Plan
292871 -> MÜhaziRƏ 14 yanma və maddəLƏRİn yanğin təHLÜKƏLİ xassəLƏRİ
292871 -> MÜhazirə 2 Əmək mühafizəsinin nəzəri əsasları. İnsanın psixoloji vəziyyəti, əməyin təhlükəsizliyinə təsir edən amillər Plan
292871 -> MÜhazirə 8 SƏs- küy və TİTRƏYİŞLƏRDƏn mühafiZƏ MƏSƏLƏLƏRİ Plan

Yüklə 52,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə