Mühazirə 6 İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti Plan



Yüklə 1,44 Mb.
səhifə1/9
tarix30.01.2020
ölçüsü1,44 Mb.
#30343
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9
Muhazir-6-5

Mühazirə 6
İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti
Plan
1. Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış

2. İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi

3. Meteoroloji şərait və onun normallaşdırılması

4. İstehsalat tozu və onun zərərli təsirindən mühafizə üsulları

5. İşçilərin kollektiv və fərdi mühafizə vasitələri

Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış

Əmək gigiyenası əmək prosesinin və istehsalat mühitinin insanın işgüzarlığına və sağlamlığına təsirini öyrənən elmdir.

Əmək qiqiyenasının əsas məqsədi zəhmətkeşlərin sağlamlığının təmin olunmasına və onlar üçün ən əlverişli əmək şəraiti yaradılmasına yönəldilmiş sanitariya-gigiyena və müalicə-profilaktika tədbirlərini hazırlamaqdan ibarətdir.

Əməyin gigiyenası əməyin təşkilini, istirahəti onun forma və üsullarını, əmək fəaliyyəti prosesində orqanizmin vəziyyətini, işçinin hərəkətlərinin xarakterini və xüsusiyyətini, iş vaxtı insan bədəninin vəziyyətini, əmək alətləri və vasitələrinin, işlədilən xammalın, prosesin texnologiyasının, istehsalat mühitinin fiziki, kimyəvi və bioloji amillərinin, əmək proseslərinin və mühitin müxtəlif şəraitinin işçiyə fizioloji təsirini öyrənir.

Əmək gigiyenası sahəsində aparılan tədqiqatlar nətiçəsində istehsalat prosesləri və avadanlığının layihələrinə verilən gigiyenik tələblər, gigiyenik norma və qaydalar, şəxsi gigiyena tədbirləri, əmək və istirahətin səmərəli təşkili üzrə təkliflər hazirlanib həyata keçirilir.

İstehsalat sanitariyası işçilərə zərərli istehsalat amillərinin təsirinin qarşısını alan təşkilatı, gigiyenik və sanitariya-texniki tədbirlər sistemidir. Istehsalat sanitariyası aşağıdakı məsələləri həll edir.


  1. İstehsalat mühitinin müxtəlif amillərinin optimal nisbətlərinin təyin edilməsi.

  2. Hər bir zərərli istehsalat amili ücün buraxıla bilən normaların təyin edilməsi, onların qanuniləşdirilməsi və düzgün tətbiqinə müntəzam nəzarət olunması.

  3. Həm işçinin özü, həm də ətrafdakılar üçün işin təhlükəsiz aparılmasının təmin edilməsi.

  4. Elm və texnikanın müasir nailiyyətləri əsasında əməyin sağlamlaşdırılması üçün konkret tədbirlərin tərtib edilməsi.

  5. İşləyənləri istehsalatın əlverişsiz amillərindən qorumaq üçün texniki vasitələrin tətbiqi və onların təsirini azaltmaq üçün təşkilati-profiliktik tədbirlərin görülməsi.

  6. Əmək şəraitinin sağlamlaşdırılması üçün planlaşdırılan və görülən tədbirlərin səmərəliliyinin təyini üsullarının işlənib hazırlanması.

İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi

İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi işsinin sağlamlığına, təhlükəsizliyinə və onun əmək məhsuldarlığına mühüm təsir göstərir.

İstehsalat havasının meteoroloji şəraiti temperatur, nisbi nəmlik, havanın hərəkət sürəti və təzyiqi, həmçinin qızdırılmış avadanlıq, emal edilmiş material və məmulatların istilik şüalanması ilə xarakterizə edilir. Bu parametrlər geniş hüdudlarda dəyişə bilər. Lakin onların elə uyğunluqları da vardır ki, bu zaman optimal mikroiqlim şəraiti yaranır. Bu həmin parametrlərin elə uyğunluğudur ki, bu zaman orqanizmin normal funksional və istilik vəziyyəti asanlıqla, termotənzimləmə qabiliyyəti gərginləşmədən təmin olunur, istilik rahatlığı hissiyatı və yüksək işgüzarlıq vəziyyəti üçün zəmin yaranır.

Termotənzimləmə insan orqanizminin xarici mühitlə istilik mübadiləsini tənzimləmə qabiliyyətidir. Bununla da orqanizm mühitin şəraitindən və işin ağırlığından asılı olmayaraq bədənin temperaturunu sabit (+36,6 0 C) səviyyədə saxlayır.İnsan orqanizmində həyat fəaliyyəti nəticəsində əmələ gələn istilik ətraf mühitə üç yolla – konveksiya, şüalanma, buxarlanma ilə ötürülür. Məsələn, ətraf mühitin temperaturu 200 C olduqda orqanizmin istilik verimi konveksiya ilə 31%, şüalanma ilə 43,7% və buxarlanma ilə 21,7% təşkil edir. Qalan istilik isə qəbul edilən qidanın, havanın qızdırılmasına və s. sərf olunur. Havanın temperaturu artdıqda tərin buxarlanması ilə istilik ötürülməsi də artır. 33…350 C-dən başlayaraq istilik verimi yalnız bu yolla gedir. Güclü tərləmə zamanı orqanizmidən su ilə birlikdə, C və B vitaminləri kənar olunur ki, bu da qanun laxtalanmasına, qanda şəkər və kalsiumun miqdarının artmasına, mədə şirəsinin turşuluğunun azalmasına və s. pozğunluqlara səbəb olur.Ətraf mühitin temperaturunun artması orqanizmdən istilik ayrılmasını çətinləşdirir, nəticədə bədənin temperaturu artır, ürək döyüntüsü başlayır, tərləmə güclənir, diqqət zəifləyir, hərəkətlərin əlaqəliyi pozulur, görmə və eşitmə qabiliyyəti zəifləyir.



Ətraf mühitin temperaturunun aşağı düşməsi də orqanizm üçün zərərlidir, çünki bu zaman bədən həddən artıq soyuyur, qan dövranı pozulur, qanın immunobioloji xassələri zəifləyir, nəfəs yolları xəstələnir, yel zökəm və digər soyuqdəymə xəstəlikləri yaranır. Deməli, havanın yüksək və alçaq temperaturları insan orqanizminin termotənzimləmə aparatının xeyli gərginləşməsinə səbəb olur. Bu isə əmək məhsuldarlığını azaltmaqla bərabər xəstələnmə və zədələnmə imkanlarını artırır.

Orqanizmin istiliyi tənzimləmə qabiliyyətinə havanın nəmliyi, hərəkət sürəti də böyük təsir göstərir. Belə ki, yüksək nisbi nəmlikdə (85%), yüksək temperaturlarda istilik verimi çətinləşir, alçaq temperaturlarda isə güclənir və bədən həddən artıq soyuyur. Aşağı nisbi nəmlik (<20%) isə nəfəs yollarının selikli qişasını qurudur. İnsan sakit vəziyyətdə havanın 0,1m /san hərəkət sürətini durğunluq kimi 0,25 m/san-dən böyük sürətini isə yelçəkmə kimi hiss edir.

Atmosfer təzyiqi də insan orqanizminə təsir göstərir. Normal atmosfer təzyiqindən insan orqanizmin toxumalarında və daxili boşluqlarında təzyiq xarici təzyiqə bərabər olur. Təzyiqin dəyişməsi orqanizmə zərərli təsir edərək zəiflik, baş gicəllənməsi, ürək bulanması, burun və ağızdan qan axmasına səbəb olur.

İş zonasında mikroiqlimin parametrlərini nizamlayan sanitariya-gigiyena normaları vardır. Bu normalarla mikroiqlim parametrlərinin optimal və buraxılabilən qiymətləri təyin edilmişdir.

Optimal şəraitlər mikroiqlim parametrlərinin elə bir uyğunluğudur ki, onun insana uzun müddətli təsirində belə termotənzimləmə aparatı gərgin işləmədən orqanizm öz normal funksional və istilik vəziyyətlərini saxlaya bilir.

İş zonasında mikroiqlim parametrlərinin buraxıla bilən hədləri onların qiymətlərinin elə uyğunluğudur ki, onun insana müntəzəm və uzunmüddətli təsiri funksional və istilik vəziyyətlərində sonradan keçib gedən dəyişikliklər yarada bilər. Bu dəyişikliklər insanın fizioloji uyğunlaşma imkanlarından kənara çıxmır və normal şəraitdə tezliklə qaydaya düşür. Mikroiqlimin buraxılabilən hədləri sağlamlığı pozmur, lakin insasna qeyri-rahat istilik hissiyatı yaradır, əhvalını pisləşdirir və işgüzarlığını azaldır.

Örtülü istehsalat otaqlarında və iş yerlərində insan orqanizmini həddən artıq qızmadan mühafizə etmək üçün səmərəli ventilyasiyanın təşkili, texnoloji avadanlığın qızmar səthlərinin istilik izolyasiyası, su pərdəsi ilə soyudulması, mühafizə ekranlarının qurulması, istehsal proseslərinin mexanikləşdirilməsi və s. tədbirlər tətbiq edilir.

Istehsalat otaqlarında və maşınların kabinələrində optimal şəraitlərin yaradılmasında ən yüksək nəticə havanın kondensiyasının təşkili ilə əldə edilə bilər.

Işləyənlərin istilikdən mühafizəsi zamanı fərdi mühafizə vasitələrinin düzgün seçilməsi və tətbiqinin böyük əhəmiyyəti vardır.

Istehsalatda görülən bütün işlər üç kateqoriyaya bölünür:

1. Yüngül işlər- 600 kC/saat əzələ enerjisi və heç bir fiziki gərginlik tələb etməyən oturaq işlər. (kC-kilocoul)

2. Orta ağırlıqda işlər-600 kC/saatdan yuxarı əzələ enerjisi və 10 kq-a qədər yükqaldırma tələb edən ayaqüstü işlər.

3. Ağır işlər- 1000 kC/saat-dan artıq əzələ enerjisi və 10 kq-dan artıq yükqaldırma tələb edən ayaqüstü fiziki gərgin işlər.

Yüngül işlərdə otağın temperaturu 18-210S, orta ağırlıqlı işlərdə 16-180S, ağır işlərdə isə 14-160S olmalıdır. Meteoroloji şərait normaları havanın temperaturunu, nəmliyini və hərəkət sürətini məhdudlaşdıran miqdar göstəriciləridir.

İlin soyuq və isti vaxtlarında istehsalat binasının xarakteristikasından və işin kateqoriyasından asılı olaraq iş yerlərində havanın temperaturu , nisbi nəmliyi və hərəkət sürəti normallaşdırılır. Mikroiqlimi normallaşdırmaq üçün görülən başlıca tədbirlər havanın isidilmə, ventilyasiya və kondensasiya sistemlərinin tətbiqindən ibarətdir.




Meteoroloji şərait və onun normallaşdırılması.

Meteoroloji şərait normaları havanın temperaturunu, nəmliyini və hərəkət sürətini məhdudlaşdıran miqdar göstəriciləridir.

Optimal meteoroloji şəraitin normalaşdırılması işin xarakterindən asılı olaraq (CH-245-71-ə əsasən) tərtib edilir.

Havanın nəmliyi. Hava qızdıqda və su buxarları ilə doymuş olduqda insanın ağ ciyərlərində və dərisinin səthində olan nəmliyin buxarlanması çətinləşir, bəzən isə bu heç mümkün olmur. Bu da binanın havasındakı və bədənin səthindəki su buxarlarının elastikləri fərqinin azalması ilə izah edilir. Otaq havasında mütləq nəmlik çox (85% və daha artıq) və temperatur insan dərisinin temperaturuna bərabər olursa, (32-330C) tərin buxarlanması mümkün olmur, tərləmə davam edir, nəticədə insanda tez yoruma və zəifləmə müşahidə olunur.

Alçaq temperaturlu və yüksək nisbi nəmlikli havada bədən səthindən istiliyin verilməsi güclənir.

Havanın nəmliyi mütləq və nisbi qiymətlərlə ölçülür. Havada olan su buxarlarının qramlarla miqdarına mütləq nəmlik deyilir. Nisbi nəmlik ölçü vaxtındakı temperaturda havann mütləq nəmliyinin maksimal nəmliyinə olan nisbətinə bərabərdir:





Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə