Mühazirə: opek-in yaranma səbəbləri və onun inkişaf tarixi Plan



Yüklə 75,37 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü75,37 Kb.
#43654
növüMühazirə
  1   2   3   4   5
OPEK




BSU, Diplomatiya və xarici siyasət kafedrası

Müasir Beynəlxalq münasibətlərdə enerji diplomatiyası

m. Sadiqova Pərvin Əşrəf qızı
Mühazirə: OPEK-in yaranma səbəbləri və onun inkişaf tarixi

Plan.

  1. OPEK haqqında ümumi məlumat, yaranma səbəbləri və üzvlük məsələsi.

  2. OPEK-in məqsədləri

  3. OPEK-in dünya neft bazarına təsiri

  4. OPEK-in tətbiq etdiyi qiymət siyasəti




  1. Dünyanın neft bazarında ən çox payı olan ölkələr birliyi OPEK (The Organization of Petroleum Exporting Countries )yaranması mahiyyəti ilə olduqca əhəmiyyət kəsb edir.

Belə ki ,OPEK-in mövcud olması səbəbinə diqqətlə nəzər saldıqda görürük ki,bu təşkilat məhz tarixi proseslərin obyektiv qanuna uyğunluöuyla birbaşa əlaqədardır.OPEK-əsas məqsədi üzv ölkələrin neft siyasətini unifikasiya və koordinasiyasını həyata keçirmək olan könüllu olkələrarası iqtisadi təşkilatdır. Beləki, bu təşkilat 1960-cı ildı yaradılmışdır.Əslində OPEK-in formalaşmasının əsası 1949-cu ildə Venesuelanın İran, Qabon, Küveyt, Liviya və Səudiyyə Ərəbistanına neft istehsalında birgə əməkdaşlıq sahəsində təklifi ilə qoyulmuşdur. Lakin adı çəkilən olkələrin neft istehsalı sahəsində səylərini birləşdirmələri 1960-cı ilə təsadüf etmişdir.

Təşkilatın yaranmasının əsas səbəbi dünya neft bazarında yaranmış monopoliya idi. Beləki, 1959-cu ildə dünya neft istehsalı və emalının əsas hissəsinə nəzarət edən 7 iri neft şirkəti-British Petroleum, Chevron, Exxon Gulf, Mobil, Royal Dutch, Shell və Texxonun xam neft qiymətlərinin aşağı salması OPEK-in yaradılmasına səbəb oldu.Buna görə də neft hasil edən inkişaf etməkdə olan olkələr OPEK adı altında qiymətlərin sabitləşməsi istiqamətində monopol güc formalaşdırdılar. OPEK 1960-cı il sentyabrın 16-da beş əsas neft istehsalçıları olan - İran, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela və İraq tərəfindən təsis edilib. Quruluşun ilkin mərhələsində çox da nəzərə alınmayan bu təşkilatin təsir gücü zaman keçdikcə tədricən artmışdır. OPEK hal-hazırda dünya enerji bazarının formalaşmasında və buna görə də dünya iqtisadiyyatının və siyasi tendensiyalarının formalaşmasında olduqca əhəmiyyətli bir təsirə malikdir.

Bir təşkilat kimi OPEK-in istər üzvlərin üzərində istərsə də dünya enerji bazarının fəaliyyətinə təsirinin artması neft sənayesinin əvvəlki illərdə olduğu vəziyyətdən və əsas komponentlərinin hərəkətləri ilə bağlıdır. OPEK qurulduğu illərdə neft qiymətləri böyük neft şirkətləri tərəfindən qoyulmuş “konkret qiymət” ilə müəyyənləşdirildi. "Yeddi bacılar" adlanan bu şirkətlər neft ixrac edən ölkələrə hər barel üçün vahid qiymət ödəyirdilər. Neft şirkətlərinin ölkələrə ödədiyi bu qiymət birtərəfli olaraq şirkətlər tərəfindən müəyyən edilirdi. Bu ödəniş başqa yerdən gəlirləri olmayan ölkələr üçün olduqca mühim əhəmiyyət kəsb edirdi.

7 bacılar qrupuna daxil olan neft şirkətləri 1959-cu ilin fevralında istehsalçı ölkələrə verilən neft dəyərinə 10% -lik bir endirim etdilər. Bu ilk qiymət endiriminden sonra onlardan biri olan Exxon şirkəti 1960-cu ilin avqusunda fəaliyyət göstərdiyi ölkəyə etdiyi ödemedeki müəyyən etdiyi qiymət üzərində 7%-lik bir endirim tətbiq etdi. Bu davranış digər şirkətlər tərəfindən də tətbiq olundu.

Belə bir mühitdə qurulan OPEC-in başlıca məqsədi neft şirkətlərinin tətbiq etdiyi yeni bir qiymət indirimine qarşı istehsalçı ölkələrin gəlirlərini qoruma altına almaq idi. OPEK quruluş nizamnaməsinin ikinci məqsədi: "Fərdi və kütləvi olaraq üzv ölkələrin maraqlarının ən yaxşı formada qorunması üçün neft siyasətinin birləşdirilməsi və koordinasiya edilməsi" olaraq. Karbohidrogen qaynağının sahibi olan ölkələr ilə başlıca neft şirkətləri arasında 1950-ci illərin əvvəllərində imzalanan razılaşmalara görə ölkələrin əldə edəcəkləri neft gəlirləri barrel başına təyin olunan qiymətdən neft istehsalı xərcinin yarısı çıxıldıqdıqdan sonra geriyə qalan rəqəm ödənilməliydi.

Bu səbəblə, təyin olunan qiymətdə hər hansı bir dəyişiklik neft gəlirlərindən asılı olan ölkələrin iqtisadiyyatına birbaşa təsir edirdi. Bu ölkələrin gəlirlərinin əsas hissəsi neft şirkətlərinin qiyməti endirməsindən sonra təxminən 15% azalmışdı.

 Ona görə də yeni qurulan OPEC tərəfindən alınan ilk qərarlardan biri də, neft şirkətlərinin qiymət sabitliyini qoruması və hər hansı bir dalğalanmaya şərait yaradılmaması olmuşdur. OPEK üzvləri həmçinin, neft şirkətlərinin istehsalçı ölkələrlə məsləhətləşmədən neftin qiymətinə heç bir vəchlə dəyişiklik edə bilməyəcəyinin qarantiya edirdilər . OPEK həmçinin neft qiymətlərini 1959-cu ilə geri qaytarmağın vacibliyini vurğulamışdır. OPEK-in quruluş hədəflərindənbiri də, neft bazarında həm istehlakçıların həm də istehsalçıların maraqlarına xidmət edən, istehsalçı ölkələrin neft gəlirlərini təmin edən bir qiymət sisteminin yaradılması olmuşdur.

Beləliklə 10-14 sentyabr Bağdad konfransı həyata keçirilir.Və bu konfransda qəbul edilmiş qətnamə əsasında rəsmi olaraq OPEK yaradıldı.OPEK yarandıqdan qısa müddət sonra genişlənməyə ,üzv ölkələrinin sayını artırmağa başladı.1960-75-ci illərdə təşkilata Qatar (1961) ,İndoneziya (1962),Liviya (1962), BƏƏ (1967),Əlcəzair (1969) və Nigeriya qoşuldu (1971).Ekvador və Qabon da OPEK-ə daxil oldular. Lakin tez bir Zamanda üzvlukdən çıxdılar. Buna səbəb 2 milyon dollarlıq uzvluk haqqını ödəyə bilməməsi və ona qoyulan kvota ilə razılaşmaması idi.

Eyni səbəbdən Qabon da 1995- ci ildə üzvlükdən çıxdı. Rusiya və Norveç isə təşkilata daimi olmayan üzv kimi 2000-ci ilin əvvəllərində qoşuldu.İraq təşkilatın üzvü olsa da 1998-ci ilin mart ayından etibarən OPEK kvotalarını öz istehsalında nəzərə almır.

2008-ci ilin may ayından etibarən isə İndoneziya təşkilatdan xaric olmuşdur. Buna səbəb isə İndoneziyanın OPEK kvotaları üzündən neft sahəsindəki inkişafının azalması qeyd olunur. Hal-hazırda OPEK-in 12 üzvü var. Cədvəl 2-də OPEK ölkələri haqqında ətraflı məlumat verilib.




Yüklə 75,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin