Mühazirə toplusu İxtisas: 050613 Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi



Yüklə 5,85 Mb.
səhifə1/14
tarix25.12.2016
ölçüsü5,85 Mb.
#3265
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   14

“Azərbaycan Hava Yolları”

Qapalı Səhmdar Cəmiyyəti

Milli Aviasiya Akademiyası

TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASININ TƏŞKİLİ VƏ TEXNALOGİYASI ”

(mühazirə toplusu)

İxtisas: 050613 Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi

Tərtib edən: P.İsmayılov

Bakı -2013

Giriş

Hava nəqliyyatında Təhlükəli Yüklərin daşınması qaydaları haqqında əsas mənbələr İATA-nın qüvvədə olan qaydaları (DGR) mülkü aviyasiyanın Çikaqo konvensiyasının (1944-cü il) 18-ci əlavəsinin tələblərinə əsaslanır.Eyni zamanda İCAO-nun hazırladığı Doc 9284/AN 905 sənədlərinə əsaslanır.Çikaqo konvensiyasının 18-ci əlavəsi və təhlükəli yüklərin daşınması texniki təlimat yeganə mənbə hesab olunur. İCAO və İATA tərəfindən hazırlanmış qaydalar arasında müəyyən fərq mövcuddur. Bu fərq İCAO tərəfindən hazırlanmış qaydalara nisbətən İATA -da olan qaydaların daha sərt olmasıdır. Bu fərqi biz təhlükəli yüklərin siyahısında (göy vərəqlərdə) əl işarəsi olan yüklərin qarşısında görə bilərik. İATA-nın DGR eyni zamanda çin, fransız, alman, ispan dilində çap olunur. İATA-nın DGR kitabı təhlükə xüsusiyyətli maddə və materialları hava nəqliyyatı ilə təhlükəsiz daşınması üçün yük göndərən və operatoru zəruri prosedurlarla təmin etmək üçün nəşr edilir. 1953-cü ildə İATA-nın üzvü olan aviaşirkətlər təhlükə xüsusiyyətli maddə və materialların yoxlanılmadan hava nəqliyyatı ilə daşınmasını qeydə aldılar. Bu da öz növəsində sərnişinlərin, heyyətin hava gəmisinin təhlükəsizliyinə ciddi şəkildə təsir göstərib. Digər nəqliyyat növlərinin təcrübəsi göstərdi ki, bir çox belə maddə və materiallar təhlükəsiz daşına bilər o şərtlə ki, maddə və materiallar düzgün qablaşdırılsın və hər bağlamaya düşən limit miqdarı düzgün müəyyən olunsun.Bu təcrübələrdən sənaye biliyi ilə birgə hava nəqliyyatının xüsusi xarekteristikaları nəzərə alınmaqla İATA 1956-cı ildə təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları kitabını nəşr etdi. Bu qaydalara BMT tərəfindən müəyyən olunmuş hər bir maddə və materialların fərdi xüsusiyyətləri və onların hava nəqliyyatı daşınması üçün şərtlər daxildir. Bəzi təhlükəli yükləri hava nəqliyyatı ilə daşımaq daha təhlükəlidir:



  1. Bunların bəzilərini hava nəqliyyatı ilə daşımaq qadağandır ancaq dövlətdən xüsusi icazə almaqla daşına bilər.

  2. Bəzi təlükəli yüklər yalnız yük hava gəmisi ilə (CAO- Cargo Aircraft Only) daşınması kimi məhdudiyyətlər tətbiq olunur. Belə ki,bir çox təhlükəli yüklər sərnişin hava gəmisi ilə təhlükəsiz daşına bilər o şərtlə ki, müəyyən tələblərə riayər olunsun.

Qablaşdırma təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşənması üçün vacib komponentdir. DGR-da hava nəqliyyatı ilə daşınıla bilən bütün təhlükəli yüklər üçün daxili ,xarici və tək qablaşdırma təlimatları var. Bu qablaşdırma təlimatları bir qayda olaraq UN (BMT) spesifikasiyalı qablaşdırma tələb edir.Belə ki, bəzi təhlükəli yüklər “Y” qablaşdırma təlimatına uyğun olaraq adi qabda da daşına bilər. Belə olan halda bağlamaya düşən limitə ciddi riayət olunmalıdır.

Təhlükəli yüklər insan sağlamlığına, təhlükəsizliyə, əmlaka və ətraf mühitə ciddi şəkildə zərər verə bilən və təhlükəli yüklərin siyahısında göstərilən maddə və materiallardır.

BMT – nin ekspert komitəsi radioaktiv maddələr istisna olmaqla digər bütün növ təhlükəli yüklərin daşınması üçün tövsiyyə olunmuş prosedurları hazırlayır. Bu prosedurlar bütün nəqliyyat növləri üçün mövcuddur.











Beynəlxalq atom enerjisi agentliyi (İAEA)

Regulationsfor the Safe Transport of Radioactive Material (İAEATS-R-1)

BMAT baza olaraq bu iki prosedurlardan istifadə edərək təhlükəli yüklərin texniki təlimat kitabını hazırlayır.

İATA isə DGR-ın bütün tələblərindən ibarətdir. DGR – Aviaşirkətlər və yükgöndərənlər tərəfindən istifadə olunaraq təhlükəli yük barəsində işçi sənəddir. Burada istifadəçi üçün köməkçi materiallar daxil olunub. Misal: Daşıma sənədlərinin doldurulma qaydaları və təhlükəli yüklər üçün yükgöndərənin bəyannaməsi.

Shipper”s Declaration for Dangerous Goods (DGD).

DGD – nin bu blankı bütün sinif təhlükəli yüklərin daşınması üçün istifadə oluna bilər.


Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin