MünaqiŞƏLƏr və BÖhranli idarəetməDƏ ƏMƏkdaşliq mövzunun planı



Yüklə 38,23 Kb.
səhifə1/6
tarix09.06.2023
ölçüsü38,23 Kb.
#127728
  1   2   3   4   5   6
12. Münaqişələr və böhranlı idarəetmədə əməkdaşlıq

  1. MÜNAQİŞƏLƏR VƏ BÖHRANLI İDARƏETMƏDƏ ƏMƏKDAŞLIQ

Mövzunun planı


  1. Müəssisənin inkişafında münaqişələr.

  2. Münaqişələrin səbəbi və onların antiböhranlı idarəetmədə rolu.

  3. Münaqişələrin prosessual xarakteri.

  4. Münaqişələrin böhranlı idarəedilməsi.

  5. Böhranlı idarəetmədə əməkdaşlığın əhəmiyyəti və rolu.

§12.1. Müəssisənin inkişafında münaqişələr


Müəssisələrin yerləşdiyi işgüzar mühit, özünün hərəkətliliyi, qeyri-daimiliyi və əvvəlcədən inkişafın necə olacağı barədə fikir söyləməyin qeyri mümkünlüyü ilə xarakterizə olunur. Odur ki, müəssisənin fəaliyyət göstərib inkişaf edə bilməsi üçün əsas şərt, onun ətraf mühitə və dəyişikliklərə alışa bilməsi hesab edilir.
Müəssisə nə qədər mürəkkəb və xarıcı mühit nə qədər dəyişkəndirsə, onların qarşılıqlı bağlılığı və birgə hərəkəti o qədər çətindir (bu zaman idarəetmə çevik və hərəkətli olmalıdır). Belə bir şəraitdə antiböhranlı idarəetmənin təmin edilməsi üçün, təşkilatı prosesin lazimi stabillik səviyyısini təmin edə bilmək, menecerdən xüsusi qabiliyyət tələb edir. Eyni zamanda menecerin işinin vacib istiqamətlərindən biri də şəxsi münasibətləri, liderliyi və münaqişələrin idarəedilməsi məsələlərini nəzərdə tutan təşkilatı davranışların planlaşdırılması və tənzimlənməsi problemləridir. Bu gün öz fəaliyyətlərində məhz bu istiqamətlərdə müvəffəqiyyətlər qazana bilən menecerlər xüsusilə yüksək qiymətləndirilir.
İşlənilən müəssisənin fəaliyyəti və inkişafı daima baş verən , həm daxili, həm kənar qüvvələrin mübarizəsi nəticəsində yaranan anlaşılmazlığın (ziddiyətlər) aradan qaldırılması şəraitində davam edir. Bəzən anlaşılmazlıqlar o qədər sərt xarakter alır ki, onlar münaqişəyə çevrilir.
Münaqişə - iki və daha artıq insanın əks istiqamətlərə yönəlmiş məqsədləri, mövqeləri, fikir və baxışlarının toqquşmasıdır. Bu anlamda münaqişə mübarizə, ziddiyət, əkz fikirlilik, toqquşma və anlaşılmazlıq deməkdir.
Münaqişədən qaçmaq və onu söndürmək lazımdır, çünki o, müəssisənin stabilliyi üçün çox qorxuludur. Digər bir yanaşma da mövcuddur, bu yanaşmaya görə münaqişə qarşılıqlı münasibətlərin inkişafı prosesidir. Bu nöqteyi-nəzərin tərəfdarları belə hesab edirlər ki, münaqişəni dayandırmaqdansa onun inkişafına imkan vermək lazımdır, çünki münaqişə müəssisənin inkişafında bir çox dəyərli üstünlüklər də yaradır. Beləliklə, bəzi mütəxəssislərin fikrincə, hətta kifayət qədər səmərəli fəaliyyət göstərən və idarəedilən müəssisələrdə belə münaqişələrin olması arzu ediləndir. Onlar müxtəlif nöqteyi-nəzərləri, xeyli miqdarda problemləri və onların həlli yollarını aşkarlamağa imkan verir.
Münaqişələrin ən çox neqativ, təhlükəli nəticələri, onlar uzunmüddətli olduqda baş verir ki, sonda böhrana səbəb ola bilər.
Bununla yanaşı böhran özü hər zaman münaqişələr törədir ki, bu da müəssisədəki tarazlığı pozur.

Yüklə 38,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin