Mühazirə -V. DİM 6 Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin edilməsi



Yüklə 271,88 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix07.04.2023
ölçüsü271,88 Kb.
#94261
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9
Mühazirə-V. Davamli inkisaf(06.04.23)



Mühazirə -V. DİM 6 - Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı 
idarə etməni təmin edilməsi. (21.04.2022). 
Dünyada yetərincə şirin su ehtiyatının mövcud olmasına baxmayaraq, təmiz içməli 
suya əlyetərliliyin təmin edilməsinə nail olmaq ən vacib qlobal problemlərdən 
biridir. Təəssüflər olsun ki, kifayət qədər inkişaf etməmiş iqtisadiyyat və ya 
infrastruktur səbəbindən hər il uşaqlar da daxil olmaqla milyonlarla insan zəif su 
təchizatı, sanitariya və gigiyena ilə əlaqədar xəstəliklərdən həyatını itirir. Hal-
hazırda 2 (iki) milyarddan çox insan şirin su mənbələrinə məhdud çıxış riski ilə 
yaşayır və 2050-ci ilədək hər dörd nəfərdən biri içməli su çatışmazlığı ilə üzləşəcək. 
Buna görə də hamı üçün təhlükəsiz, əlçatan və bərabər şəkildə içməli suya çıxışın 
təmin edilməsinə nail olmaq başlıca məsələdir. 
BMT-nin məlumatlarına əsasən, 2015-ci və 2020-ci illər arasında təhlükəsiz idarə 
olunan içməli su xidmətlərindən istifadə edən dünya əhalisinin xüsusi çəkisi 70,2 
faizdən 74,3 faizə yüksəlmiş, bu artım isə ən çox Mərkəzi və Cənubi Asiyanın 
əhalisinin payına düşmüşdür. Bununla belə, 2020-ci ildə təhlükəsiz idarə olunan 
içməli su xidmətlərinə 2 milyard insanın çıxışı olmamışdır. Təhlükəsiz idarə olunan 
sanitariya xidmətlərindən istifadə edən əhalinin xüsusi çəkisi 2015-ci ildəki 47,1 
faizdən 2020-ci ildə 54,0 faizə qalxsa da, Hələdə 3,6 milyard insan belə xidmətlərə 
çıxışdan məhrumdur. Sadə gigiyena vasitələrindən istifadə edən dünya əhalisinin 
xüsusi çəkisi 2015-ci ildəki 67,3 faizdən 2020-ci ildə 70,7 faizə yüksəlmişdir. 
Bu, o deməkdir ki, pandemiyanın başlanğıcında 2,3 milyard insanın (hər 3 nəfərdən 
biri) evində sabun və suyun olduğu sadə əlüzyuyan vasitələri olmamışdır. Ölkələrin 
təqribən üçdə biri orta və ya yüksək səviyyədə su çatışmazlığından əziyyət çəkir.
2020-ci ildə aparılan qiymətləndirmələrin nəticələrinə əsasən tədqiq olunan 2300 iri 
göllərin 25 faizinin suyu kəskin şəkildə bulanıq (çirklənmiş) olmuşdur. 
DİM 6 hər yerdə hamı üçün təhlükəsiz və bərabər şəkildə içməli suya, sanitariya və 
gigiyena xidmətlərinə əlyetərliliyin təmin edilməsini, habelə su çatışmazlığının 
aradan qaldırılması və su çatışmazlığından əziyyət çəkən insanların sayının 
əhəmiyyətli dərəcədə azaldılması məqsədilə bütün sahələrdə içməli suyun dayanıqlı 
istifadə və təchizatının təmin edilməsini nəzərdə tutur. Bu da öz növbəsində, 
çirklənməni azaltmaqla zərərli kimyəvi maddələrin və materialların atılmasını 
minimuma endirməklə, təmizlənməmiş çirkab suların xüsusi çəkisini yarıyadək 
azaltmaqla, habelə təkrar emalı və təhlükəsiz təkrar istifadəni əhəmiyyətli dərəcədə 
artırmaqla qlobal səviyyədə suyun keyfiyyətinin yaxşılaşdırılmasını zəruri edir.
Qeyd olunanlarla əlaqədar, su və sanitariya sahəsində tədbir və proqramlarla bağlı 
potensialın inkişafına dəstək artırılmalı və beynəlxalq əməkdaşlıq genişləndirilməli, 
transsərhəd əməkdaşlıq vasitəsilə bütün səviyyələrdə vahid su resursları idarəçiliyi 
tətbiq edilməli, su ilə bağlı ekosistemlər mühafizə və bərpa edilməlidir. Bununla 
yanaşı, su və sanitar xidmətlərin idarə olunmasında yerli icmaların iştirakı 


genişləndirilməlidir. Təhlükəsiz qaydada təmizlənən çirkab suların xüsusi çəkisi 
təsərrüfat fəaliyyəti nəticəsində yaranan və müəyyən olunmuş təmizləmə 
mərhələlərini keçməklə təhlükəsiz şəkildə təmizlənən çirkab suların həcminin 
təsərrüfat fəaliyyəti nəticəsində yaranan çirkab suların ümumi həcminə nisbətinin 
100-ə hasili kimi hesablanır. 2010-2020-ci illər ərzində təhlükəsiz qaydada 
təmizlənən çirkab suların xüsusi çəkisi 57,5 faizdən 52,6 faizə çatmışdır. 2020-ci 
ildə 2019-cu ilə nisbətən atılan çirkab suların ümumi həcmi 2,1 faiz azalaraq 4863,2 
milyon kub metrdən 4759,2 milyon kub metrə düşmüşdür. 

Yüklə 271,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin